Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-975/2025 27.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdehnə qarşı mirasın qəbulundan imtina müddətinin uzadılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü ildə vəfat etmiş X1 qalmış mirasın qəbulundan imtina etmə müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Hazırki iş üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixə, saat 10:15-ə təyin edilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. İş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri üçün məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddia ərizəsinə əlavə edilmiş qəbzdən görünür ki, ərizəyə 100 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Belə ki, qeyd olunan maddədə göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdehnə qarşı mirasın qəbulundan imtina müddətinin uzadılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, həmçinin iddianın məhkəməyə verilməsinə görə xx.xx.2024-cü il tarixdə ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı2 geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdehnə qarşı mirasın qəbulundan imtina müddətinin uzadılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı2 tərəfindən xx.xx.2024-cü il tarixdə “KapitalBank” Ödəmə terminalı vasitəsi ilə ********** nömrəli qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu Dövlət Büdcəsindən ona geri qaytarılsın. Qərardadın icrası, dövlət rüsumunun qaytarılmasına dair hissədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-975/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-975/2025
27.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver