Məhkəmə qərarları › İş №2(060)-966/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-966/2022

07.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-966/2022 07.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Behbudovanın sədrliyi, Rəşad Mehman oğlu Məmmədlinin katibliyi, İddiaçı, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvan onun faktiki mülkiyyətindədir. “Azəriqaz” İ.B-nin ünvan 4qayıt Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən mənzilinə xidmət dən mexaniki tipli təbii qaz sayğacı çıxarılaraq, əvəzinə yeni mexaniki tipli sayğacı quraşdırılmışdır. Bu barədə “Qaz sayğacınını çıxarılması, quraşdırıması və istismara qəbulu haqqında” akt tərtib edilmiş, lakin akt rəsmi qaydada iddiaçı X1 təqdim edilməmişdir. Mənzildən çıxarılmış sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənayə və X5 Kalibriləşmə Labaratoriyasında yoxlama keçirilmiş və 30.11.2021-ci il tarixdə MSK-29/1710-04803-1 saylı akta əsasən “sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmadığından” sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Akt yazılarkən onun və hal şahidlərinin iştirakı təmin olunmamış, aktı imza etməmişdir. Sayğac yenisi ilə əvəz edildikdən sonra çıxarılan sayğac xüsusi torbaya qoyularaq möhürlənməli və onun iştirakı ilə açılaraq sayğaca baxış keçirilməli olduğu halda bunların heç birinə əməl olunmamışdır. Bundan əlavə mənzilə aid sayğaca ərazinin nəzarətçisi tərəfindən hər ay baxış keçirilmiş, bu müddət ərzində heç bir müdaxilə və ya pozuntu halları aşkar edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 29.11.2021-ci il tarixli, ******* №-li akta əsasən abonent saldosunda qeyd edilən 432 manat borcun və sayğacın dəyərinə görə hesablanmış 64,67 manatın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X7 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçıya məxsus ünvanda quraşdırılmış sayğac istifadə müddəti keçdiyinə görə çıxarılıb laboratoriyaya göndərilmiş, sayğacın borusunda istismara yararsız olması barədə rəy verilmişdir. Bu səbəbdən məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 4qayıt şəhəri, 6-cı mikrorayon, ev 25, mənzil 6 ünvanında İddiaçı təbii qazdan istifadəyə görə 216 manat məbləğində borcu var. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 29.11.2021-ci il tarixli aktın surətindən görünür ki, 29.11.2021-ci il tarixdə dövlət yoxlamasına göndərilmiş sayğacların müayinəsi laboratoriyasının rəyinə əsasən G- 4 markalı məişət qaz sayğacına baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar edilmişdir. Ona görə də itirilmiş qazın bərpası üçün dəymiş ziyan tələb edilir. İş materiallarında olan 29.11.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı ünvanına 29/1710-04803 saylı, 29.11.2021-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 43200 kubmetr qaz itkisi hesablanmışdır. İş materiallarında olan «Azəriqaz» İB-nin ünvan 4qayıt QİS tərəfindən iddiaçıya ünvanlanmış məktubundan görünür ki, abonentə ünvan 4qayıt QİS-i bildirmişdir ki, ünvanda olan G-4 markalı 00423253 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmadığından sayğac istismara yararsız kimi qiymətləndirilmiş, müdaxilə edilmiş sayğacın dəyəri 64.67 manat ABB ünvan 4qayıt filialı AZ751BAZ**********270880213 nömrəli hesaba ödənilməli olduğu və ödəniş qəbzinin surətinin isə ünvan 4qayıt QİS-nə təqdim edilməli olduğu bildirilmişdir. Əks təqdirdə ünvan 4qayıt QİS-si tərəfindən X4 müraciət olunması qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin ünvan 4qayıt filialının İddiaçı ünvanladığı məktubdan görünür ki, Agentliyin ünvan 4qayıt filialı tərəfindən «Azəriqaz» İB-nin ünvan 4qayıt QİS-nə fərdi yaşayış evinin qaz hesabına daxil edilmiş əlavə sərfiyyatın hesabatına yenidən baxılması barədə məktub ünvanlanmış, birliyin cavab məktubunda qeyd edilən məbləğin silinməsinin mümkün olmadığı bildirilmişdir. Həmçinin İddiaçı tərəflər arasında yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda məhkəmədə mübahisələndirilə biləcəyi tövsiyə olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 4qayıt şəhəri, 6-cı mikrorayon, ev 25, mənzil 6 ünvanında İddiaçı təbii qazdan istifadəyə görə 432 manat məbləğində borcu var. İş materiallarında olan qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi 30 noyabr 2021-ci il tarixli, MSK-29/1710-04803-1 saylı aktın surətindən görünür ki, çıxarılan sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzilə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmiş və çıxarılmış sayğaca baxış zamanı müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Buna görə cavabdeh təşkilat tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 432 manat cərimə qismində hesablanmış borc və 64.67 manat sayğac borcu tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, «Azəriqaz» İstehsalat Birliyi tərəfindən iddiaçının **********00060 saylı abonent kodu ilə qeydə alınmış ünvan 4qayıt şəhəri 6-ci mikrorayon ev 25, mənzil 6 ünvanına itirilmiş qazın bərpasına görə hesablanmış 432 manat cərimə və 64.67 manat məbləğində sayğac borcu silinməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüünvan 4u, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüünvan 4unun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüünvan 4u alınmalıdır. Belə ki, «Dövlət rüünvan 4u haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüünvan 4u ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüünvan 4unu ödəməkdən azad edilmişsə, dövlət rüünvan 4u iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Azəriqaz» İstehsalat Birliyi tərəfindən iddiaçının **********00060 saylı abonent kodu ilə qeydə alınmış ünvan 4qayıt şəhəri 6-ci mikrorayon, ev 25, mənzil 6 ünvanına itirilmiş qazın bərpasına görə hesablanmış 432 (dörd yüz otuz iki) manat cərimə və 64.67 (altmış dörd manat altmış yeddi qəpik) manat məbləğində sayğac borcu silinsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüünvan 4u alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində ünvan 4qayıt Şəhər Məhkəməsi vasitəsi ilə ünvan 4qayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar