Məhkəmə qərarları › İş №2(061)-120/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-120/2025

17.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-120/2025 17.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və X4 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, Tərtər rayon Təzəkənd kəndində yerləşən 0,80 ha torpaq sahəsinə görə JN 0029, KOD 61106038 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət X1 kimi qeyd edilməsinə baxmayaraq, Ərizəçi2 kimi, X3 qeyd edilməsinə baxmayaraq Ərizəçi1 və həmin sənəddə adı göstərilən digər şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli 14 saylı qərarı ilə onun və digər ailə üzvlərinin mülkiyyətinə yaşadıqları kənddən 0,80 ha pay torpaq sahəsi və torpaq sahəsinə görə JN 0029, KOD nömrəsi 61106038 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı verilmişdir. Qeyd edilən sənəd tərtib edilərkən onun adı səhvən X3 qeyd edilmişdir. Həmin sənədi verən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və onun yerli qurumları ləğv edildiyindən həmin sənədi başqa qaydada əldə edə bilməmiş, yaxud sənədlərdə dəyişiklik edə bilməmişdir. Həmin faktın müəyyən edilməsi ona torpaqla bağlı sənədləşmənin həyata keçirilməsi üçün vacibdir. Ona görə də ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərinə əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi2 ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, kənddə gedən torpaq islahatı ilə bağlı onun və digər ailə üzvlərinin mülkiyyətinə yaşadıqları kənddən 0,80 ha pay torpaq sahəsi və torpaq sahəsinə görə JN 0029 nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı verilmişdir. Qeyd edilən sənəd tərtib edilərkən onun adı səhvən X2 qeyd edilmişdir. Həmin sənədi verən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və onun yerli qurumları ləğv edildiyindən həmin sənədi başqa qaydada əldə edə bilməmiş, yaxud sənədlərdə dəyişiklik edə bilməmişdir. Hazırkı faktın müəyyən edilməsi ona torpaqla bağlı zəruri sənədləşmənin aparılması üçün lazımdır. Ona görə də ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərinə əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1996-cı il təvəllüdlüdür. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1994-cü il təvəllüdlüdür. İş materiallarına əlavə edilmiş AZ-İİ№397077 nömrəli nikah haqqında şəhadıtnamənin surətindən görünür ki, X9 ilə X8 arasında nikah xx.xx.2020-ci ildə rəsmi qeyd edilmiş, qadına Kərimli soyadı verilmişdir. İşdə olan Tərtər rayon Qaradağlı kənd İƏD-i üzrə nümayəndənin verdiyi 486 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, JN-0029, KOD nömrəsi 61106038 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının 3-cü qrafasında qeyd edilmiş X7, Ərizəçi1 kimi qeyd edilməlidir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1994-cü ildə Tərtr rayon Bəyimsarov kəndində anadan olmuşdur. Həmin sənəddə ata qrafasında X12, ana qrafasında X5 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Tərtər rayon Qaradağlı kənd İƏD-i üzrə nümayəndənin verdiyi 484 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, JN-0029, KOD nömrəsi 61106038 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının 2-ci qrafasında qeyd edilmiş X6, Ərizəçi2 kimi qeyd edilməlidir. İşdə olan Tərtər rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci tarixli 14 saylı qərarı ilə verilmiş JN 0029, KOD 61106038 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının surətindən görünür ki, həmin sənəddə 3-cü qrafasında X7 və 2-ci qrafasında X2 yazılmışdır. Məhkəmə ərizəçilərin izahatllarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçilərin tələbi haqlı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci tarixli 14 saylı qərarı ilə ərizəçilərə və digər ailə üzvlərinin mülkiyyətinə 0,80 hektar pay torpaq sahəsi və həmin torpaq sahəsinə görə JN 0029, KOD 61106038 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı verilmişdir. Qeyd edilən sənəd tərtib edilərkən 2-ci qrafada X6, 3-cü qrafasında X3 göstərilmişdir. Hazırda ərizəçilər sənəddəki soyad və ad uyğunsuzluğu səbəbindən mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN-0029 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçilərin JN-0029 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının ərizəçələrə və digər ailə üzvlərinə məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırılan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Tərtər rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli 14 saylı qərarı ilə Tərtər rayon Təzəkənd kəndindən 0,80 ha pay torpaq sahəsinə görə verilmiş JN 0029, KOD 61106038 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında “X6”, eləcə də “X7” kimi qeyd edilməsinə baxmayaraq, həmin sənədin Ərizəçi2, Ərizəçi1 və həmin sənəddə adı göstərilən digər şəxsə məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Tərtər rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli 14 saylı qərarı ilə Tərtər rayon Təzəkənd kəndindən 0,80 ha pay torpaq sahəsinə görə verilmiş JN 0029, KOD 61106038 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında “X6”, eləcə də “X7” kimi qeyd edilməsinə baxmayaraq, həmin sənədin Ərizəçi2, Ərizəçi1 və həmin sənəddə adı göstərilən digər şəxsə məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar