Məhkəmə qərarları › İş №2(061)-1332/2024

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1332/2024

03.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1332/2024 03.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkalətli nümayəndəsi X3 iştirakları ilə, İddiaçı, Cavabdehnə qarşı cərimə məbləğinin silinməsi tələbinə dair mülki işə (H.Əliyev prospekti 45 nömrəli ünvanda yerləşən məhkəmə binasında) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehnə qarşı əsassız hesablanmış 172 (bir yüz yetmiş iki) manat cərimə məbləğinin silinməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizənin məzmununa uyğun izahat verərrək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Tərtər rayonun Əskipara kəndində yaşayır. 29 sentyabr 2024-cü il tarixdə qaz idarəsinin işçiləri yaşadıqlarə ünvana gələrək bildirmişlər ki, qaz sayğacı dəyişdirilməlidir. Həmin işçilər qaz sayğacını söküb aparmışlar və əvəzində başqa sayğac bağlamışlar. Həmin vaxt sayğacda hər hansı problem olmadığını və ya nasazlığın, sayğaca müdaxilə olunması barəsində heç bir söhbət olmamışdır. Bir müddət sonra ona məlumat vermişlər ki, guya o sayğaca müdaxilə etmiş, sayğacın oxu yerindən çıxmışdır. Buna görə də ona 172 manat əlavə pul (cərimə) yazılmışdır. Lakin buna baxmayaraq köhnə sayğac yoxlanıldıqdan sonra X6 İstismar İdarəsinin əməkdaşları 11 dekabr 2023-cü il tarixdə “Təbii X2 pozulması haqqında” ******* nömrəli akt tərtib edilərək onun abonent hesabına 172 (yüz yetmiş iki) manat borc yazılmışdır. Həmin akt qanunsuz və əsassızdır. Belə ki, qaz sayğacı onun həyətindən kənarda quraşdırılmışdır ki, onun qorunmasına cavabdeh deyildir. Bundan əlavə qaz sayğacı dövlət yoxlamasından keçirilərkən ona da məlumat verilməli olduğu halda məlumat verilməmişdir və bu səbəbdən o, sayğacın yoxlanmasında iştirak etməmişdir. Eləcə də qaz sayğacı qaz paylayıcısı tərəfindən çıxarılarkən, qaz sayğacının olmadığı müddət ərzində qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmamışdır. 11 dekabr 2023-cü il tarixdə “Təbii X2 pozulması haqqında” ******* nömrəli akt əsassızdır və bu səbəbdən ona yazılan cərimə silinməlidir. Aktı tərtib edərkən onun xəbəri və iştirakı olmamış və hal şahidləri iştirak etməmişlər. Qaz sayğacı həyətdən kənarda quraşdırılmış və qoruyucu örtüklə örtülməmişdir. Maddi vəziyyəti ilə bağlı, həmçinin əsassız olduğundan həmin cəriməni ödəmək fikri yoxdur. Göstərdiklərinə əsasən Cavabdeh Tərtər X5 İdarəsi tərəfindən ona məxsus olan fərdi yaşayış evində təbii X2 pozulması haqqında akta əsasən hesablanmış 172 (yüz yetmiş iki) manat cərimə məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı AğayevŞakir Rəfi oğlunun yaşadığı evinə gedən qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacı dəyişdirilmişdir. Sayğaca müdaxilə ehtimalı olduğu aşkar edilmişdir. Bu səbəbdən akt tərtib edilmiş və sayğac açılaraq ARDN-nin İnformasiya Texnalogiyaları və Rabitə İdarəsinə (İTRİ) göndərilmişdir. İTRİ qaz sayğacını dəyişmişdir. Tərtib olunmuş akta əsasən sayğacın hesablama mexanizmi keçən qazın sərfini qeydə almır, Sayğac aşılaraq daxili baxış keçirilmiş və sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın oxunun yuvasından çıxdığı aşkar edilmişdir. Sayğacın istismara yararsız olduğu müəyyən olmuşdur. İddiaçıya 1440 m3 həçmində itirilmiş qaz hesablanmışdır ki, bu da 172 (yüz yetmiş iki) manat ziyan təşkil etmişdir. Ona görə də iddia tələbini əsassız hesab edir və məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh Tərtər X5 İdarəsinin Tərtər Xidmət Sahəsinin Tərtər şəhəri Azadqaraqoyunlu (ilxıçılar) kəndində yaşayan İddiaçı ünvanlanmış “təbii X2 pozulması haqqında” 11 dekabr 2024-cü il tarixli ******* saylı aktın surətindən gürünür ki, sayğacın hesablama mexanizmi keçən qazın sərfini qeydə almır, Sayğac aşılaraq daxili baxış keçirilmiş və sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın oxunun yuvasından çıxdığı aşkar edilmişdir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətində, yoxlama zamanı istehlakçı İddiaçı yaşadığı evində quraşdırılmış sayğac çıxarılmış və yenisi ilə əvəz edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı əraziyə təbii qaz xətti çəkilən vaxtdan yaşayış evlərinə qaz xətti çəkilmiş və qaz sayğacı quraşdırılmışdır. Təbii qazdan istifadənin dəyərini ödəmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 29 sentyabr 2024-cü il tarixdə qaz idarəsinin işçiləri yaşadıqlarə ünvana gələrək bildirmişlər ki, qaz sayğacı dəyişdirilməlidir. Həmin işçilər onunla qaz sayğacını söküb aparmışlar və əvəzində başqa sayğac bağlamışlar. Həmin vaxt sayğacda hər hansı problem olmadığını və ya nasazlığın, sayğaca müdaxilə olunması barəsində heç bir söhbət olmamışdır. Bir müddət sonra ona məlumat verdilər ki, guya o sayğaca müdaxilə etmiş, sayğacın oxu yerindən çıxmışdır. Buna görə də ona 172 manat əlavə pul (cərimə) yazılmışdır. Lakin buna baxmayaraq köhnə sayğac yoxlanıldıqdan sonra X6 İstismar İdarəsinin əməkdaşları 11 dekabr 2023-cü il tarixdə “Təbii X2 pozulması haqqında” ******* nömrəli akt tərtib edilərək onun abonent hesabına 172 (yüz yetmiş iki) manat borc yazılmışdır. Həmin akt qanunsuz və əsassızdır. Belə ki, qaz sayğacı onun həyətindən kənarda quraşdırılmışdır ki, onun qorunmasına cavabdeh deyildir. Bundan əlavə qaz sayğacı dövlət yoxlamasından keçirilərkən ona da məlumat verilməli olduğu halda məlumat verilməmişdir və bu səbəbdən o, sayğacın yoxlanmasında iştirak etməmişdir. Eləcə də qaz sayğacı qaz paylayıcısı tərəfindən çıxarılarkən, qaz sayğacının olmadığı müddət ərzində qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmamışdır. 11 dekabr 2023-cü il tarixdə “Təbii X2 pozulması haqqında” ******* nömrəli akt əsassızdır və bu səbəbdən ona yazılan cərimə silinməlidir. Aktı tərtib edərkən onun xəbəri və iştirakı olmamış və hal şahidləri iştirak etməmişlər. Qaz sayğacı həyətdən kənarda quraşdırılmış və qoruyucu örtüklə örtülməmişdir. Göstərdiklərinə əsasən Cavabdeh Tərtər X5 İdarəsi tərəfindən ona məxsus olan fərdi yaşayış evində təbii X2 pozulması haqqında akta əsasən hesablanmış 172 (yüz yetmiş iki) manat cərimə məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş cavabdehin vəkalətli nümayəndəsi sayğaca müdaxilə edildiyini və sayğacın hesablama mexanizmi keçən qazın sərfini qeydə almır, Sayğac aşılaraq daxili baxış keçirilmiş və sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın oxunun yuvasından çıxdığı aşkar edildiyini, buna görə qaz itkisi olduğunu və bu barədə akt tərtib edilərək 172 manat dəyərində qaz itkisinin dəyərinin iddiaçıdan alınaraq ödənilməsi tələb edilmişdir. Qeyd edilən aktın surətindən görünür ki, aktda iddiaçı imza etməmiş, imza etməkdən imtina etmişdirsə imtina aktı tərtib olunmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sayğaca müdaxilə olunması və yaxud ziyanın onun təqsirli hərəkətləri nəticəsində vurulması hər hansı sübutla öz təsdiqini tapmadı. Belə ki, sayğaca baxış iddiaçının iştirakı ilə aparılmalı olduğu halda onun iştirakı təmin edilməmiş, həmçinin sayğacın qoryucu örtüklə örtülməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Beləliklə həyətindən kənarda quraşdırılmış qoruyucu örtüklə mühafizə olumamış sayğaca kimin tərəfindən hansı tarixdə və günün hansı vaxtında müdaxilə edilməsi şübhə yaradır. Bu halları araşdırmaq əvəzinə, cavabdehin nümayəndələri işini asanlaşdıraraq iddiaçı barəsində akt tərtib etmiş və onu cərimə etməklə kifayətlənmişdir. Məhkəmə hesab edir ki, sayğac yaşayış evindən kənarda quraşdırılmışdır, qoruyucu örtüklə təmin edilməmişdir. Odur ki, iddiaçı barəsində akt tərtib edilməsi və ona cərimə hesablaması məqsədə müvafiq deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1 və 425.2-ci maddələrinə əsasən öz hüquqların həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydaları” haqqında qərarının 1.1-ci bəndinə əsasən bu Qaydalar «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydaları” haqqında qərarının 3.2-ci bəndinə əsasən qazdan istifadə edən istehlakçılar aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: 3.2.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli; 3.2.2. qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməli; 3.2.3. yalnız xüsusi razılığı (lisenziyası) olan təşkilatla və ya qaz paylayıcısı ilə bağlanılmış müqavilə əsasında yaşayış sahəsində qaz qurğularının təmirini və onlara texniki xidmət göstərilməsini həyata keçirməli; 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.3. Qaz sayğacları SMPDK tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. 4.4. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. 4.5. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanıün əvəzini ödəməyə borcludur. «Qaz təhcizatı haqqında» Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinini 6-cı bəndinə əsasən qaz paylayıcı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyətə keçirilir. Qaz paylacıyısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı) qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Qaz təhcizatı haqqında» Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinini 6-cı bəndinə əsasən qaz paylacıyısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər, istehlakçının müvafiq yazılı müraciəti (qaz təhcizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızması alındıqda istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə, paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda məhkəmənin qərarı ilə açılır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirilir. Həmin Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı yaşadığı ünvanda yerləşən evdə quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə olmaması Cavabdeh əməkdaşları tərəfindən aşkar edilmişdir. Sayğac çıxarılaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologtyaları və Rabitə İdarəsinin labaratoriyasına göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologtyaları və Rabitə İdarəsinin aktına əsasən sayğacda yuxarıda qeyd olunan çatışmamazlıqlar aşkar olunmuşdur. Lakin göründüyü kimi baxış keçirilməsi ilə bağlı iddiaçıya heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli «X2» təsdiq edilməsi haqqında 80 saylı qərarının 4.1-ci bəndində əsasən qaz paylayıcı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəsi uyğun olaraq, Azərbaycan Respublikasının Standartlaşdırma Metrologiya və Paten üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları qaraşdırılmalıdır. Tipi təqdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. Həmin qərarın 4.2-ci bəndində göstərilmişdir ki, qaz sayğacı ilə təhciz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylacıyıcısı hesabına hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qanunvericiliyə əsasən qaz paylacıyısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq Azərbaycan Respublikasının Standartlaşdırma Metrologiya və Paten üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilməli və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları qaraşdırılmalıdır. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qararın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə hesab edir ki, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcı daşımalı və blomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ortüklə örtülməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya borc əsassız olaraq hesablanmışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarını, tərəflərin izahatlarını və iş materiallarına əlavə edilmiş sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı yaşadığı ünvanda quraşdırılmış sayğaca müdaxiləyə görə yazılmış 11 dekabr 2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 172 (bir yüz yetmiş iki) manat cərimə məbləği silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı yaşadığı ünvanda quraşdırılmış sayğaca müdaxiləyə görə yazılmış 11 dekabr 2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 172 (bir yüz yetmiş iki) manat cərimə məbləği silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutularaq Dövlət mədaxilinə ödənilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar