Məhkəmə qərarları › İş №2(060)-9233/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-9233/2021

20.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-9233/2021 20.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Xaçmaz Rayon Pirquluoba Bələdiyyəsinə qarşı hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 20 dekabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Xaçmaz Rayon Pirquluoba Bələdiyyəsinə qarşı hüquqmüəyyənedici sənədin eyni şəxsə məxsus olması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atasına məxsus 22.05.2003-cü ildə Sumqayıt ŞPİ QŞVB tərəfindən veilmiş AZE seriyalı 00789112 saylı şəxsiyyət vəsiqəsində və 10.03.2020-ci il tarixli AZ-İİ seriyalı 075154 saylı “Ölüm haqqında şəhadətnamə”də qeyd edilmiş X9 ilə Xaçmaz rayonu, Pirquluoba Bələdiyyəsi tərəfindən 09.02.2006-cı il tarixli qərara əsasən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də (JN -286 F, KOD ********) göstərilən X1 eyni şəxs olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Xaçmaz rayonu, Pirquluoba Bələdiyyəsi tərəfindən 09.02.2006-cı il tarixli qərara əsasən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin (JN -286 F, KOD ********) Sumqayıt ŞPİ QŞVB tərəfindən verilmiş AZE seriyalı 00879112 saylı şəxsiyyət vəsiqəsi və 10.03.2020-ci il tarixli AZ-İİ seriyalı 075154 saylı “Ölüm haqqında şəhadətnamədə qeyd edilən X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X9 onun atasıdır. Atası 05 mart 2020-ci ildə “Kəskin transmural infarkt” xəstəliyindən vəfat etmişdir. Bunu Sumqayıt “Asan xidmət” Mərkəzinin 10 mart 2020-ci il tarixli AZ-İİ Seriyalı 075154 saylı “Ölüm haqqında şəhadətnamə”si təsdiq edir. Mərhum atasına 09 fevral 2006-cı il tarixində 03 saylı Xaçmaz rayonu Pirquluoba Bələdiyyəsinin qərarına əsasən Xaçmaz rayonu, Yeni sudur kəndi ərazisindən 0,10 ha torpaq sahəsi verilmişdir. Həmin qərara əsasən atasına “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilmişdir. Həmin qərarda mərhum atasının soyadı Şəfiyev, adı Rafiq, atasının adı Şəfibaba kimi göstərilmişdir. Lakin atasının adı Şəfibaba yox, Şəfı olmuşdur. Bunu mərhum atasına məxsus AZE seriyalı 00879112 saylı şəxsiyyət vəsiqəsi də təsdiq edir. Atasının atasının (babası) adının Şəfi olmasını həmçinin ona məxsus “Doğum haqqında şəhadətnamə”, mərhumun adına verilmiş “ölüm haqqında şəhadətnamə” təsdiq edir. Mərhum atasına məxsus “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə atasının atasının adının Şəfibaba kimi yazılması səbəbindən həmin torpaq sahəsini mülkiyyətinə keçirə bilmir. O, maraqlı tərəf olan Xaçmaz rayon, Pirquluoba Bələdiyyəsinə müraciət edərək həmin Bələdiyyənin 09.02.2006-cı il tarixli, 03 saylı qərarında düzəliş edilərək atasının atasının adının “Şəfibaba”dan “Şəfi’yə düzəliş edilməsini xahiş etmişdir. Xaçmaz rayon Pirquluoba Bələdiyyəsinin 13.10.2021 -ci il tarixli, 01 saylı məktubu ilə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Yuxarıda göstərdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə eyni məzmunlu izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Xaçmaz Rayon Pirquluoba Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Xİ JQ-439242 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.1986-cı ildə Sumqayıt şəhərində doğulmuşdur. X3, anası Nümayəndədır. İşdə olan AZ İİ-075154 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 05.03.2020-ci ildə Bakı şəhərində ölmüşdür və bu barədə ölüm haqqıda akt qeydləri kitabında 558 nömrə ilə qeyd olunmuşdur doğulmuşdur. İşdə olan AZE 00879112 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 13.06.1958-ci ildə Qusar rayonu, Sudur kəndində doğulmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Xaçmaz Rayon Pirquluoba Bələdiyyəsinin 15.10.2021-ci il tarixli, 01 nömrəli məktubunun məzmunundan görünür ki, Xaçmaz rayon Pirquluoba bələdiyyəsinin Yeni sudur kəndində yerləşən 09.02.2006-cı il tarixli 03 saylı qərarı ilə X8 ( Şəhadətnamə JM - 286F saylı, 30220048 kodlu) 0.10 ha torpaq satıldığı, torpağın şəhadətnaməsində tərəflərindən səhv olaraq ata adının Şəfi əvəzinə, Şəfibaba kimi yazıldığı bildirilmiş, şəxsiyyət vəsiqəsinə uyğun olaraq Şəfibaba adının məhkəmə yolu ilə Şəfi olaraq yazılması tövsiyyə edilmişdir. İşdə olan Xaçmaz rayonu, Pirquluoba Bələdiyyəsi tərəfindən 09.02.2006-cı il tarixli qərara əsasən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən (JN -286 F, KOD ********) görünür ki, X2 09 fevral 2006-cı il tarixində 03 saylı Xaçmaz rayonu Pirquluoba Bələdiyyəsinin qərarına əsasən Xaçmaz rayonu, Yeni sudur kəndi ərazisindən 0,10 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçi X5 xx.xx.1986-cı ildə Sumqayıt şəhərində doğulmuşdur. X3, anası Nümayəndədır. Ərizəçinin X3na 09 fevral 2006-cı il tarixində Xaçmaz rayonu Pirquluoba Bələdiyyəsinin 03 saylı qərarına əsasən Xaçmaz rayonu, Yeni sudur kəndi ərazisindən 0,10 ha torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə ərizəçinin X3nun atasının adı səhvən “Şəfibaba oğlu” kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, Xaçmaz rayonu, Pirquluoba Bələdiyyəsi tərəfindən 09.02.2006-cı il tarixli qərara əsasən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin (JN -286 F, KOD ********) Sumqayıt ŞPİ QŞVB tərəfindən verilmiş AZE seriyalı 00879112 saylı şəxsiyyət vəsiqəsi və 10.03.2020-ci il tarixli AZ-İİ seriyalı 075154 saylı “Ölüm haqqında şəhadətnamə”də qeyd edilən X7 məxsus olması faktı ərizəçinin nümayəndəsinin izahatı və işdə olan digər sənədlərlə təsdiq olunur. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Xaçmaz rayonu, Pirquluoba Bələdiyyəsi tərəfindən 09.02.2006-cı il tarixli qərara əsasən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin (JN -286 F, KOD ********) Sumqayıt ŞPİ QŞVB tərəfindən verilmiş AZE seriyalı 00879112 saylı şəxsiyyət vəsiqəsi və 10.03.2020-ci il tarixli AZ-İİ seriyalı 075154 saylı “Ölüm haqqında şəhadətnamə”də qeyd edilən X7 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı, və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbayçan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Xaçmaz rayonu, Pirquluoba Bələdiyyəsi tərəfindən 09.02.2006-cı il tarixli qərara əsasən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin (JN -286 F, KOD ********) Sumqayıt ŞPİ QŞVB tərəfindən verilmiş AZE seriyalı 00879112 saylı şəxsiyyət vəsiqəsi və 10.03.2020-ci il tarixli AZ-İİ seriyalı 075154 saylı “Ölüm haqqında şəhadətnamə”də qeyd edilən X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar