Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-972/2021 19.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Cavabdeh” İstahsalat Birliyinə qarşı «akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş “qaz sayğacının çıxarılması, quraşdırılması və istisnara qəbuku haqqında” 07.07.2020-ci il tarixli, ******* №-li akta əsasən hesablanmış 365,20 manat sayğacın dəyərinə görə hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, Sumqayıt şəhəri, 18-ci məhəllə ünvanında yerləşən 6/27 saylı evin, 18-ci mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Sözügedən mənzilə görə onun adına MA Seriyalı ******* №-li Çıxarış verilmişdir. “Cavabdeh” İB-nin Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən mənzilinə quraşdırılmış smartkart tipli qaz sayğacı yeni mexaniki tipli qaz sayğacı ilə əvəz edilmişdir. Bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 07.07.2020-ci il tarixli, ******* №-li Akt tərtib olunmuşdur. Sözügedən akta əsasən ona sayğacın dəyəri olaraq 365,20 manat borc hesablanmışdır. “Təbii X2nın pozulması haqqında” 10.05.2018-ci ildə ******* №-li Akt tərtib edilmişdir. Mənzilinə təbii qazın verilməsi dayandırılmışdır. O, cavabdeh tərəfindən tərtib olunmuş aktla razılaşmır. İstehlakçı kimi qaz sayğacına heç bir müdaxilə etməmiş və tələb olunan məbləği əsassız hesab edir. Aktın tərtibində iştirak etməmiş və Aktı imzalamamışdır. Bundan əlavə cavabdeh tərəfindən quraşdırılmış mexaniki tipli qaz sayğacı istehsalçının vəsaiti hesabına quraşdırılmalıdır. Buna görə də ondan tələb edilən sayğacın dəyəri kimi 365,20 manat borcuda qəbul etmir. Qeyd edir ki, qaz sayğacı mənzilin çölündə yerləşir. Sayğaca edilən hər hansı bir müdaxilələrə görə və qaz sayğacının sıradan çıxmasında o, günahkar deyildir. Göstərilənləri nəzərə alaraq, cavabdeh tərəfindən tərtib olunmuş “qaz sayğacının çıxarılması, quraşdırılması və istisnara qəbuku haqqında” 07.07.2020-ci il tarixli, ******* №li akta əsasən hesablanmış 365,20 manat sayğacın dəyərinə görə hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh “Cavabdeh” İstahsalat Birliyi qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdeh “Cavabdeh” İstahsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan “Cavabdeh” İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının QİS-nin görəcəyi işlər barədə tələblər” adlı sənəddən görünür ki, ******* №li 10.05.2018-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 m3 /saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, ASQ-nin maksimal saatlıq qaz sərfi 2.25 m3 /saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 180 qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 4104 m3. İş materiallarında olan “Cavabdeh” İB-nin əməkdaşları C.Sadıqov, S.Məmmədov və M.Məmmədovun iştirakı ilə Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 6/17, mənzil 18-ə dair tərtib edilmiş “Təbii X2nn pozulması haqqında” ******* №li 10.05.2018-ci il tarixli aktın surətindən görünür ki, sayğacın üzərində plomb aşkar edilməmişdir. İş materiallarında olan “Cavabdeh” X4 İstismar Sahəsinin bildiriş-xəbərdarlığından görünür ki, İddiaçı Adil oğluna məxsus Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 6/27, mənzil 18ə 369,40 manat borc hesablanmışdır. İş materiallarında olan “Cavabdeh” İB-nin əməkdaşları C.Sadıqov, O.Zeynalov və C.Axundovun iştirakları ilə Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 6/27, mənzil 18-ə dair tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* №li 07.07.2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı Adil oğluna məxsus evə aid sayğac üzərində plomb aşkar edilməmişdir. Sayğac yenisi ilə əvəzlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, № ******* saylı “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 6/27, mənzil 18 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı Adil oğlunun adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 28.01.2012-ci il tarixdə 167 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı Adil oğluna məxsus Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 6/27, mənzil 18-ə akta əsasən 365,20 manat məbləğində əlavə qaz sərfiyyatı hesablanmışdır. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, məhəllə 18, ev 6/27, mənzil 18-də qeydiyyatdadır. X2"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə hesab edir ki, Qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Sayğaca məhz iddiaçı tərəfindən müdaxilə olunması üçün Sumqayıt Qaz İstismar İdarəsinin məhkəməyə təqdim edə biləcək dəlilləri olsaydı, nəzərdə tutulmuş sayğacın dəyərinin İddiaçı tələb edilməsi qanuni olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi İddiaçı “Cavabdeh” İstehsalat Birliyinə məxsus qaz sayğacını zədələyərək maddi ziyan vurması məhkəmədə sübuta yetirilmədi. Məhkəmə hesab edir ki, sayğacın dəyəri kimi iddiaçının ünvanına hesablanmış 365 manat 20 qəpik məbləğində borc silinməlidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 N-li Qərarı ilə təsdiq olunmuş “X2”nın 4.9-cu bəndinə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və 4.2-ci bənsinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydaların 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabna təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə bu normalardan çıxış edərək və işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 6/27-də yerləşən 18-ci mənzilə yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış 365 (üç yüz altmış beş) manat 20 (iyirmi) qəpik məbləğində borc silinməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 6/27-də yerləşən 18-ci mənzilə yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış 365 (üç yüz altmış beş) manat 20 (iyirmi) qəpik məbləğində borc silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-972/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-972/2021
19.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver