Məhkəmə qərarları › İş №2(060)-9266/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-9266/2021

20.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-9266/2021 20.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı2 Əsadam oğlunun iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Əsadam oğlunun cavabdeh “Azəriqaz” İstahsalat Birliyinə qarşı «borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Əsadam oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadələrində olan Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Gecə qondu ərazisində yerləşən fərdi yaşayış evinə dair qaz sayğacına görə tərtib olunmuş ******* №-li, 30.08.2021-ci il tarixli akt əsasında yaranmış 216 manat və sayğacın dəyəri olan 185,73 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı2 Əsadam oğlu iddianı müdafiə edərək göstərdi ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Gecə qondu ərazisndə yerləşən fərdi yaşayış evi onların istifadəsindədir. Həmin evə dair **********00200 nömrəli abonent kodu İddiaçı1 adına qeydiyyata alınmışdır. Qeyd edir ki, həmin evi Gecə qondu ərazisindədir. Evə dair sayğac digər iddiaçının adına rəsmiləşdirilsə də, faktiki olaraq həmin ünvanda o, yaşayır. Heç vaxt kommunal ödənişlərində bağlı heç bir problem yaranmamışdır. Belə ki, 17.02.2021-ci il tarixli Azeriqaz İB-nin əməkdaşları yaşadığı mənzilə gələrək qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* № li, 17.07.2021-ci il tarixli akt tərtib etmişlər. Həmin akta əsasən, SMART tipli G-4 markalı 1201AQ100433170 № li sayğac ZENNER tipli G-l markalı **********2 № li sayğacla əvəzləmişlər. Köhnə sayğac cavabdeh təşkilatın əməkdaşları onun və ailə üzvlərinin şahidliyi olmadan köhnə sayğac çıxarılmışdır. Bir ay sonra Azeriqaz İB-nin əməkdaşları onun xəbəri olmadan sayğaca görə təbii X3nın pozulması haqqında ******* № li, 30.08.2021 -ci il tarixli akt tərtib etmişlər. Həmin seriyalı aktda çıxarılan sayğacın çıxış plasmas borusunun deşilməsi və dəymiş ziyanın hesablanması qeyd edilmişdir. Bunun nəticəsi olaraq ki, həmin akt əsasında sayğaca görə 216 və sayğacın dəyəri 185.73 manat məbləğində borc yaranmışdır. Qeyd edir ki, nə o, nə ailə üzvləri tərəfindən sayğaca və ya qaz borularına heç bir müdaxilə olunmamışdır. Belə ki, sayğac 2021-ci ilin iyul ayında çıxarılmışdır. Sonradan 1 ay sonra keçirilən monitorinq keçirilmiş, labaratoriyanın rəyinə əsasən sayğaca sübutu olmayan qanunsuz qüsur yazılmışdır. Heç vaxt da aylıq ödənişlərində gecikmə etməmiş, ödənişləri vaxtı vaxtında etmişdir. Sayğac labaratoriyaya aparılanda belə əməkdaşlar sayğaca onlar tərəfindən hər hansı bir müdaxilə etməkləri ilə bağlı sübut aşkar etməmişlər. Labaratoriyanın rəyi isə sadəcə fərziyədir. Yaranmış həmin borcu qanunsuz və əsassız hesab edir. Belə ki, qaz sayğacı küçədə quraşdırılmışdır. Həmçinin sayğaca nəzarət cavabdeh təşkilatın əməkdaşlarının nəzarətində olan işdir. Bu müddət ərzində nəzarətçinin sayağaca nəzarət etməməsi və işinə səhlənkar yanaşması onun hüquqlarını tapdalıyır. Bu borc reallığı əks etdirmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, istifadələrində olan Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Gecə qondu ərazisində yerləşən fərdi yaşayış evinə dair qaz sayğacına görə tərtib olunmuş ******* №-li, 30.08.2021-ci il tarixli akt əsasında yaranmış 216 manat və sayğacın dəyəri olan 185,73 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh “Azəriqaz” İstahsalat Birliyi qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdeh “Azəriqaz” İstahsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı2 Əsadam oğlunu dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan “Azəriqaz” İB Sumqayıt QİS tərəfindən İddiaçı1 ünvanlandığı 15.09.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, ünvanında olan G-4 markalı 1202AQ**********0 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvanından çıxarılmış sayğacın çıxış plastmas borusu deşildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş Sayğacın dəyəri 185,73 manat ABB Sumqayıt filialı AZ751BAZ******************** nömrəli hesaba ödənilməlidir. Ödəniş qəbzinin surəti isə Sumqayıt QİS-nə təqdim edilməlidir. Əks təqdirdə Sumqayıt QİS-si tərəfindən X2 müraciət olunacaqdır. İş materiallarında olan 31.08.2021-ci il tarixli “Azəriqaz” İB “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 2160 m3. İş materiallarında olan “Azəriqaz” İB-nin əməkdaşları E.Eyvazov, E.Nağıyev və V.Orucovun iştirakı ilə tərtib edilmiş “Təbii X3nın pozulması haqqında” № ******* saylı, 30.08.2021-ci il tarixli “akt”ın surətindən görünür ki, İddiaçı1 yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 7-8, mənzil 20-ə aid sayğac 16.08.2021-ci il tarixdə Dövlət Yoxlamasına gətirilmiş G-4 markalı, (N-1202AQ**********0) sayğaca baxış keçirimiş, sayğacın çıxış plastmas borusu deşilməsi aşkar olunmuşdur. İş materiallarında olan “Azəriqaz” İB-nin 20 avqust 2021-ci il tarixli MSK 29/1710- 03174-1 saylı aktın surətindən görünür ki, “Azəriqaz” İB-nin SOCAR**********30991710X03174 saylı, 06 avqust 2021-ci il tarixli telefonoqramına əsasən 06 avqust 2021-ci il tarixində əhali sektorunda istismarda olan Sumqayıt QİS-dən Metrologiya Departamentinə gətirilmiş G-4 markalı, İtron tipli (Smart payment) (N- 1202AQ**********0) nömrəli məişət qaz sayğacın çıxış plastmas borusu deşilməsi müəyyən edilmişdir. İş materiallarında olan Abonentin saldosundan görünür ki, İddiaçı1 yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 7-8, mənzil 20-ə akta görə 216 manat borc hesablanmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin 1 saylı Mənzil Kommunal Sahəsinin 16.09.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı2 Əsadam oğlu Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 7/8, mənzil 20-də qeydiyyatsız yaşayır. “X3"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə hesab edir ki, Qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Sayğaca məhz iddiaçı tərəfindən müdaxilə olunması üçün Sumqayıt Qaz İstismar İdarəsinin məhkəməyə təqdim edə biləcək dəlilləri olsaydı, nəzərdə tutulmuş sayğacın dəyərinin İddiaçı1 tələb edilməsi qanuni olardı. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarına əsasən sayğacların işlək vəziyyətdə saxlanması üçün məsuliyyəti istehlakçı deyil, qaz paylayıcısı olan Sumqayıt Qaz İdarəsi daşıyır. Buna görə məhkəmə hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyi üçün iddiaçıya sərfiyyat əsasında hesablanmış 216 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi İddiaçı1 “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz sayğacını zədələyərək maddi ziyan vurması məhkəmədə sübuta yetirilmədi. Bundan əlavə ““Azəriqaz” İB Sumqayıt QİS tərəfindən İddiaçı1 ünvanlandığı 15.09.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, ünvanında olan G-4 markalı 1202AQ**********0 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvanından çıxarılmış sayğacın çıxış plastmas borusu deşildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş Sayğacın dəyəri 185,73 manat ABB Sumqayıt filialı AZ751BAZ******************** nömrəli hesaba ödənilməlidir. Ödəniş qəbzinin surəti isə Sumqayıt QİS-nə təqdim edilməlidir. Əks təqdirdə Sumqayıt QİS-si tərəfindən X2 müraciət olunacaqdır. Məhkəmə hesab edir ki, sayğacın dəyəri kimi iddiaçıların ünvanına hesablanmış 185,73 manat məbləğində borc silinməlidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 N-li Qərarı ilə təsdiq olunmuş “X3”nın 4.9-cu bəndinə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və 4.2-ci bənsinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydaların 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə bu normalardan çıxış edərək və işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 Əsadam oğlunun yaşadıqları Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Gecə qondu ərazisində yerləşən fərdi yaşayış evinə dair müdaxilə edilmiş sayğacın dəyəri olaraq hesablanmış 185 (bir yüz səksən beş) manat 73 (yetmiş üç) qəpik məbləğində borcun və əsassız olaraq hesablanmış 216 (iki yüz on altı) manat məbləğində cərimə silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbayçan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 yaşadıqları Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Gecə qondu ərazisində yerləşən fərdi yaşayış evinə dair müdaxilə edilmiş sayğacın dəyəri olaraq hesablanmış 185 (bir yüz səksən beş) manat 73 (yetmiş üç) qəpik məbləğində borcun və əsassız olaraq hesablanmış 216 (iki yüz on altı) manat məbləğində cərimə silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar