Məhkəmə qərarları › İş №2(061)-1246/2024

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1246/2024

03.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1246/2024 03.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (anası) X1, Cavabdeh vəkalətli nümayəndəsi X6 iştirakları ilə, İddiaçı, Cavabdehnə qarşı təbii X5 pozulması haqqında təbii X5 pozulması 11 dekabr 2023-cü il tarixli, ******* saylı akta əsasən hesablanmış 777,60 manat cərimə məbləğinin silinməsi tələbinə dair mülki işə (H.Əliyev prospekti 45 nömrəli ünvanda yerləşən məhkəmə binasında) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehnə qarşı təbii X5 pozulması haqqında 11 dekabr 2023-cü il tarixli, ******* saylı akta əsasən hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik cərimə məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmıdır ki, ailə üzvləri ilə birlikdə Tərtər rayonu Cəmilli kəndində yaşayır. Yaşadığı fərdi yaşayış evinə qaz xətti çəkilmiş və qaz sayğacı quraşdırılmışdır. Onun abunə kodu **********00430 olmaqla məişət abonenti kimi cavabdehlə müqavilə bağlayıb qaz enerjisi istehlak etmişdir. 11 dekabr 2023-cü il tarixdə evdə olmadığı vaxtda X10 İstismar İdarəsinin Tərtər Xidmət sahəsinin əməkdaşları onun yaşayış yerinə gəlmiş və qaz sayğacına baxış keçirmişlər. Sayğaca baxış keçirərkən müəyyən etmişlər ki, sayğacdan qaz keçir, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq işləri aşkar edilmişdir.Sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilmişdir. Sayğac istismara yararsızdır. Bu səbəbdən də akt tərtib edilərək zədələnmiş qaz sayğacı çıxarılaraq yeni qaz sayğacı ilə əvəz edilmiş və çıxarılan köhnə qaz sayğacı yoxlanılmaya göndərilmişdir. Yeni sayğac quraşdırıldıqdan sonra qazın dəyəri onun tərəfindən ödənilmişdir. Lakin buna baxmayaraq köhnə sayğac yoxlanıldıqdan sonra X10 İstismar İdarəsinin əməkdaşları Təbii X5 pozulması haqqında” 11 dekabr 2023cü il tarixli, ******* nömrəli akt tərti edərək onun abonent hesabına 777,60 manat borc pul yazılmışdır. Həmin aktı qanunsuz və əsassız hesab etmişdir. Belə ki, qaz sayğacı onun həyətindən kənarda quraşdırılmışdır ki, onun qorunmasına cavabdeh deyildir. Bundan əlavə qaz sayğacı dövlət yoxlamasından keçirilərkən ona da məlumat verilməli olduğu halda məlumat verilməmişdir və bu səbəbdən o, sayğacın yoxlanmasında iştirak etməmişdir. Eləcə də qaz sayğacı qaz paylayıcısı tərəfindən çıxarılarkən, qaz sayğacının olmadığı müddət ərzində qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmamışdır. 11 dekabr 2023-cü il tarixdə “Təbii X5 pozulması haqqında” ******* nömrəli akt əsassızdır və bu səbəbdən ona yazılan cərimə silinməlidir. Aktı tərtib edərkən onun xəbəri və iştirakı olmamış və hal şahidləri iştirak etməmişlər. Qaz sayğacı həyətdən kənarda quraşdırılmış və qoruyucu örtüklə örtülməmişdir. Maddi vəziyyəti ilə bağlı, həmçinin əsassız olduğundan həmin cəriməni ödəmək fikri yoxdur. Göstərdiklərinə əsasən Cavabdeh Tərtər X9 İdarəsi tərəfindən ona məxsus olan fərdi yaşayış evində təbii X5 pozulması haqqında akta əsasən hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik cərimə məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (anası) X3 məhkəmə iclasında göstərmişdir ki, İddiaçı onun oğludur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmasına baxmayaraq məhkə iclasına gələ bilməmiş, ona etibarnamə verərək məhkəmə iclaslarında onu təmsil etməyi həvalə etmişdir. İddianı müdafiə edərək bir daha iddia ərizəsində göstərilənləri tədiq etmiş və iddianın təmin edilərək Cavabdehnə qarşı təbii X5 pozulması haqqında 11 dekabr 2023-cü il tarixli, ******* saylı akta əsasən hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik cərimə məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını bir daha xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli AR-İİİ429704 saylı etibarnamədən görünür ki, İddiaçı anası X2 etibarnamə verərək məhkəmə iclasırında onu təmsil etməyi həvalə etmişdir. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı yaşadığı evinə gedən qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacı dəyişdirilmişdir. Sayğaca müdaxilə ehtimalı olduğu aşkar edilmişdir. Bu səbəbdən akt tərtib edilmiş və sayğac açılaraq ARDN-nin İnformasiya Texnalogiyaları və Rabitə İdarəsinə (İTRİ) göndərilmişdir. İTRİ qaz sayğacını dəyişmişdir. Tərtib olunmuş akta əsasən sayğacdan qazın keçdiyi, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq işləri aşkar edildiyi, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi və sayğacın istismara yararsız olduğu müəyyən olmuşdur. İddiaçıya 6840 m3 həçmində itirilmiş qaz hesablanmışdır ki, bu da 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik ziyan təşkil etmişdir. Ona görə də iddia tələbini əsassız hesab edir və məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh Tərtər X9 İdarəsinin Tərtər Xidmət Sahəsinin Tərtər rayon Cəmilli kəndində yaşayan İddiaçı barəsində tərtib olunmuş “təbii X5 pozulması haqqında” 11 dekabr 2023-cü il tarixli, ******* saylı aktın surətindən gürünür ki, sayğaca baxış keçirilmiş. Nəticədə sayğacdan qazın keçdiyi, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq işləri aşkar edildiyi, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi və sayğacın istismara yararsız olduğu müəyyən olmuşdur. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, yoxlama zamanı istehlakçı İddiaçı yaşadığı evində quraşdırılmış sayğac çıxarılmış və yenisi ilə əvəz edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı yaşadığı əraziyə təbii qaz xətti çəkilən vaxtdan yaşayış evlərinə qaz xətti çəkilmiş və qaz sayğacı quraşdırılmışdır. Təbii qazdan istifadənin dəyərini ödəmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 2023-cü ilin dekabr ayında cavabdeh təşkilatın nümayəndələri evdə olmadığı vaxt onun yaşadığı ünvana gələrək qaz sayğacına baxış keçirmişlər. Baxış zamanı sayğacdan qazın keçdiyi, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq işləri aşkar edildiyi, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi və sayğacın istismara yararsız olduğu müəyyən olmuşdur. Bu səbəbdən də akt tərtib edilərək zədələnmiş qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Çıxarılan köhnə qaz sayğacı yoxlanılmaya göndərilmişdir. Ona köhnə qaz sayğacının ekspertizadan keçiriləcəyini və nəticəsi ilə bağlı məlumat verəcəklərini bildirmişlər. Bir müddət keçdikdən sonra onun ünvanına cərimə aktı və həmin akta əsasən 777,60 manat cərimə hesablanıb göndərilmişdir. Cavabdeh təşkilat sayğacı dəyişən vaxtdan əvvəl ümumiyyətlə köhnə qaz sayğacı tam normal halda işlək vəziyyətdə olmuş, sayğacda heç bir problem olmamış, sayğaca onun və ailə üzvləri tərəfindən heç bir müdaxilə olmamışdır. Göstərdiklərinə əsasən Cavabdeh Tərtər X9 İdarəsinin Tərtər xidmət sahəsi tərəfindən ona məxsus olan yaşayış evində təbii X5 pozulması haqqında akta əsasən hesablanmış 777,60 manat cərimə məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş cavabdehin vəkalətli nümayəndəsi sayğaca müdaxilə edildiyini və sayğacdan qazın keçdiyi, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq işləri aşkar edildiyi, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi və sayğacın istismara yararsız olduğu müəyyən olunduğuna görə qaz itkisi olduğunu və bu barədə akt tərtib edilərək 777,60 manat dəyərində qaz itkisinin dəyərinin iddiaçıdan alınaraq ödənilməsi tələb edilmişdir. Qeyd edilən aktın surətindən görünür ki, aktda iddiaçı imza etməmiş, imza etməkdən imtina etmişdirsə imtina aktı tərtib olunmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sayğaca müdaxilə olunması və yaxud ziyanın onun təqsirli hərəkətləri nəticəsində vurulması hər hansı sübutla öz təsdiqini tapmadı. Belə ki, sayğaca baxış iddiaçının iştirakı ilə aparılmalı olduğu halda onun iştirakı təmin edilməmiş, həmçinin sayğacın qoryucu örtüklə örtülməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Beləliklə həyətindən kənarda quraşdırılmış qoruyucu örtüklə mühafizə olumamış sayğaca kimin tərəfindən hansı tarixdə və günün hansı vaxtında müdaxilə edilməsi şübhə yaradır. Bu halları araşdırmaq əvəzinə, cavabdehin nümayəndələri işini asanlaşdıraraq iddiaçı barəsində akt tərtib etmiş və onu cərimə etməklə kifayətlənmişdir. Məhkəmə hesab edir ki, sayğac yaşayış evindən kənarda quraşdırılmışdır, qoruyucu örtüklə təmin edilməmişdir. Odur ki, iddiaçı barəsində akt tərtib edilməsi və ona cərimə hesablaması məqsədə müvafiq deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1 və 425.2-ci maddələrinə əsasən öz hüquqların həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydaları” haqqında qərarının 1.1-ci bəndinə əsasən bu Qaydalar «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydaları” haqqında qərarının 3.2-ci bəndinə əsasən qazdan istifadə edən istehlakçılar aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: 3.2.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli; 3.2.2. qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməli; 3.2.3. yalnız xüsusi razılığı (lisenziyası) olan təşkilatla və ya qaz paylayıcısı ilə bağlanılmış müqavilə əsasında yaşayış sahəsində qaz qurğularının təmirini və onlara texniki xidmət göstərilməsini həyata keçirməli; 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.3. Qaz sayğacları SMPDK tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. 4.4. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. 4.5. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanıün əvəzini ödəməyə borcludur. «Qaz təhcizatı haqqında» Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinini 6-cı bəndinə əsasən qaz paylayıcı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyətə keçirilir. Qaz paylacıyısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı) qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Qaz təhcizatı haqqında» Azərbaycan Respublikasının Qanunun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 6-cı bəndində göstərilmişdir ki, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirilir. Həmin Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı yaşadığı ünvanda yerləşən evdə quraşdırılmış qaz sayğaca müdaxilə olması Cavabdeh əməkdaşları tərəfindən aşkar edilmişdir. Sayğac çıxarılaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologtyaları və Rabitə İdarəsinin labaratoriyasına göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologtyaları və Rabitə İdarəsinin aktına əsasən sayğacda yuxarıda qeyd olunan çatışmamazlıqlar aşkar olunmuşdur. Lakin göründüyü kimi baxış keçirilməsi ilə bağlı iddiaçıya heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli «X5» təsdiq edilməsi haqqında 80 saylı qərarının 4.1-ci bəndində əsasən qaz paylayıcı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəsi uyğun olaraq, Azərbaycan Respublikasının Standartlaşdırma Metrologiya və Paten üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları qaraşdırılmalıdır. Tipi təqdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. Həmin qərarın 4.2-ci bəndində göstərilmişdir ki, qaz sayğacı ilə təhciz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylacıyıcısı hesabına hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qanunvericiliyə əsasən qaz paylacıyısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq Azərbaycan Respublikasının Standartlaşdırma Metrologiya və Paten üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilməli və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları qaraşdırılmalıdır. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qararın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə hesab edir ki, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcı daşımalı və blomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ortüklə örtülməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya borc əsassız olaraq hesablanmışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarını, tərəflərin izahatlarını və iş materiallarına əlavə edilmiş sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı yaşadığı ünvanda quraşdırılmış sayğaca müdaxiləyə görə yazılmış 11 dekabr 2023-cü il tarixli, ******* saylı akta əsasən hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik cərimə məbləği silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı yaşadığı ünvanda quraşdırılmış sayğaca müdaxiləyə görə yazılmış 11 dekabr 2023-cü il tarixli, ******* saylı akta əsasən hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik cərimə məbləği silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutularaq Dövlət mədaxilinə ödənilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar