Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1125/2025 08.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, X3, Ərizəçi3, Ərizəçi5oviçin, Ərizəçi4 vəkalətli nümayəndəsi Bərdə rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə Ərizəçilər Ərizəçi1, X3, Ərizəçi3, Ərizəçi5, Ərizəçi4 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1, X9, Ərizəçi3, Ərizəçi5, Ərizəçi4 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN 2282A, KOD 61101004 saylı Şəhadətnamənin ərizəçilər X9, Ərizəçi3, Ərizəçi5, Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, X9, Ərizəçi3, Ərizəçi5, Ərizəçi4 vəkalətli nümayəndəsi Vəkil məhkəməyə dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək, Tərtər şəhərində yerləşən 0,06 ha torpaq sahəsinə görə JN-2282A, KOD 61101004 saylı “Torpağın Mülkiyyətə Verilməsinə” Dair Şəhadətnamədə mərhum X4 adı texniki səhv olaraq “İbrahimzadə Camil” kimi, X1 və adı texniki səhv olaraq “İbrahimova Fəridə” kimi, Ərizəçi3 soyadı texniki səhv olaraq “İbrahimova” kimi, Ərizəçi5 ata adı “Elxan oğlu” kimi, Ərizəçi4 adı texniki səhv olaraq “Gülnaz” kimi yazılmasına baxmayaraq həmin sənədin onlara və həmin sənəddə adları qeyd edilən digər şəxslərə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı ərizəçilərin vəkalətli nümayəndəsi Bərdə rayon Vəkil Bürosunun vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, ərizəçilərin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatları olmasına baxmayaraq, hazırda ölkədən kənarda olduqları üçün məhkəməyə gələ bilməmiş, Ərizəçi1 onunla müqavilə bağlayaraq, digər ərizəçilər də ona etibarnamə verərək məhkəmə iclasında hüquqlarını müdafiə etməyi həvalə etmişlər. Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 02 saylı qərarı ilə ərizəçilərin və digər ailə üzvlərinin mülkiyyətinə Tərtər şəhərində 0,06 torpaq sahəsi və həmin torpaq sahəsinə görə JN 2282A, KOD 61101004 saylı “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə verilmişdir. Ancaq həmin şəhadətnamə onların adlarında və soyadlarında səhvlərə yol verilmişdir. Belə ki, Tərtər şəhərində yerləşən 0,06 ha torpaq sahəsinə görə JN- 2282A, KOD 61101004 saylı “Torpağın Mülkiyyətə Verilməsinə” Dair Şəhadətnamədə mərhum X4 adı texniki səhv olaraq “İbrahimzadə Camil” kimi, X1 və adı texniki səhv olaraq “İbrahimova Fəridə” kimi, Ərizəçi3 soyadı texniki səhv olaraq “İbrahimova” kimi, Ərizəçi5oviçin ata adı “Elxan oğlu” kimi, Ərizəçi4 adı texniki səhv olaraq “Gülnaz” kimi qeyd edilmişdir. Həmin sənədləri verən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və onun yerli qurumları ləğv edildiyindən həmin sənədi başqa qaydada əldə edə bilməmiş, yaxud sənədlərdə dəyişiklik edə bilməmişdir. Ona görə də ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərinə əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli vəkil orderindən (seriya № 0427155) görünür ki, Ərizəçi1 Bərdə rayon Vəkil Bürosunun vəkili Vəkil ilə müqavilə bağlayaraq, digər ərizəçilərlə birlikdə etibarnamə vermiş və məhkəmə iclaslarında onların hüquqlarını müdafiə etməyi həvalə etmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1993-cü ildə Tərtər şəhərində anadan olmuş, Tərtər rayon Düyərli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1985-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1991-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE № 03399400 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi5oviç xx.xx.1997-ci ildə Rusifa Federasiyası Krasnoyarsk Diyarında anadan olmuş, Tərtər rayon Düyərli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-İİ № 499882 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İşdə olan Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli 02 saylı qərarı ilə verilmiş JN 2282A, KOD 61101004 olan “Torpağın Mülkiyyətə Verilməsinə” Dair Şəhjadətnamənin surətindən görünür ki, həmin sənəddə 1-ci qrafada X8, 4-cü qrafada X5, 6-cı qrafada X2, 8-ci qrafada X6, 9-cu qrafada Ərizəçi5 kimi yazılmışdır. Məhkəmə ərizəçilərin etibarnamə üzrə nümayndəsinin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçilərin tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli 02 saylı qərarı ilə ərizəçilərə və digər ailə üzvlərinin mülkiyyətinə Tərtər şəhərindən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinə görə JN 2282A, KOD ********* olan “Torpağın Mülkiyyətə Verilməsinə” Dair Şəhadətnamə verilmişdir. Qeyd edilən sənəd tərtib edilərkən həmin sənəddə 1-ci qrafada X8, 4-cü qrafada X5, 6-cı qrafada X2, 8-ci qrafada X6, 9-cu qrafada Ərizəçi5 kimi göstərilmişdir. Hazırda ərizəçilər sənəddəki soyad və ad uyğunsuzluğu səbəbindən mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmir. Odur ki, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizənin təmin edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN 2282A, KOD ********* olan “Torpağın Mülkiyyətə Verilməsinə” Dair Şəhadətnamə hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçilərin JN 2282A, KOD ********* olan “Torpağın Mülkiyyətə Verilməsinə” Dair Şəhadətnamənin ərizəçələrə və digər ailə üzvlərinə məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırılan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli 02 saylı qərarı ilə verilmiş JN-2282A saylı “Torpağın Mülkiyyətə Verilməsinə” Dair Şəhadətnamədə səhvən X8, X5, X2, X6, Ərizəçi5 kimi yazılmasına baxmayaraq həmin sənədin X7, Ərizəçi3, Ərizəçi5oviçə, Ərizəçi4 və həmin sənəddə adları göstərilən digər ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli 02 saylı qərarı ilə verilmiş JN-2282A saylı “Torpağın Mülkiyyətə Verilməsinə” Dair Şəhadətnamədə səhvən X8, X5, X2, X6, Ərizəçi5 kimi yazılmasına baxmayaraq həmin sənədin X7, Ərizəçi3, Ərizəçi5oviçə, Ərizəçi4 və həmin sənəddə adları göstərilən digər ailə üzvlərinə məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1125/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1125/2025
08.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver