Məhkəmə qərarları › İş №2(061)-1324/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1324/2025

09.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1324/2025 09.10.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Tərtər şəhəri, C.Qaryağdı küçəsində yerləşən 0,05 ha torpaq sahəsinə görə verilmiş JN 960A, KOD 61101004 olan Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə onun adı, ata adı və soyadının İsmayılov E oğlu əvəzinə Ərizəçi kimi oxunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X2 ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 02 saylı qərarı ilə ərizəçinin mülkiyyətinə Tərtər şəhərində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi ayrılmış və bu barədə ona JN 960 A, KOD 61101004 olan Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi ilə əlaqədar yenidən sənədləşmə işləri aparılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edilmiş və orada müəyyən olunmuşdur ki, həmin Şəhadətnamədə uyğunsuzluq vardır. Belə ki, ərizəçinim adı, ata adı və soyadı Ərizəçi olsa da, Şəhadətnamədə səhvən adı, ata adı və soyadı tam şəkildə deyil, Ərizəçi kimi qeyd edilmişdir. Həmin uyğunsuzluqlar səbəbindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsində yenidən sənədləşmə işlərinin aparılması mümkün olmamış və uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Qeyd edilən uyğunsuzluqlar səbəbindən torpağa dair yenidən sənədləşmə işlərinin aparılmasında və həmin torpaq sahəsi üzərində ərizəçinin sərəncam hüququnun həyata keçirilməsində müəyyən çətinlik yaranmışdır. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşdə olan Bərdə rayon Mirbəşir şəhər soveti tərəfindən xx.xx.1963-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, şəhadətnamə sahibinin soyadı, adı, atasının adı Ərizəçi kimi yazılmışdır. İşdə olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, şəxsiyyət vəsiqəsinin sahibinin soyadı, adı, atasının adı Ərizəçi kimi yazılmışdır. İşdə olan JN 960 A, KOD 61101004 olan Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, həmin hüquq müəyyənedici sənəddə mülkiyyətçi kimi İsmayılov E yazılmışdır. İşdə olan Tərtər Rayon Tərtər Bələdiyyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 161 saylı arayışından görünür ki, JN 960 A, KOD 61101004 olan Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə Ərizəçi adı texniki səhv olaraq İsmayılov E kimi yazılmışdır. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon Hərbi Komisarlığı tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş 019581 nömrəli vəsiqənin surətindən görünür ki, vəsiqənin sahibinin Ərizəçi müharibə veteranıdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı ərizəçinin nümayəndəsini izahatından və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 02 saylı qərarı ilə ərizəçinin mülkiyyətinə Tərtər şəhərində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi ayrılmış və bu barədə ona JN 960 A, KOD 61101004 olan Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə verilmişdir. Ərizəçinim adı, ata adı və soyadı Ərizəçi olsa da, Şəhadətnamədə səhvən adı, ata adı və soyadı tam şəkildə deyil, Ərizəçi kimi qeyd edilmişdir. Qeyd edilən uyğunsuzluqlar səbəbindən torpağa dair yenidən sənədləşmə işlərinin aparılmasında və həmin torpaq sahəsi üzərində ərizəçinin sərəncam hüququnun həyata keçirilməsində müəyyən çətinlik yaranmışdır. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, haqqında iddia qaldırılan hüquq müəyyənedici sənəddə - JN 960A, KOD 61101004 olan Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə ərizəçinin adı və ata adıında uyğunsuzluq olduğundan, yəni ad, ata adı və soyadı tam yazılmadığından və həmin uyğunsuzluq səbəbindən ərizəçi həmin Şəhadətnamə əsasında ona verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmədiyindən JN 960A, KOD 61101004 olan Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməli və ərizə bu məqsədlə təmin edilməlidir. Məhkəmə hesab edir ki, ərizəçi müharibə veteranı olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 89.1.20-ci maddəsinə əsasən dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün iş üzrə ödənilməli olan dövlət rüsumu dövlət hesabına aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübu tlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: Ərizə təmin edilsin. Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 02 saylı qərarı ilə ayrılmış Tərtər şəhəri, C.Qaryağdı küçəsində yerləşən 0,5 ha torpaq sahəsinə görə verilmiş JN 960A, KOD 61101004 olan Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ərizəçi müharibə veteranı olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 89.1.20-ci maddəsinə əsasən dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün iş üzrə ödənilməli olan dövlət rüsumu dövlət hesabına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim. Tahir Qubadov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar