Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-940/2024 11.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat "xxxx" ASC tərəfindən ona qanunsuz olaraq hesablanmış 1527 (bir min beş yüz iyirmi yeddi) manat qanunsuz və əsassız debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, hal-hazırda, Sumqayıt şəhəri, 22A məhəllə, Yataqxana №2, otaq 60/65-də ailə üzvləri ilə birlikdə yaşayır. Evində o, həmişə bütün kommunal xidmətlərə görə haqları, o cümlədən elektrik haqlarına görə məbləğləri vaxtlıvaxtında ödəmiş və heç bir borcu da yoxdur. Yəni bunlar qanuna əsasən ödənilmişdir. Göstərilən rəsmi müraciətlərinə baxmayaraq, cavabdeh təşkilat tərəfindən naməlum qaydalar əsasında qanunsuz və əsassız olaraq onların ailəsinin heç bir borcu olmamasına baxmayaraq göstərilən ünvana 1527 manat ( min beş yüz iyirmi yeddi manat) debitor borc hesablanmışdır. Bunu iddia ərizəsinə əlavə etdiyi sənədlər də təsdiq edir. O, dəfələrlə həmin idarəyə müraciət etmiş və bildirmişdir ki, evdə onların iddia etdiyi dövrdə heç bir borc yaranmamış və göstərilən xidmətlərə görə hesabatı düzgün hesablasınlar və bura onun şəxsi evi deyil, ümumi ictimai binadır yataqxanadır və buradakı hamam, mətbəxt otağı, dəhliz və sairə sakinlərin ümumi birgə istifadəsindədir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il dekabr tarixli fərmanı ilə bütün 2017-ci il yanvar ayının 1-nə kimi olan elektrik haqlarına görə vətəndaşların borcları dövlət tərəfindən silinmişdir ki, onların köhnə borcu da ola bilməz. Lakin cavabdeh ona bildirmişdir ki, onlar bu borcu poza bilməzlər. Lakin onlar bu suala cavab verə bilmədilər. Ona gələn ödəniş qəbzlərində illər uzun borc sıfır göstərilsə də, abunə Haqqında (TR adi: TR:3090122 Voltaji:6) saldo cədvəlində qanunsuz olaraq 1527 manat (min beş yüz iyirmi yeddi manat) debitor borc göstərilmişdir. Beləliklə də, cavabdeh tərəfindən qeyri- qanuni olaraq ona debitor borc hesablanmış və elektrik enerjisinin sərfıyyatı üçün 1527 manat (min beş yüz iyirmi yeddi manat) debitor borc kimi hesablanaraq qeyd edilmişdir. O, bu qanunsuzluqlar barədə həmin idarəyə müraciət etmişdir. Lakin orada məsləhət görmüşlər ki, bu barədə məhkəməyə müraciət etmişdir. Çünki onlar, bildirmişlər ki, onun borcu olmasada köhnədən kompüterdə qalmış borcu bazadan silə bilmirlər. Bu ancaq məhkəmə qərarı ilə silinə bilər. Bu haqsızlığa son qoyulması məqsədi ilə də o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Adi riyazi hesablama və təqdim edilmiş mötəbər sübutlardan tam aydın olur ki, onun iddia tələbləri əsaslıdır və tam təmin olunmalıdır. Beləliklə də, cavabdeh tərəfindən ona qanunsuz debitor borcu hesablanmışdır. Cavabdeh tərəfin isə onun iddia tələblərini rədd edə biləcək heç bir dənə də olsun sübutu belə yoxdur. Bütün bu sübütlardan məlum olmuşdur ki, cavabdeh təşkilat bu qanunsuz debitor borcların aralarında bağlanmış hansı müqavilənin, sazişin və ya öhdəlik, iltizamının olması əsasında gəldiyini göstərməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə əsasən, o, yalnız həmin yataqxanada yaşadığı müddət ərzində faktiki istifadə etdiyi müddət üçün elektrik enerjisinə görə borcları olarsa ödəməli, həmin evdə yaşayarkən də bütün haqlar ödənmişdir. Belə ki, onlar məcburi köçkünlərin kommunal xidmətlərə görə o cümlədən elektrik enerjisinə görə haqları dövlət tərəfindən hər ay vaxtlıvaxtında ödənilmişdir. Ona görə də onun bir məcburi köçkün kimi cavabdehə hər hansı bir borcu ola bilməz. Ona görə də, hesab edir ki, məhkəmə tərəfindən onun iddia tələbləri təmin edilməli, Sumqayıt Elektrik Şəbəkəsi tərəfindən ona qanunsuz olaraq hesablanmış 1527 manat (min beş yüz iyirmi yeddi manat ) debitor borcunun silinməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmədə iddiaçının nümayəndəsi Vəkil eyni məzmunlu izahat verərək, iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AA seriyalı, №113460 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkündür. İşə əlavə olan "xxxx" MMC Xəzər Mənzil İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, məhəllə 22A, yataqxana 2, otaq 60/65-də 1992-ci ildən xx.xx.2023-cü il tarixə kimi yaşamışdır. İşdə olan Abunə haqqında saldodan müəyyən edilir ki, iddiaçının yaşadığı Sumqayıt şəhəri, 22-ci məhəllə, B:002A, M:5456-ya enerji sərfıyyatına görə 31 dekabr 2016-cı il tarixinə orta sərfiyyat əsasında ümumilikdə 1527 (bir min beş yüz iyirmi yeddi) manat qaçqın borcu qalmışdır. Məhkəmə araşdırması zamanı iş materiallarından və tərəfin izahatından müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçının yaşadığı Sumqayıt şəhəri, məhəllə 22A, yataqxana 2, otaq 60/65 ünvanına 31 dekabr 2016-cı il tarixinə orta sərfiyyat əsasında ümumilikdə 1527 (bir min beş yüz iyirmi yeddi) manat qaçqın borcu hesablanmışdır. İddiaçı həmin borcun silinməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 №li qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 7.9-cu maddəsində nəzərdə tutulur ki, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablanması üçün, yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılmalıdır. Qaydaların 7.2-ci bəndində göstərilir ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qanunun tələbindən görünür ki, istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaları”nın 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin ümumi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli 3 N-li qərarında göstərilir ki, vaxtaşırı (aylıq, rüblük və s.) icra edilməli öhdəliklər üzrə iddia müddəti hər bir ödəmə üçün ayrılıqda hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 3-cü bəndinə əsasən, sıx məskunlaşma yerlərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin istehlak etdikləri kommunal xidmət xərcləri (elektrik enerjisi, təbii qaz, su və məişət tullantılarının daşınması) dövlət tərəfindən ödənilir. Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə prosesi zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən tələb edilən borc mənzilin köhnə yaranan borcdur, həmin borc 2016-cı ilədək yaranmışdır, odur ki, hesablanmış 1527 manat məbləğində borc əsassız olduğu üçün silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, 22-ci məhəllə, yataqxana № 2, otaq 60/65 ünvanına enerji sərfıyyatına görə əsassız olaraq hesablanmış 1527 (bir min beş yüz iyirmi yeddi) manat borc əsassız olduğu üçün silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-940/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-940/2024
11.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver