Məhkəmə qərarları › İş №2(061)-1223/2024

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1223/2024

26.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1223/2024 26.11.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı vəkalətli nümayəndəsi (qızı) X1, Cavabdeh iştirakları ilə İddiaçı, Cavabdeh qarşı mülkiyyətçinin pozulmuş hüquqlarının aradan qaldırılması, yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı, Cavabdeh qarşı Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq cavabdehin onun mülkiyyəti olan, Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində tikilmiş 88,8 kv.metr fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması, pozulmuş hüquqlarının aradan qaldırılması tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən 0,1157 hektar torpaq sahəsi üzərində tikilmiş 88,8 kv.metr fərdi yaşayış evi və 0,1157 ha həyətyanı torpaq sahəsi vardır. Həmin fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin onun xüsusi mülkiyyətində olması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın X15 Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2024cü il tarixli Çıxarışla təsdiq olunmuşdur. Fərdi yaşayış evini 2018-ci il tarixdə Zülal Məmmədov adlı şəxsdən almışdır. Yalnız müəyyən səbəblərdən sənədləşmə 2024-cü il tarixdə aparılmışdır. Beləliklə də fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmış, işıq və qaz saldoları onun adınadır. Lakin Cavabdeh onun icazəsi və xəbəri olmadan, özbaşına köçüb həmin ona məxsus fərdi yaşayış evində yaşayır. Cavabdeh 2 ildir ona məxsus həmin evdə yaşayışr və həyətyanı torpaq sahəsindən istifadə edir. Cavabdeh əvvəllər Gəncə şəhərində hərbi şəhərcikdə və Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yaşamışdır. O, hazırda Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində qeydiyyatdadır. Həmçinin Tərtər rayonunda ailə üzvlərinə mənzil verilmişdir. Odur ki, onun istər Goranboy, istərsə də Tərtər rayonunda yaşamaq yeri vardır. Ona məxsus olan həmin evdə 2021-ci il tarixdən 2023-cü il tarixədək cavabdehin keçmiş əri Rza Bayramovun yaşamaq üçün yeri olmadığından müvəqqəti qalmışdır. Belə ki, Rza Bayramovun cavabdehlə nikahları pozulmuş və ailə mübahisələri ilə əlaqədar onun müvəqqəti qalmasına icazə vermişdir. Keçmiş əri Rza Bayramov öləndən sonra Cavabdeh icazəsi olmadan evə girib yaşamağa başlamışdır. Hazırda da evdən çıxmaq istəmir. Özünün yaşamağa yeri yoxdur. Belə ki, o, ünvan 1-də qeydiyyatda olsa da, mənzil ona məxsus deyildir. Həmin mənzildə yaşamır və Tərtər şəhərində kirayədə yaşayır. Kirayə pulunu ödəməyə isə maddi imkanı yoxdur. Ona görə də onun yaranmış vəziyyətlə əlaqədar olaraq həmin evdə yaşamaq və həyətyanı torpaq sahəsindən istifadə etmək zərurəti yaranmışdır. Dəfələrlə cavabdehdən yaşayış evindən və torpqa sahəsindən çıxmasını tələb etmişdir. Lakin cavabddeh ona məxsus torpaq sahəsindən və yaşayış evindən çıxmır və öz evində yaşayıb torpaq sahəsindən istifadə etməyinə imkan verməmişdir. Bununla da cavabeh onun hüquqlarını pozmuşdur. Göstərdiklərinə əsasən Cavabdeh qarşı Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq cavabdehin onun mülkiyyəti olan, Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində tikilmiş 88,8 kv.metr fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması, pozulmuş hüquqlarının aradan qaldırılması tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkalətli nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, iddaçı İddiaçı onun anasıdır. Cavabdeh qaynanasıdır. Anasının məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmasına baxmayaraq səhhəti ilə bağlı məhkəməyə gələ bilməmiş, ona etibarnamə verərək məhkəmə iclasında hüquqlarını müdafiə etməyi həvalə etmişdir. Həyat yoldaşı İntiqam Bayramovla 2010-cu ildə ailə qurmuş, nikahları 2011-ci ildə rəsmiləşdirilmişdir. Zülal Məmmədov adlı şəxsdən Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən 0,1157 hektar torpaq sahəsi üzərində tikilmiş 88,8 kv.metr olan hazırki mübahisəli fərdi yaşayış evini almışdır. Fərdi yaşayış evi İntiqam Bayramovun adına olmuşdur. O, həmin evə gəlin köçmüşdür. Həmin vaxt qaynanası və qaynatası mübahisəli evdə yaşamamışlar. Mübahisəli evdə iki övladları olmuşdur. Onlar həyat yoldaşı ilə 2018-ci ildən qeydiyyatdan çıxmışlar. Qaynanası Cavabdeh Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yaşamış və hazırda da orada evi vardır. Qaynanası Cavabdeh ilə qaynatası Rza Bayramovun nikahları pozulmuş və ailə mübahisələri ilə əlaqədar qaynatası müvəqqəti olaraq mübahisəli evdə yaşamışdır. Həyat yoldaşı İntiqam Bayramovla onlar hazırda Bakıda yaşayırlar. Belə ki, həyat yoldaşı İntiqam Bayramov açıq ürək əməliyyatı keçirmiş, bu səbəbdən onun xeyli borcu yaranmışdır. Həmin borcu qaytarmaq üçün İntiqam Bayramov evi anası İddiaçı satmış və həmin pulla borcunu qaytarmışdır. Bundan qaynatası Rza Bayramov həmin evdə yaşadığı üçün məlumatı olmuşdur. Rza Bayramov bir müddət həmin evdə yaşamış və sonra vəfat etmişdir. Evi anası İddiaçı sənədləşdirmiş və bununla bağlı Çıxarış sənədi almışdır. Rza Bayramov vəfat etdikdən sonra Cavabdeh gəlib Bakı şəhərində onlarla yaşamasını təklif etmişlər, lakin o, bu təklifi qəbul etməmişdir. Cavabdeh heç kimə bildirmədən Rza Bayramov vəfat etdikdən sonra gəlib həmin evdə yaşamağa başlamışdır. Hazırda evin sahibi anası İddiaçıdır. Anası Tərtər şəhər 2 saylı orta məktəbdə müəllimə işləyir. Əvvəllər İddiaçı Tərtər şəhərində kirayədə yaşamış, lakin sonra kirayə haqqını ödəyə bilmədiyindən, hər gün Tərtər rayon Cəmilli kəndinə gedib-gəlməli olur. Anası cavabdehə dəfələrlə evi boşaltmasını bildirmiş, lakin müsbət nəticə olmamışdır. Ona görə də məcbur olub hazırki iddia ilə müraciət etmişdir. İddianın təmin olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli AR-İİİ 420050 saylı etibarnamədən görünür ki, İddiaçı X2 etibarnamə verərək onu məhkəmə iclasında təmsil etməyi həvalə etmişdir. Məhkəmə iclasında izahat vermiş Cavabdeh göstərmişdir ki, mübahisəli evi 2003cü ildə nümayəndəlik vasitəsi ilə Zülal Məmmədov adlı şəxsdən 6500 ABŞ dollar ödəyərək almışlar. Evi həyat yoldaşının əmək haqqısı ilə almışlar. Belə ki, həyat yoldaşı Şəki şəhərində gözətçi işləmişdir. Mübahisəli yaşayış evini onlar X12a yaşamaq üçün almışlar. O, 21 ildir ki, Tərtər rayon Bəyimsarov kəndində yaşayır. Başqa yerə qeydiyyatı olmamışdır. 2018-ci ildə həyat yoldaşı Rza Bayramovla ayrılmışlar. X12 ürək əməliyyatı keçirmişdir. Evin komunal xərclərini ödəmişdir. Son zamanlar evin İddiaçı adına sənədləşdirilməsini bilmişdir. Hazırda bütün komunal xərclər İddiaçı adına qeydə alınmışdır. Hazırda mübahisəli evdə tək yaşayır. Evdən çıxmaq fikri yoxdur. Göstərdiklərinə əsasən iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə şahid qismində ifadə verimiş X8 göstərmişdir ki, idiaçı qaynanası, cavabdeh anasıdır. Hər iki tərəflə münasibəti normaldır. Nikar Bayramova ilə 2010-cu ildə ailə qurmuş, iki övladı olmuşdur. 2006-cı ildə yəni, 19 yaşı olanda atası X14 Məmmədov adlı şəxsdən onun adına hazırki mübahisəli Tərtər Rayon Bəyimsarov kəndində yerləşən 2 otaq, 1 zal və 1 mətbəxdən ibarət kürsülü fərdi yaşayış evini 10000 manata almışdır. Nigar Bayramova həmin evə gəlin gəlmişdir. Orada xeyli müddət onunla yaşamışlar. X10 ilə birlikdə Bakı şəhərində yaşayırlar. Onun uşaqlıqdan ürəyində problemləri olmuşdur. Nikar Bayramova ilə birlikdə mübahisəli evdə yaşayarkən açıq ürək əməliyyatı olmuşdur. Bu səbədən 19000 manata yaxın borcu yaranmışdır. Həmin borcu qaynanası İddiaçı ödəmiş və o da mübahisəli evini ona satmışdır. İddiaçı evin almış bir müddət sonra adına sənədləşdirmişdir. İş üzrə şahid qismində ifadə verimiş X6 göstərmişdir ki, iddiaçı qardaşının qaynanası, cavabdeh isə anasıdır. İddiaçı anasını əsaslı səbəb olmadan evdən çıxarmaq istəmişdir. Belə ki, mübahisəli evi atası ilə anası X7 adına xəstəliyi ilə əlaqədar 2003-cü ildə almışlar. 2010-cu ildə Nigar Bayramova mübahisəli evə gəlin gəlmişdir. Atası və anası həmin evdə yaşamış və sonradan boşanmışlar. Anasını evdən çıxarmaq məqsidi ilə qardaşı İntiqam evi İddiaçı satmışdır. X7 borcu olmasından məlumatı olmamışdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixdə Tərtər RPŞ tərəfindən verilmiş AZE0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Tərtər rayon Cəmilli kəndində anadan olmaqla, ünvan 1 ünvanda qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində alınmış yaşayış yeri haqqında ******* saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Tərtər rayon Cəmilli kəndində anadan olmaqla, ünvan 1 ünvanda qeydiyyatdadır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X15 Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Tərtər rayon Bəyimsarov kəndində 0,1157 ha həyətyanı torpaq sahəsində yerləşən 88,80 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə İddiaçı adına tam payçı olaraq ********** qeydiyyat nömrəsi ilə sənədləşdirilmişdir. Məhkəmə iddiaçının vəkalətli nümayəndəsinin, cavabdehin izahatlarını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, cavabdeh iddiaçının qızının qaynanasıdır. Onların arasında fərdi yaşayış evi ilə bağlı mübahisə yaranmışdır. Belə ki, məhkəmə iclası zamanı izahat vermiş iddiaçının vəkalətli nümayəndəsi Nigar Bayramova göstərmişdir ki, İntiqam Bayramovla 2010-cu ildə ailə qurmuş, nikahları 2011-ci ildə rəsmiləşdirilmişdir. Həyat yoldaşı Zülal Məmmədov adlı şəxsdən Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən 0,1157 hektar torpaq sahəsi üzərində tikilmiş 88,8 kv.metr olan hazırki mübahisəli fərdi yaşayış evini almışdır. Fərdi yaşayış evi həyat yoldaşının adına olmuşdur. O, həmin evə gəlin köçmüşdür. Həmin vaxt qaynanası və qaynatası mübahisəli evdə yaşamamışlar. Mübahisəli evdə iki övladları olmuşdur. Qaynanası Cavabdeh Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yaşamış və hazırda da orada evi vardır. Qaynanası Cavabdeh ilə qaynatası Rza Bayramovun nikahları pozulmuş və ailə mübahisələri ilə əlaqədar qaynatası müvəqqəti olaraq mübahisəli evdə yaşamışdır. Həyat yoldaşı İntiqam Bayramovla onlar hazırda Bakıda yaşayırlar. Belə ki, həyat yoldaşı İntiqam Bayramov açıq ürək əməliyyatı keçirmiş, bu səbəbdən onun xeyli borcu yaranmışdır. Həmin borcu qaytarmaq üçün İntiqam Bayramov evi anası İddiaçı satmış və həmin pulla borcunu qaytarmışdır. Bundan qaynatası Rza Bayramov həmin evdə yaşadığı üçün məlumatı olmuşdur. Rza Bayramov bir müddət həmin evdə yaşamış və sonra vəfat etmişdir. Evi anası İddiaçı adına sənədləşdirmiş və bununla bağlı Çıxarış sənədi almışdır. Rza Bayramov vəfat etdikdən sonra Cavabdeh gəlib Bakı şəhərində onlarla yaşamasını təklif etmişlər, lakin o, bu təklifi qəbul etməmişdir. Cavabdeh heç kimə bildirmədən Rza Bayramov vəfat etdikdən sonra gəlib həmin evdə yaşamağa başlamışdır. Hazırda evin sahibi anası İddiaçıdır. Anası Tərtər şəhər 2 saylı orta məktəbdə müəllimə işləyir. Əvvəllər İddiaçı Tərtər şəhərində kirayədə yaşamış, lakin sonra kirayə haqqını ödəyə bilmədiyindən, hər gün Tərtər rayon Cəmilli kəndinə gedib-gəlməli olur. Anası cavabdehə dəfələrlə evi boşaltmasını bildirmiş, lakin müsbət nəticə olmamışdır. Ona görə də məcbur olub hazırki iddia ilə müraciət etmişdir. İddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat vermis Cavabdeh verdiyi izahatında göstərmişdir ki, mübahisəli evi 2003-cü ildə nümayəndəlik vasitəsi ilə Zülal Məmmədov adlı şəxsdən 6500 ABŞ dollar ödəyərək almışlar. Evi həyat yoldaşının əmək haqqı ilə almışlar. Belə ki, həyat yoldaşı Şəki şəhərində gözətçi işləmişdir. Mübahisəli yaşayış evini onlar X12a yaşamaq üçün almışlar. O, 21 ildir ki, Tərtər rayon Bəyimsarov kəndində yaşayır. Başqa yerə qeydiyyatı olmamışdır. 2018-ci ildə həyat yoldaşı Rza Bayramovla ayrılmışlar. X12 ürək əməliyyatı keçirmişdir. Evin komunal xərclərini ödəmişdir. Son zamanlar evin İddiaçı adına sənədləşdirilməsini bilmişdir. Hazırda bütün komunal xərclər İddiaçı adına qeydə alınmışdır. Hazırda mübahisəli evdə tək yaşayır. Evdən çıxmaq fikri yoxdur. Göstərdiklərinə əsasən iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh mübahisəli fərdi yaşayış evinin əvvəldən və hazırda ona məxsus olması barədə hər haənsi bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. O, yalnız öz şəxsi mülahizələrinə əsaslanaraq izahat vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında izahat vermiş şahid X8 ifadəsində mübahisəli yaşayış evinin valideynləri tərəfindən ona alındığını, ailəsi ilə birlikdə həmin evdə yaşadığını, açıq ürək əməliyyatı olduğundan əməlıyyat və müalicəsi üçün xeyli xərc çəkdiyini, 19000 manat bircu yarandığını, həmin borcun ödənilməsi üçün mübahisəli fərdi yaşayış evini iddiaçıya satdığını bildirmişdir. Məhkəmə şahidin həmin ifadəni səmimi olduğunu nəzərə alaraq onun verdiyi ifadəsini iş üzrə sübut növü kimi qəəbul edilməısini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iclasında izahat vermiş şahid X6 ifadəsində mübahisəli yaşayış evini atası ilə anası X7 adına xəstəliyi ilə əlaqədar 2003-cü ildə aldıqlarını, 2010-cu ildə Nigar Bayramova mübahisəli evə gəlin gəldiyini, atası və anasının həmin evdə yaşadığını, sonradan boşandıqlarını, anasını evdən çıxarmaq məqsədi ilə qardaşı İntiqamın evi İddiaçı satdığını bildirmişdir. Həmin ifadəsində Mərziyyə Bayramova bir daha təsdiq etmişdir ki, ev məhz valideynləri tərəfindən İntiqam bayramova alınmış, ata anası boşanmış və İntiqam evi İddiaçı satmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6.1-ci maddəsinə əsasən mülki qanunvericiliyin prinsipləri aşağıdakılardir: 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. “İnsan Hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasınna dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən mayeəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya iddiaçının sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə qaldırdığı tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı mübahisəli fərdi yaşayış evini almış və xx.xx.2024-cü ildə adına rəsmiləşdirmişdir. Cavabdeh isə mübahisəli evin ona məxasus olması ilə bağlı bağlı hər hansı bir sənədi mülki işin materiallarına əlavə edə bilməmişdir. Göstərilənlərə əsasən, cavabdehin əşyaları ilə birlikldə iddiaçıya məxsus olan Tərtər rayon Bəyimsarov kəndində 0,1157 ha həyətyanı torpaq sahəsində inşa edilmiş 88,80 kv.metr fərdi yaşayış evində qalması, iddiaçının sahiblik hüququnu, mülki hüquqlarının maneəsiz həyata keçirilməsini və istifadə hüququnu məhdudlaşdırır. Ona görə də cavabdehin və əşyalarının iddiaçının evində qalması məqsədəmüvafiq deyildir. İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi məqsədə müfafiqdir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddiaçının vəkalətli nümayəndəsinin və cavabdehin izahatlarını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyəti olan, Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində tikilmiş 88,8 kv.metr fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalı, onun pozulmuş hüquqları bərpa edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh İddiaçı mülkiyyəti olan, Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində tikilmiş 88,8 kv.metr fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılsın, onun pozulmuş hüquqları bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar