Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-984/2021 27.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili X3 iştirakı ilə, Ərizəçi nikah haqqında akt qeydinə düzəliş olunmasına dair ərizəsi üzrə mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şərur rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 14.05.1981-ci il tarixli 15 nömrəli nikah haqqında akt qeydində soyadının “Həsənova”dan- “Yusifova”ya düzəliş olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-cü ildə Naxçıvan MR-nın, Şərur rayonunun, Kosacan kəndində anadan olmuşdur. O, 14.05.1981-ci ildə X4 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Şərur rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 14.05.1981-ci il tarixli 15 nömrəli nikah haqqında akt qeydində onun soyadı Həsənova kimi qeyd olunmuşdur. Əslində isə onun soyadı Həsənova yox, Yusifovadır. Bunun üçün o, Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən onun xahişi təmin olunmamış və ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Onun soyadının Yusifova olması ona məxsus şəxsiyyət vəsiqəsində və doğum haqqında şəhadətnamədə öz təsdiqini tapır. Ona görə də hesab edir ki, akt qeydində düzəliş olunmalıdır. Məhkəmədə ərizəçinin nümayəndəsi X5 məhkməyə verilən ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. 28.04.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Təranə Novruzova iddianın həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Kosacan kəndində doğulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsinin 16.07.2020-ci il tarixli, 05/Q-1557/15 nömrəli məktubundan görünür ki, Ərizəçi nikah haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsinin 23.02.2021-ci il tarixli, 05/Q-437/13 nömrəli məktubundan görünür ki, Y X4 ilə Ərizəçi nikahı Naxçıvan MR, Şərur rayonu Kosacan KİN-də 14.05.1981-ci il tarixdə 15 nömrəsi ilə qeyd edilmişdir. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 28.06.2007-ci ildə ölmüşdür. - Şərur rayon qeydiyyat şöbəsinin verdiyi 12.09.2019-cu il tarixli arayışdan görünür ki, X1 ölümü 29.06.2007-ci il tarixdə 980 saylı akt qeydinə əsasən Sumqayıt şəhər qeydiyyat şöbəsində qeydə alınmışdır. - Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Şöbəsinin məhkəməyə göndərdiyi məktubundan görünür ki, Siyaqut kənd İcra nümayəndəliyində 14.05.1981-ci il tarixdə X4 ilə X2 nikahı haqqında 15 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahdan sonra arvada Nəsirova soyadı verilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin həyat yoldaşı X4 28.06.2007-ci ildə vəfat etmişdir. Ərizəçi nikah haqqında akt qeydinə düzəliş olunması üçün Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etmiş, orada isə nikah haqqında akt qeydinə düzəliş edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Ərizəçi nikah aktındakı qeydin düzgün olmaması müəyyən edilməli və həmin akta düzəliş edilməli, nikah haqqında şəhadətnamədə soyadı Yusifova kimi qeyd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə nikahın qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi Naxçıvan Muxtar Respublikası, Şərur rayonu Kosacan kənd icra nümayəndəliyi tərəfindən verilmiş, 14.05.1981-ci il tarixdə bağlanmış 15 nömrəsi ilə qeydə alınmış nikah aktındakı qeydin, soyadın düzgün olmaması müəyyən edilsin. Naxçıvan Muxtar Respublikası, Şərur rayonu Kosacan kənd icra nümayəndəliyi tərəfindən verilmiş, 14.05.1981-ci il tarixdə bağlanmış 15 nömrəsi ilə qeydə alınmış nikah akt qeydində Ərizəçi soyadı “Həsənova”dan- “Yusifova”ya düzəliş edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-984/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-984/2021
27.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver