Məhkəmə qərarları › İş №2(061)-103/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-103/2025

17.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-103/2025 17.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi Ərizəçi Maraqlı şəxs Tərtər Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanı üzrə Komissiyanın nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Tərtər Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanı üzrə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsi üzrə mülki işə 17 aprel 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Tərtər Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanı üzrə Komissiyasına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, bacısı xx.xx.1974cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında Ərizəçi məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək, ərizəsinin geri qaytarılmasını xahiş etmiş, maraqlı şəxsin nümayəndəsi X3 işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə hesab edir ki, Ərizəçi ərizəsinin geri qaytarılmasını xahiş etdiyi və maraqlı şəxsin nümayəndəsi işə mahiyyəti üzrə baxılmasını təəb etmədiyi üçün ərizə Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1, 114.1.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə həmçinin hesab edir ki, ərizə baxılmamış saxlandığı üçün ərizəyə məhkəmədə baxılması ilə əlaqədar Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114.1.5, 259.0.11, 260.4, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Tərtər Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanı üzrə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsibaxılmamış saxlanılsın. Ərizəyə məhkəmədə baxılması ilə əlaqədar Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılsin. İddiaçı iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar