Məhkəmə qərarları › İş №2(060)-923/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-923/2025

30.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-923/2025 30.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi hazırda Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 4/2, mənzil 28-də yaşayır. xx.xx.1971-ci ildə anadan olmuş X4 ərizəçinin doğma bacısıdır. Ali təhsillidir, subaydır, işləmir və ərizəçinin himayəsində yaşayır. Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 10, mənzil 83-də qeydiyyatdadır. X7 bir neçə ildir ki, xəstədir, psixi pozğunluğu var. AR Əmək və əhalinin Sosial müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert komissiyası tərəfindən ona müddətsiz, birinci dərəcəli əlillik dərəcəsi verilmişdir. Əsas diaqnozu Alsheymer xəstəliyi zamanı erkən başlamış demensiya müəyyən edilmiş, əmək qabiliyyətsizdir, kənar şəxlərin qulluğuna və nəzarətinə ehtiyacı olması göstərilir. Həmçinin, xx.xx.2024-cü il tarixli Sumqayıt şəhər 2 saylı şəhər xəstəxanasının poliklinika şöbəsi tərəfindən verilmiş Ambulator kitabçadan çıxarışda göstərildiyi kimi yaddaş və intellekti zəifləyib, ətrafda baş verənlərə qarşı laqeyddir, diqqəti dağınıqdır, davranışları qeyri-adekvatdır. Bu barədə sənədlər məhkəməyə təqdim edilir. Göstərilən faktlar və sənədlər bir daha sübut edir ki, bacısı Təkləvi Zülfiyyə öz hərəkətlərini idarə edə bilmir və hərəkətlərinin mənasını başa düşmədiyi üçün kənar şəxslərin köməyinə və qulluğuna ehtiyacı vardır. Bunları nəzərə alaraq ərizəçi, onun qardaşı və maraqlı şəxs kimi bacısının fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 10, mənzil 83-də qeydiyyatda olan xx.xx.1971-ci ildə anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək ərizədə göstərilənləri təsdiq etmiş, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan Quba rayon ZAQS bürosu tərəfindən xx.xx.1952-ci il tarixdə verilmiş, İE seriyalı № 765112 doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxx 1952-ci ildə Quba rayonunda doğulmuş, atası Təkləvi Hüseynağa Mamed oğlu, anası X5r.

8. İş materiallarında olan Sumqayıt şəhər ZAQS şöbəsi tərəfindən xx.xx.1971-ci il tarixdə verilmiş, АЗБ seriyalı № 132390 doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 14 yanvar 1971-ci ildə Sumqayıt şəhərində doğulmuş, atası Təkləvi Hüseynağa Mamed oğlu, anası X5r.c

9. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, 05/09İS/004553-22 saylı arayışın surətindən görünür ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Təkləvi X3 Mahir Miri oğlu ilə xx.xx.2011-ci ildə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində 39 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah ər-arvadın birgə ərizəsi əsasında xx.xx.2021-ci ildə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsində 42 nömrəli akt qeydi ilə qeydə alınmışdır. X4 subaydır və onun nikah bağlamasına mane olan hallar mövcud deyildir.

10. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X4 müddətsiz 1-ci qrup əlildir. Diaqnoz: Alsheymer xəstəliyi zamanı erkən başlamış demensiya (G30.0), Alsheymer xəstəliyi zamanı erkən başlayan demensiya (İQ-28) MMSE-8. Daima kənar şəxslərin ciddi qulluq və nəzarətinə ehtiyacı var.

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X10 xx.xx.2025-ci il tarixli, 417 №-li rəyindən görünür ki, X1 Alsheymer xəstəliyi nəticəsində yaranan demensiya (ağıl zəifliyi) F00.0 müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim olunmuş tibbi sənədlər (uzun müddətdir psixi vəziyyətinin dəyişməsi, yaddaşının zəifləməsi, mənasız hərəkətlər etməsi, sayıqlama fikirlər söyləməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında “Alsheymer xəstəliyi zamanı erkən başlamış demensiya (G30.0), Alsheymer xəstəliyi zamanı erkən başlayan demensiya (İQ-28) MMSE-8 Daima kənar şəxslərin ciddi qulluq və nəzarətinə ehtiyacı vardır” diaqnozu ilə birinci dərəcəli əlil olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt Psixiatriya Xəstəxanasında “Alsheymer xəstəliyi zamanı erkən başlayan demensiya” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması) və hal-hazırki psixitarik müayinənin nəticələri (zahirən bir qədər gərgin və çaşqın olması, ünsiyyət yaratmağın mümkün olmaması, kobud yaddaş pozuntularının qeyd edilməsi, emosional iradi sferasının enməsi, maraq dairəsinin məhdud olması və sair) sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: İ – Yoxlanılan şəxs X1 alsheymer xəstəliyi nəticəsində yaranan demensiya (ağıl zəifliyi) müəyyən edilir. İİ – Yoxlanılan şəxs X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. İİİ– Yoxlanılan şəxs X4 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, xx.xx.1971-ci il təvəllüdlü X4 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

15. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

18. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

19. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

21. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi təmin edilsin. xx.xx.1971-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar