Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-957/2021 07.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X13, Cavabdeh, Üçüncü şəxslər Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi X14 və Sumqayıt şəhəri X5 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh, X6, üçüncü şəxslər Sumqayıt şəhər İcra Hakimiyyətinə və Sumqayıt şəhəri X2rşı “qanunsuz tikilinin sökülməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh, X6, üçüncü şəxslər Sumqayıt şəhər İcra Hakimiyyətinə və Sumqayıt şəhəri X2rşı “qanunsuz tikilinin sökülməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən ümumi istifadədə olan piyada və avtomobil yolunda tikilən hasarın sökülərək yolun əvvəlki vəziyyətə gətirilməsini cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X18 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, iddiaçı onun anasıdır. X11 ilə İddiaçı arasında 13 may 2005-ci ildə, 89 nömrəli torpaq icarə müqaviləsi bağlanmışdır. Bu müqavilə X5 21 iyun 2005-ci tarixli, 08 saylı iclasının qərarına əsasən bağlanmışdır. Müqaviləyə əsasən 750 kv.m torpaq sahəsi iddiaçıya icarəyə verilmişdir. Qeyd edilən sahəni bağ olaraq həmin vaxtdan istifadə edirlər. Təxminən 2015-ci ildə Cavabdeh qonşuluqda torpaq sahəsi alaraq orda tikinti işləri aparmışdır. Həmin tikinti ümumi istifadədə olan yol sahəsinə çıxmışdır. Hasar tikintisi piyada və avtomobil üçün nəzərdə tutulan və ümumi istifadədə olan yol sahəsində aparılmışdır. Həmin ərazidə uzun müddətdi iddiaçı ilə yanaşı digər qonşular da torpaq istifadə edir və qeyd edilən ümumi istifadədə olan yola tikinti işləri zamanı heç bir müdaxilə olmamışdır. Çünki həmin yoldan hamı həm piyada, həm də avtomobil yolu olaraq istifadə edir. Bu səbəbdən Cavabdeh dəfələrlə iddiaçının və digər qonşular tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh deyilənlərə əhəmiyyət vermədən ümumi istifadədə olan yolda tikintini aparmışdır. Bununla bağlı olaraq qonşularla bərabər İcra nümayəndəliyinə və bələdiyəyə müraciət etmişdir. Bələdiyyə sədri tərəfindən cavabdehə də məlumat verilmişdir ki, həmin yerdə titikti aparılması qadağandır və ora ümumi istifadə üçün nəzərdə tutulmuşdur. Bundan əlavə bələdiyyə və icra nümayəndəliyinin nümayəndələrinin iştirakı ilə qeyd edilən ərazidə baxış keçirilərək müəyyən edilmişdir ki, cavabdeh hasar tikinti işlərini ayrılmış torpaq sahəsindən kənara çıxararaq ümumi istifadədə olan yolda aparmışdır. Cavabdeh hasarı tikdirməklə yolu xeyli daraldıb, həmçinin hasarın tikilişi dairəvi olduğundan yoldan heç bir formada avtomobil yolu kimi istifadə etmək mümkün deyil. Həmin ərazidə bağ sahəsi ilə yanaşı insanlar ev tikib yaşayır avtomobil yolunun olması zəruridir. Cavabdeh isə yolu daraldaraq yalnız iki nəfərin keçə biləcəyi vəziyyətə gətirmişdir. Bundan başqa icra nümayəndəliyinin və bələdiyyənin nümayəndələrinin iştirakı ilə aparılan baxış zamanı müəyyən olunmuşdur ki, həmin hasar Bakı-Quba 1 kub mertlik su boru kəmərinin üzərində tikilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh etirazla məhkəməyə müraciət edərək göstərdi ki, iddiaçı X15 ona qarşı qaldırdığı “qanunsuz tikilinin sökülməsi” tələbi əsassız və qanunvericiliyin tələblərinə zidd olduğundan təmin olunmamalıdır. Belə ki, həmin torpaq sahəsi ona yox, anası şəhid ailəsi X7 məxsusdur və İddiaçı bir il qabaq, yəni H.Z.Tağıyev qəsəbə bələdiyyəsi ilə 01.10. 2004-cü il tarixli, 112 nömrəli qərara əsasən müqavilə bağlayaraq onun adına rəsmləşdirilmişdir. İddiaçının iddia etdiyi kimi bu hasarın altından Bakı-Quba 1 kub metrlik su xətti keçmir. Çünki ümumiyyətlə, bu adda su xətti yoxdur. Şollar su kəməri var ki, bu da ətrafda olan 5 mərtəbəli binanın 15-20 metrliyindədir. Bu da, onun hasarından da çox uzaqdadır. Digər tərəfdən iddiaçı qeyd edir ki, guya burada ev tikib yaşayanlar üçün buradan avtomobil yolunun, keçməsi zəruridir. Ətrafda qonşularının heç birinin bu yola ehtiyacı yoxdur. Heç vaxt da, ondan şikayətçi olmamışdılar. Bunu ərizələri ilə də təsdiq edirlər. X4 08 yanvar 1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverinliyi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olduqdan sonra anasının yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 3 nömrəli evin nömrəli mənzilin yaxınlığında sözü gedən ərazi bağ sahəsi kimi istifadə üçün rəsmi olaraq bələdiyyə vermişdir. Bağ sahəsindən birlikdə istifadə etməklə ağaclar və bostan bitkiləri əkərək həm ailənin kənd təsərüfatı məhsullarına olan ehtiyacını ödəyirlər, həm də, şəhid olmuş qardaşının ruhuna olan dövlət qayğısı və ehtiramını hiss edərək təskinlik tapmışlar. Halhazırda anası yaşlı və iş qabiliyyəti çox aşağı səviyyədə olduğundan həmin yeri bağ kimi o, istifadə etməklə ailənin təlabatını təmin edir. Əslində bu torpaq sahəsindən istifadə adiyyatı orqanlardan şifahi şəkildə icazə almaqla İddiaçı da xeyli qabaq təxminən 33 il bundan əvvəl başlamışlar. Həmin vaxt ətraf tamamilə boşluq olmuşdur. 10-15 il ərzində bütün ətrafadıkı torpaq sahəsində yaşayış evləri tikilmişdir. Yeni tikililər səbəbindən İddiaçı torpaq sahəsinə gedən yol daralmışıdır. O, anasının təqaüdündən və özünün min bir əziyyətlə topladığı pulla 7 il bundan qabaq bu torpağın ətrafına insanların istifadə etdiyi piyada yola heç bir müdaxilə etmədən, bələdiyyənin onlara verdiyi mövqe planına uyğun olaraq daş hasar çəkdirmişdir. Çünki şəhid qardaşının xatirəsinə ehtiram olaraq dövlət tərəfindən verilmiş bağ sahəsində əkdiyi ağacları İddiaçı oğlu Namik Zalı oğlunun və digərlərinin sahibsiz kimi qəsəbənin küçələrinə buraxdığı heyvanlar məhv etmişdir. Həmçinin anası və o, ərazidə təsərüfat işləri ilə məşğul olub oğlunun yoxluğu ilə təskinlik tapırlar. Bağın ətrafına hasar çəkən vaxt İddiaçı oğlu Namik Zal oğlu buna heç bir etiraz etməmişdir. Amma hal-hazırda başqalarının məsləhətilə ondan hasarı söküb maşın yolu tələb edirlər. Namik Zal oğlu bacısı və qızı isə ailə üzvlərini şərləyəcəkləri ilə hədələyirlər. Vəziyyətdən əlavə bir çıxış yolu axtarmaqdansa, anasının adından onu məhkəməyə vermişdir. O və anası bu iddianı tamamilə əsassız hesab edirlər. Onlar köhnə qonşudurlar. Yaxşı münasibətləri olmuşdur. Amma indi Namik Zalı oğlu sonradan tikilən evlər səbəbindən yolunun daralmasının təqsirini onda görür başqalarının sifarişi ilə və ondan yol tələb edir. O, anasının təqaüdü və özünün cüzi qazancı ilə həmin yeri hasara aldırmışdır. Namik Zal oğlu yol istəyirdisə niyə həmin vaxt bu tikiliyə etiraz etməmişdir. Bundan əlavə İddiaçı və Namik Zal oğlu həmin yerdən ümumiyyətlə istifadə etmir. 25 ildən artıqdır ki, “bağ” dediyi yer heç bir məqsədlə istifadə olunmur. Hal-hazırda isə “qanunsuz tikinti” deyib hasarını sökdürməkdə məqsədi “bağ” dediyi yerə maşın yolu açıb orada əsaslı tikinti-ev tikintisi aparmaqdır. Halbuki, bələdiyyə bu torpaqlarda ev tikintisini aparmağa icazə verməmişdir. Odur ki, İddiaçı ona və şəhid anasına qarşı qaldırdığı iddia tamamilə əsassızdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxslər Suqmayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi X20 və Suqmayıt şəhəri X5 nümayəndəsi X3 məhkəmə iclasında göstərdilər ki, 03.06.2021-ci il tarixdə Sumqayıt şəhər, Hacı Zeynalabdin qəsəbəsi, Gənclik küçəsində yerləşən ünvanlara baxış keçirilərkən müəyyən olunmuşdur ki, məhkəmə icraatında olan işlə əlaqədar İddiaçı söküntüsü iddia edilən Cavabdeh məxsus torpaq sahəsi zəbt edilmiş hesab olunmur. Çəkilmiş hasar ictimai gediş gəliş yolunun üstündə inşa edilməmişdir. Hasarın çəkildiyi torpaq sahəsi uzun illərdir Cavabdeh istifadəsində olmuşdur. Sözü gedən hasar iddiaçıya heç bir maneə törətmir. Belə ki, həmin sözü gedən ərazidə alternativ gediş-gəliş yolu vardır. Odur ki,cavabdeh tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız hesab edilməli və onun rədd olunmasına dair qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan 13.05.2005-ci il tarixli torpağın icarə müqaviləsinin surətindən görünür ki, Sumqayıt şəhəri X5 21.06.2005-ci il tarixli, 08 saylı qərarı ilə 750 kv.m torpaq sahəsi X10 5 il müddətinə icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş X11 tərəfindən tərtib edilmiş 03.06.2021-ci il tarixli aktdan görünür ki, 03.06.2021-ci il tarixdə Sumqayıt şəhər, Hacı Zeynalabdin qəsəbəsi, Gənclik küçəsində yerləşən ünvanlara baxış keçirilərkən müəyyən olunmuşdur ki, məhkəmə icraatında olan işlə əlaqədar İddiaçı söküntüsü iddia edilən Cavabdeh məxsus torpaq sahəsi zəbt edilmiş hesab olunmur. Çəkilmiş hasar ictimai gediş gəliş yolunun üstündə inşa edilməmişdir. Hasarın çəkildiyi torpaq sahəsi uzun illərdir Cavabdeh istifadəsində və sərəncamında olmuşdur. Sözü gedən hasar iddiaçıya heç bir maneə törətmir. Belə ki, həmin sözü gedən ərazidə alternativ gediş-gəliş yolu vardır. Odur ki,cavabdeh tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları və işin faktiki hallarını qiymətləndirib, qanunvericiliyin tələblərini nəzərə alıb belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh, X6, üçüncü şəxslər Sumqayıt şəhər İcra Hakimiyyətinə və Sumqayıt şəhəri X2rşı “qanunsuz tikilinin sökülməsi tələbinə” dair iddiası əsassız hesab edilərək rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh, X6, üçüncü şəxslər Sumqayıt şəhər İcra Hakimiyyətinə və Sumqayıt şəhəri X2rşı “qanunsuz tikilinin sökülməsi tələbinə” dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-957/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-957/2021
07.06.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver