Məhkəmə qərarları › İş №2(061)-1054/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-1054/2025

16.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-1054/2025 16.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı avtomobil və maddi ziyan tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏETDİ: İddiaçı Cavabdeh qarşı mərhum həyat yoldaşına məxsus olan “BMW X5” markalı, 90-KX 755 dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı avtomobilin alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, İddiaçı Cavabdeh qarşı mərhum həyat yoldaşına məxsus olan “BMW X5” markalı, 90-KX 755 dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı avtomobilin alınıb ona verilməsi tələb etsə belə, həmin tələblə bağlı tələb olunan “BMW X5” markalı, 90-KX 755 dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı avtomobilin sənədini iddia ərizəsinə əlavə etməmişdir. Bununla yanaşı iddia tələbi qeyri-müəyyən qaydada tərtib edilmişdir. Belə ki, iddia tələbinin giriş hissəsində maşın və ziyan tələbi göstərilsə də nəticə hissəsində avtomobil tələbi qoyulmuşdur. İddiaçı iddia tələbi ilə bağlı iddia ərizəsinə zəruri olan sənədləri ən əsası, mərhum həyat yoldaşı X1 həyat yoldaşı olmasına baxmayaraq onun vərəsəsi olması ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnaməni əlavə etməmişdir. Eləcə də iddiaçı iddia ərizəsində cavabdehin poçt ünvanını tam qeyd etməmişdir. Belə ki, iddia ərizəsinin giriş hissəsində cavabdehin yaşayış ünvanı tam dəqiq göstərilməmiş, yalnız ünvan 1lə olan vəziyyətdə məhkəmənin cavabdehin prosesdə iştirakını təmin etmək üçün onun konkret olaraq hansı ünvanda yaşamasını dəqiq müəyyən etməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, iddia ərizəsində yol verilmiş həmin nöqsan Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Çünki həmin maddədə iddiaçının işdə iştirak edən şəxslərin poçt ünvanlarını göstərməli olması təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə görə ərizəyə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim üdirsə) cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidlərin və məhkəmə iclasına davam etdirmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasınını istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanları, cavabdehin və işdə iştirak edən digər eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VOEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 149-cu maddəsi ilə iddia ərizəsinin müəyyən olunması formasına və məzmununa riayət edilmədikdə geri qaytarılır. Azərbaycan Respublikası MPM-in 150.0.5-ci maddəsində iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilməli sənədlərin siyahısında iddianı əsaslandıran hallara dair sənədlərin təqdim edilməli olması da nəzərdə tutulmuşdur. Məhkəmə bu baxımdan tələbi əsaslandırılmamış hesab edərək belə nəticəyə gəlir ki, iddiaya münasibətdə Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 152.3-cü madəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Belə ki, qeyd olunan maddədə iddia tələbinin əsaslandırılması iddiaçının vəzifəsi hesab edilmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin 149-cu maddəsində nəzərdə tutulan tələblər pozulmaqla verildikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçıya qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra hazırki iddia ilə ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı mərhum həyat yoldaşına məxsus olan “BMW X5” markalı, 90-KX 755 dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı avtomobilin alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar