Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-987/2021 19.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı “akt əsasında yazılmış borcun silinməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı “akt əsasında yazılmış borcun silinməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, «Cavabdeh» İstehsalat Birliyi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib olunmuş təbii X2nın pozulması haqqında ******* saylı akt əsasında yazılmış 216 manat borcun və 235.88 manat sayğacın dəyəri olan borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, «Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvana ******* saylı akt tərtib olunmuşdur. Həmin aktda qeyd olunmuşdur ki, sayğac növbəti dəfə yoxlanılmış və qutu yararsız olduğu üçün yenisi ilə əvəzlənmiş, giriş borusu deformasiyaya uğramışdır. Sayğac ALAR M-1 rejimindədir. Element yuvasının alt hissəsi aralanıb. xx.xx.2020-ci il tarixdə dövlət yoxlanılmasına gətirilmə sayğacların müayinəsi labaratoriyasını rəyinə görə G 4 markalı, 1№ 12** AQ ***00344516 sayğaca baxış keçirilmişdir. Sayğacın element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sınıqdır, nəticədə sayğac ALARM-1 rejimindədir, sayğacın yaddaş arxivi oxundu. Sayğacda xx.xx.2017 və xx.xx.2019-cu il tarixlərdə ALARM-1 rejimi aşkar olunmuşdur. Xətalar normadan artıqdır. Dəymiş ziyan hesablansın. Həmçinin xx.xx.2020-ci il tarixli aktda göstərilir ki, G-4 markalı, 1202AQ**********6 nömrəli məişət qaz sayğacı Dövlət yoxlanılmasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən çıxarılmış sayğacın element yuvasının qapağı alt tərəfdən gövdəyə birləşən hissədən sınıq olduğundan və ALARM-1 rejiminə düşdüyündən sayğac istismara yararsız kimi qismətləndirilmişdir. Həmin akt əsasında 235.88 manat cərimə yazılmışdır. Həmin borcla razı olmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında yazılmış borc əsassızdır. Ona görə istehlakçı kimi hüququnun müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda onun yaşayış yeri Sumqayıt şəhəri olduğuna və müqavilə Sumqayıt şəhərində bağlandığına görə hüquqlarının müdafiəsi məqsədi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh «Cavabdeh» İB-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, onların əməkdaşları iddiaçının evində olan sayğaca baxış keçirmiş, mənzildən çıxarılmış G-4 markalı, 1№ 12** AQ ***00344516 nömrəli sayğac dövlət yoxlamasına göndərilmiş, verilən rəyə görə sayğacın element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sınıqdır, nəticədə sayğac “ALARM-1” rejimindədir, sayğacın yaddaş arxivi oxunmuş, sayğacda xx.xx.2017-ci il və xx.xx.2019-cu il tarixlərdə “ALARM-1” rejimi aşkar olunmuş, xətalar normadan artıq olmuşdur. İddiaçıya məxsus olan mənzilin qaz işlədicilərinin maksimal saatlıq qaz işlətmə qabiliyyətinə əsasən Sumqayıt QİS-nə dəyən ziyan hesablanmışdır. Hesablama zamanı QİS-nə 216 manat ziyan dəydiyi müəyyən edilmişdir. Qaz sayğacı abonentin təqsiri üzündən istifadəyə yararsız olduğundan sayğac dəyəri abonent tərəfindən ödənilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı, xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhəri 7-8-12-ci məhəllə, 90 sayı evin, 21 saylı mənzilindən çıxarılmış qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və verilmiş rəyə görə sayğacın element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sınıqdır, nəticədə sayğac “ALARM-1” rejimindədir, sayğacın yaddaş arxivi oxunmuş, sayğacda xx.xx.2017-ci il və xx.xx.2019-cu il tarixlərdə “ALARM-1” rejimi aşkar olunmuş, xətalar normadan artıqdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri 7-8-12-ci məhəllə, 90 sayı evin, 21 saylı mənzili İddiaçı məxsusdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı məxsus olan Sumqayıt şəhəri 7-8-12-ci məhəllə, 90 sayı evin, 21 saylı mənzilinə 2160 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, Sumqayıt şəhəri 7-8-12-ci məhəllə, 90 sayı evin, 21 saylı mənzilinə dair 216 manat borc hesablanmışdır. İş materiallarında olan 01/01MS-11-791 nömrəli, xx.xx.2020-ci il tarixli bildiriş məktubundan görünür ki, Sumqayıt şəhəri 7-8-12-ci məhəllə, 90 sayı evin, 21 saylı mənzilinə yeni quraşdırılmış sayğacın dəyəri olan 235.88 manat məbləğində pulun İddiaçı tərəfindən ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 №li qərarı ilə təsdiq olunmuş “X2”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, İddiaçı məxsus olan Sumqayıt şəhəri 7-8-12-ci məhəllə, 90 sayı evin, 21 saylı mənzilinə təbii X2nın pozulması haqqında akt əsasında hesablanmış 216 manat məbləğində borc və 235.88 manat sayğacın dəyəri olan borc silinməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus olan Sumqayıt şəhəri 7-8-12-ci məhəllə, 90 sayı evin, 21 saylı mənzilinə (Abunə kodu: **********00210) təbii X2nın pozulması haqqında akt əsasında hesablanmış 216 manat məbləğində borc və 235.88 manat sayğacın dəyəri olan borc silinsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-987/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-987/2021
19.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver