Məhkəmə qərarları › İş №2(061)-1207/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1207/2025

09.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1207/2025 09.10.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Nəbiyeva (Məmmədli) Günay Eldar qızının maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi1 və Nəbiyeva (Məmmədli) Günay Eldar qızı maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, JN-0032, KOD nömrəsi 61100058 nömrəli “Torpağa Mülkiyyət Hüququna X14 özünün adı, soyadı və atasının adı “Ərizəçi1” əvəzinə, “Ərizəçi1 Aydın oğlu” kimi, “X6” əvəzinə “Ərizəçi2” kimi oxunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Nəbiyeva (Məmmədli) Günay Eldar qızı onun övladıdır. Ərizəçi2 məhkəmə iclaının vaxtı və yeri barədə məlumatı olmuş, lakin ailə vəziyyətinə görə məhkəmə iclasına gəlməmişdir. Ərizəçi2 məhkəmə hazırlıq iclasında iştirak etmiş və ərizə təqdim edərək növbəti məhkəmə iclası gələ bilməyəcəyini, iştirakı olmdan işə baxıb ərizənin təmin ediımısini xahiş etmişdir. Odur ki, Ərizəçi2 iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. O, qızı Nəbiyeva (Məmmədli) Günay Eldar qızı ilə birlikdə Tərtər rayon Seydimli kəndində anadan olmuş və hazırda da həmin kənddə yaşayırlar. Onun ailəsinə Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 22 saylı qərarı ilə Tərtər rayon Seydimli kəndində JN-0032, KOD nömrəsi 61100058 nömrəli “Torpağa Mülkiyyət Hüququna X17” üzrə 0,96 ha torpaq sahəsi verilmişdir. Dövlət aktında onların adları texniki səhv olaraq yazılmışdır. Belə ki, onun bütün sənədlərdə adı Ərizəçi1, qızının adı isə Nəbiyeva (Məmmədli) Günay Eldar qızı qeyd edilmişdir. JN-0032, KOD nömrəsi 61100058 nömrəli “Torpağa Mülkiyyət Hüququna X17”nda isə texniki səhv olaraq “Ərizəçi1 Aydın oğlu” kimi, “X6” kimi qeyd edilmişdir. X4 xx.xx.2013-cü il tarixdə X11 ilə ailə qurub evləndikdən sonra onun soyadını qəbul etməklə Ərizəçi2 kimi şəxsiyyət vəsiqəsi almışdır. Göstərdiklərinə əsasən ərizənin təmin edilməısini xahiş etmişdir. Ərizəçi Nəbiyeva (Məmmədli) Günay Eldar qızına və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi və həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş Nəbiyeva (Məmmədli) Günay Eldar qızının ərizəsindən görünür ki, onların ailəsinə Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 22 saylı qərarı ilə Tərtər rayon Seydimli kəndində JN-0032, KOD nömrəsi 61100058 nömrəli “Torpağa Mülkiyyət Hüququna X17” üzrə 0,96 ha torpaq sahəsi verilmişdir. Dövlət aktında onların adları texniki səhv olaraq yazılmışdır. Onun adı, soyadı və ata adı doğum haqqında şəhadətnaməsində X2 qeyd edilmişdir. xx.xx.2013-cü il tarixdə X11 ilə ailə qurub evlənmiş, onun soyadı Nəbiyeva kimi qeyd edilmişdir. Həmin soyadla da şəxsiyyət vəsiqəsi almışdır. Məhkəmə hazırlıq iclasında iştirak edir və ərizəni qəbul etdiyini bildirir. Növbəti məhkəmə iclasına gələ bilməyəcək, iştirakı olmadan işə baxılıb ərizənin təmin edilməsini xahiş etmişdir. İşdə olan Tərtər rayon Seydimli kənd İƏD-i üzrə nümayəndənin verdiyi 199 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi1 Tərtər rayonu, Seydimli kəndində yaşayır. İşdə olan Tərtər rayon Seydimli kənd İƏD-i üzrə nümayəndənin verdiyi 200 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Nəbiyeva (Məmmədli) X9 rayonu, Seydimli kəndində yaşayır. İşdə olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1965-ci ildə Tərtər rayonu, Seydimli kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. İşdə olan XVİİ-JQ № 412410 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1994-cü ildə Tərtər rayonu, Seydimli kəndində anadan olmuş, ata qrafasında Ərizəçi1 və ana qrafasında X1 qeyd edilmişdir. İşdə olan AZ-İ № 854046 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X7 xx.xx.2013-cü ildə ailə qurmuş, ərə Nəbiyev, arvada Nəbiyeva soyadı verilmişdir. İşdə olan Tərtər rayon Seydimli kənd İƏD-i üzrə nümayəndənin verdiyi 199 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi1 və ailə üzvlərinin adına verilmiş JN 0032 nömrəli “Torpağa Mülkiyyət Hüququna X17”nda Ərizəçi1 və Ərizəçi2 adı texniki səhv olaraq Ərizəçi1 Aydın oğlu və “X6” kimi yazılmışdır. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçilərin tələbi haqlı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 22 saylı qərarı ilə verilmiş JN-0032, KOD 61100058 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında 1-ci qrafada Ərizəçi1 Aydın oğlu və 4-cü qrafada X3 qeyd edilmişdir. Əslində Ərizəçi1 və Ərizəçi2kimi qeyd edilməlidir. Hazırda ərizəçi sənəddəki uyğunsuzluq səbəbindən mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN-0095, KOD 61109005 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçilərin JN-0032, KOD 61100058 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının Ərizəçi1, Ərizəçi2 və digər ailə üzvlərinə məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırılan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən verilmiş JN-0032 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında səhvən Ərizəçi1 Aydın oğlu və X3 yazılmasına baxmayaraq, həmin sənədin Ərizəçi1, Ərizəçi2 və həmin sənəddə adı göstərilən digər ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən verilmiş JN-0032 saylı KOD nömrəsi 61100058 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında səhvən Ərizəçi1 Aydın oğlu və X3 yazılmasına baxmayaraq, həmin sənədin Ərizəçi1, Ərizəçi2 və həmin sənəddə adı göstərilən digər ailə üzvlərinə məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar