Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-9286/2021 23.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik enerjisinə görə yaranmış borcun silinməsi tələbinə dair mülki işə 23 dekabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik enerjisinə görə yaranmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi köçkünlər üçün müəyyən edilmiş limitdən artıq istifadəyə görə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ünavanında yerləşən ev 9E, mənzil 65-ə dair elektrik enerjisinə görə yaranmış 1051,08 manat borcun Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 9E, mənzil 65 mülkiyyət hüququ ilə ona məxsusdur. Bunu AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 27.11.2018-ci il tarixli, RX Seriyalı ******* nömrəli arayışı təsdiq edir. Həmin mənzili “Alqı-satqı” müqaviləsi əsasında almışdır. Mənzilin əvvəlki mülkiyyətçisi X1 rayonundan məcburi köçkün olmuş və sözügedən mənzildə 1993- 2018-ci ilə qədər yaşamışdır. Əlağa Əhmədov 31.12.2016-cı ilə qədər məcburi köçkünlər üçün nəzərdə tutulan limitdən artıq 1051,08 manat X4 etmişdir. Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 01 yanvar 2017-ci il tarixə qədər məcburi köçkünlərin limitdən artıq istifadə etdikləri elektrik enerjisinin dəyərinin silinməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda adı çəkilən fərmanına əsasən cavabdeh tərəfindən hesablanmış 01.01.2017-ci il tarixə qədər olan 1051,08 manat olan borc limitdən artıq istifadə edildiyinə görə silinməlidir. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, sözügedən evi 2018-ci ildə almışdır. Alqı-satqı zamanı ona belə bir borc brədə bildirməmişlər. Daha sonra ona rəsmi olaraq 1051 manat borcunun olduğunu bildirmişlər. Məsələ ilə əlaqədar Asan xidmətə müraciət etdikdə tələb olunan borcun yalnız məhkəmə qərarı ilə silnməsinin mümkün olduğu qeyd edilmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Nümayəndə qeyd etdiklərinə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X11 mübahisələndirilən borc məbləğinin debitor borc olduğunu, 31.12.2016-cı il tarixdə aparılmış “Məcburi köçkün borcunun dondurulması” zamanı abonentin hesabına donma əməliyyatı şamil edilərək 1051,08 manat borcunun dondurulduğunu, həmin borcun abonentlərə verilən bildirişlərdə qeyd edilmədiyini və bu borcların silinməsinin müəssisənin səlahiyyətinə aid olmadığını bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan abunə haqqında 19.10.2021-ci il tarixli invoisdən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9E saylı evin 65 saylı mənzilində quraşdırılmış sayğaca əsasən 31.12.2016-cı ildə 1051,08 manat borc “Məcburi köçkün borcunun dondurulması” kimi göstərilmişdir. İş materiallarında olan RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 9–cu mikrorayon, 9E saylı evin 65 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə 27.11.2018-ci il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş 28.09.2018-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 9E, 65 saylı mənzili 67000 manata X2 almışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Sumqayıt şəhəri, 9–cu mikrorayon, 9E saylı evin 65 saylı mənzilində X4yə görə hesablanmış 1051,08 manat məbləğində borc silinməlidir. Belə ki, iş materiallarından görünür ki, X7 məcburi köçkün kimi ünvan 1 ünvan "xxxx" ASC-də Sumqayıt şəhəri, 9-cu mikrorayon, B:229e, M: 65 kimi qeydə alınmışdır. X3 məcburi köçkün kimi 1051,08 manat məbləğində borcu 31.12.2016-cı il tarixdə cavabdeh tərəfindən dondurulmuşdur. Hazırda həmin mənzildə yaşayan istehlakçı İddiaçı həmin borcun silinməsini xahiş edir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir. Həmin Fərmanın 1-1-ci bəndinə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsinin təmin olunması qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «X4 Qaydaları»nın 1.1-ci bəndinə görə yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X4 edən istehlakçı məişət abonenti (əhali) kateqoriyasına aiddir. Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr üçün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanununa əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektirik enerjisinin hesabı tam ödənildikdən sonra enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektirik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi,onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Məhkəmə hesab edir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı ilə məcburi köçkünlərin istifadə etdikləri elektrik enerjisinə görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsinin təmin olunması qərara alındığından və həmin Fərman əsasında cavabdeh "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, Sumqayıt şəhəri, 9–cu mikrorayon, 9E saylı evin 65 saylı mənzilinə X4yə görə hesablanmış 1051,08 manat məbləğində borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı (abunə kodu: **********04503) elektirik enerjisindən istifadəyə görə hesablanmış 1051,08 (bir min əlli bir manat səkkiz qəpik) manat məbləğində borc cavabdeh "xxxx" ASC tərəfindən silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-9286/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-9286/2021
23.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver