Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1029/2025 28.10.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Tərtər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının səlahiyyətli nümayəndəsi X6 iştirakları ilə Ərizəçi maraqlı şəxs Tərtər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyası olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək xx.xx.1974-cü il tarixdə Tərtər şəhərində anadan olmuş bacısı İİ qrup əlil X3 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi göstərmişdir ki, X8 onun doğma bacısıdır. Xuraman Bayramova xx.xx.1974-cü il tarixdə Tərtər şəhərində anadan olmuşdur. Xuraman uzun illərdir ki, “X11, fasiləsiz gedişli” diaqnozu ilə xəstəlikdən əziyyət çəkir. Hərəkətlərini ölçüb-biçmək iqtidarında deyildir. O, hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək imkanına malik olmadığı üçün fəaliyyət qabiliyyətli olmayan hesab edilməli və ona qəyyum təyin edilməlidir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. X3 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi məhkəmə qaydasında müəyyən edilməlidir. Bu faktın müəyyən edilməsi ona bacının üzərində qəyyum təyin edilməsi üçün lazımdır. İş üzrə məhkəmə psixiatrik ekspertizası təyin edilmiş və rəy alınmışdır. Həmin rəylə tanış olmuş və etirazı olmadığını bildirmişdir. Yuxarıda göstərilənlərə əsasən xx.xx.1974-cü il tarixdə Tərtər şəhərində anadan olmuş bacısı İİ qrup əlil X3 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini bir daha xahiş etmişdir. Məhkəmə iclasında Tərtər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının səlahiyyətli nümayəndəsi X12 göstərmişdir ki, iş materiallarında olan sənədlərdən görünür ki, Ərizəçi bacısı xx.xx.1974-cü il tarixdə Tərtər şəhərində anadan olmuş bacısı X8 əqli cəhətdən xəstə olmuşdur. Rəydən aydın olur ki, X8 psixoloji xətədir və özünü dərk etmək qabiliyyətində deyildir və fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsaslar mövcuddur. Odur ki, göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmədə elan olunmuş Tərtər şəhər İƏD-i üzrə nümayəndənin verdiyi 1642 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Tərtər şəhəri, M.Hüseynzadə küçəsi ev 10B, mənzil 14-də qeydiyyatda olmaqla, Tərtər şəhəri, Ə.Vahid küçəsində yaşayır. Məhkəmədə elan olunmuş Tərtər şəhər İƏD-i üzrə nümayəndənin verdiyi 1643 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X2 şəhəri, Nəsimi küçəsi ev 19-da qeydiyyatda olmaqla, Tərtər şəhəri, İ.Sarıyev küçəsində yaşayır. Məhkəmədə elan olunmuş 23 may 2006-cı ildə verilmiş AZ-İ № 238004 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X16 ilə X10 arasında nikah 10 avqust 1970-ci il tarixdə 13 nömrə ilə qeydə alınmış, ərə Bayramov, arvada Bayramova verilmişdir. Məhkəmədə elan olunmuşxx.xx.2006-cı ildə verilmiş AZ-İ№ 760843 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.1974-cü il təvəllüdlü olmaqla, həmin sənəddə ata qrafasında X16, ana qrafasında X7 qeyd edilmişdir. Məhkəmədə elan olunmuş 19 may 2006-cı ildə verilmiş AZ-İ № 760742 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1983-cü il təvəllüdlü olmaqla, həmin sənəddə ata qrafasında X16, ana qrafasında X7 qeyd edilmişdir. Məhkəmədə elan olunmuş Tərtər Rayon Mərkəzi X14 Şəxsin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X8 həqiqətən xx.xx.2006-cı il tarixdən Tərtər Rayon Mərkəzi X14 Şəxsin ruhi-əsəb kabinetində “X11, fasiləsiz gedişli” diaqnozu ilə qeydiyyatda dayanır. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü ildə verilmiş AZ-İİ № 412684 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.2019-cu ildə vəfat etmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2019-cu ildə verilmiş AZ-İ № 996449 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2019-cu ildə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatriya X15 X24 Abulator Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 469 saylı məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü X1 X11 xəstəliyi qüsur vəziyyətində olması səbəbindən öz hərəkətlərinin mənasını dərk etmək və ya özünü şüurlu idarə etmək iqtidarında deyildir. xx.xx.1974-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Məhkəmə ərizəçini və maraqlı şəxs Tərtər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının səlahiyyətli nümayəndəsini dinlədikdən sonra araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ərizəçinin bacısı xx.xx.1974-cü il təvəllüdlü X9 onun doğma bacısıdır. Xuraman Bayramova xx.xx.1974-cü il tarixdə Tərtər şəhərində anadan olmuşdur. Xuraman uzun illərdir ki, “X11, fasiləsiz gedişli” diaqnozu ilə xəstəlikdən əziyyət çəkir. Hərəkətlərini ölçüb-biçmək iqtidarında deyildir. O, hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək imkanına malik olmadığı üçün fəaliyyət qabiliyyətli olmayan hesab edilməli və ona qəyyum təyin edilməlidir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Onun valideyni kimi getdiyi idarə və müəssisələrdə Xuramanın fəaliyyət qabiliyyətsiz şəxs hesab edilməsi və onun üstündə qəyyum təyin edilməsi tələb olunur. Onun psixi vəziyyətlərini və həmçinin fəaliyyət qabiliyətsiz şəxs olub-olmamasını müəyyən etmək üçün məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Alınmış ekspertiza rəyində onun hal-hazırda fəaliyyət qabiliyyətsiz hesab edilə bilməsi qeyd edilmişdir. Ərizənin təmin edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.https://www.eqanun.az/framework/46944 Azərbaycan Respublikası MPM-in 305.1.3-cü maddəsində göstərilmişdir ki, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabaliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsində göstərilmişdir ki, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların ( valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya ( psixonevroloji ) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsində göstərilmişdir ki, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabaliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisəsinin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsində göstərilmişdir ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İş materiallarını, ərizəçilərin, maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin izahatını, ekspert rəyini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1974-cü ildə Tərtər şəhərində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilən xx.xx.1974-cü ildə Tərtər şəhərində anadan olmuş X3 üzərində qəyyumluq təyin edilməsi üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verilməlidir. Ərizəçi bacısı xx.xx.1974-cü ildə Tərtər şəhərində anadan olmuş X5 qəyyum təyin edilməsi məsələsi ilə bağlı onun yaşayış yeri üzrə Tərtər rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Orqanına müraciət etmək hüququ izah edilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 və 364-cü maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1974-cü ildə Tərtər şəhərində anadan olmuş X8 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1029/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1029/2025
28.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver