Məhkəmə qərarları › İş №2(060)-926/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-926/2021

23.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-926/2021 23.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Həsənova Həvva Seymur qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «payın vərəsəlik qaydasında keçməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «payın vərəsəlik qaydasında keçməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 21 -ci məhəllə ünvanında yerləşən 18/21 saylı evin, 20 nömrəli mənzilinə, həmçinin buraxılış ili 2010-cu il olan, **-DH-*** dövlət nömrə nişanlı, “HUNDAİ SANTAFE” Minik markalı avtomaşınına olan miras əmlakdakı paylarının iddiaçıya keçməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxıılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X1 ikinci həyat yoldaşıdır. Mərhum həyat yoldaşı 26 avqust 2019-cu ildə vəfat etmişdir. Mərhum həyat yoldaşının ondan başqa iki birinci dərəcəli qanun üzrə vərəsələri vardır. Bunlar Cavabdeh1 və Cavabdeh2dır. Samir Məmmədov və Cavabdeh2 mərhum Mirzə Məmmədovun birinci nikahdan anadan olmuş övladlarıdır. Mirzə Məmmədovun vəfatı tarixinə mülkiyyətində Sumqayıt şəhəri, 21-ci məhəllə ünvanında yerləşən 18/21 saylı evin, 20 nömrəli mənzilinin bir otağı, həmçinin buraxılış ili 2010-cu il olan, **-DH-*** dövlət nömrə nişanlı, ban nömrəsi KMSH81XDAU5 8633 5, mühərrik №-si 126335 olan “HUNDAİ SANTAFE Minik” markalı avtomaşın olmuşdur. Sonuncu yəni, “ HUNDAİ SANTAFE Minik ” markalı avtomaşın mərhumun onunla nikahda olduğu dövrdə alınmışdır. Buna görə də ona 01.06.2020-ci ildə həmin avtomaşının 1/2 hissəsinə mülkiyyət hüququnu təsdiq edən “mülkiyyət hüququ haqqında şəhadətnamə” verilmişdir. Həmçinin mərhuma məxsus olan Sumqayıt şəhəri, 21-ci məhəllə, 18/21 saylı evin, 20 nömrəli mənzilinə görə ona 01.06.2020-ci il tarixli, “Qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamə” verilmişdir(sözügedən mənzilin 1/2 hissəsinə görə ). Digər vərəsələr hazırki iddia tələbi üzrə cavabdehlər olan Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 48,36 kv.m olan mənzilin 1/3 hissəsinə, **-DH-*** dövlət qeydiyyat nişanlı “HUNDAİ SANTAFE” minik markalı avtomaşının 1/6 hissəsinə görə 01.06.2020-ci ildə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Lakin hər iki cavabdehin adları çəkilən əmlaklarda payları açıq saxlanmışdır. Cavabdehlər əmlakları qəbul etməkdən imtina edir ki, bu da həmin əmlaklardan iddiaçının təyinatı üzrə istifadəsini mümkünsüz edir. Cavabdehlər qanun üzrə vərəsə kimi mirası qəbul etməkdən imtina edirlər. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək göstərdi ki, o vərəsə olaraq artıq 23.08.2021-ci il tarixli, 2V-1227 və 2V-1228 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri almışdır. Digər vərəsə Cavabdeh1 da yaxın zamanlarda sözü gedən şəhadətnamələri əldə edəcəkdir. Qeyd etdiklərinə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdeh Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə İddiaçı arasında 30.09.2014-cü il tarixdə Sumqayıt nikah evində akt qeydləri kitabında 187 nömrəli qeyd aparılmaqla rəsmi nikah bağlanmış və nikah bağlandıqdan sonra arvada “Bağırova” soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 26 avqust 2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş 01.06.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 26.08.2019-cu il tarixdə ölmüş X1 vərəsəsi İddiaçı miras əmlakdan 1/3 hissədə pay almalıdır. Miras əmlak ünvan 3 ünvanında yerləşən mənzilin ½ hissəsindəndən ibarətdir. Digər vərəsələr Cavabdeh1 1/3 pay, Cavabdeh2 1/3 payları açıq saxlanılmışdır. İş materiallarına əlavə edilmiş 01.06.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 26.08.2019-cu il tarixdə ölmüş X1 vərəsəsi İddiaçı miras əmlakdan 1/3 hissədə pay almalıdır. Miras əmlak 2010-cu il buraxılışlı, **-DH-*** dövlət nömrə nişanlı, “Hyundai Santafe” markalı minik avtomobildir. Əmlakın ½ hissəsinə mülkiyyət hüququ haqında şəhadətnamə verilmişdir. Vərəsələr Cavabdeh1 1/6 pay, Cavabdeh2 1/6 payları açıq saxlanılmışdır. İş materiallarına əlavə edilmiş 23.08.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 26.08.2019-cu il tarixdə ölmüş X1 vərəsəsi Cavabdeh2 miras əmlakdan - 1/6 hissədə pay almalıdır. Miras əmlak 2010-cu il buraxılışlı, **-DH-*** dövlət nömrə nişanlı, “Hyundai Santafe” markalı minik avtomobildir. Miras əmlakın 1/6 hissəsi açıq saxlanılmışdır. İş materiallarına əlavə edilmiş 23.08.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 26.08.2019-cu il tarixdə ölmüş X1 vərəsəsi Cavabdeh2 miras əmlakdan - 1/3 hissədə pay almalıdır. Miras əmlak ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 48.36 kv/m olan mənzildir. Miras əmlakın 1/3 hissəsi açıq saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Beləliklə məhkəmə hesab edir ki, miras əmlakda paylar artıq müəyyən edildiyindən və cavabdehlərin payı ayrıldığından, o cümlədən Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr aldığından iddia tələbi təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «payın vərəsəlik qaydasında keçməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar