Məhkəmə qərarları › İş №2(061)-1360/2024

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1360/2024

10.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1360/2024 10.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili, vəkalətli nümayəndəsi Göygöl Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə İddiaçı, Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlaka dair çıxarışın etibarsız hesab edilməsinə və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı üçüncü şəxslər Tərtər rayon Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla Cavabdeh verilmiş xx.xx.2024-cü il tarixli, reyestr 2V-551 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2024-cü il tarixli, ********** saylı çıxarışın etibarsız hesab edilməsi, X3 X12 çatası miras əmlakdan X4 payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, hazıki iş üzrə Cavabdeh qardaşı X16 ilə xx.xx.2005-ci ildə rəsmi nikaha daxil olmuşlar. Ailə qurduqları gündən ünvan 1 ünvanında yerləşən evə gəlin köçüb orada yaşamağa başlamışlar. Birgə nikahlarından xx.xx.2007-ci il tarixdə Zərqələm adlı uşaqları olmuşdur. Həyat yoldaşı xx.xx.2020-ci ildə vəfat etmişdir. Hazırda da uşağı ilə sözügedən evdə yaşayır. Yaşadığı evin yerləşdiyi 0,06 ha torpaq sahəsi Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 02 saylı qərarı ilə həyat yoldaşı Tahir Kərimlinin nənəsi X7 verilmişdir. Firuzə Kərimova xx.xx.1971-ci ildə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra da, bu günədək həmin evdə yaşadığından mirasın qəbul edilməsi barədə notariusa ərizə verməmişdir. Ona görə ki, cavabdehlə heç bir mübahisələri olmamışdır. Fikirləşmişdir ki, nə vaxt olsa mirasın qəbulu barədə ərizə verə biləcəkdir. Cavabdeh Tərtər Rayon Məhkəməsində iddia qaldırdıqdan sonra, bilmişdir ki, cavabdeh mirası qəbul etmək üçün notariusa müraciət etmiş və daha sonra saxta sənədlərlə, aşağıda göstərilən məhkəmə qətnaməsinin çıxarılmasına nail olmuşdur. Hansı ki, Cavabdeh 20 ildir ki, həmin evdə yaşamamışdır. İndi isə ona qarşı məhkəmədə iddia qaldırmışdır ki, evdən çıxarılsın. Hətta evdən çıxmağı barədə ona xəbərdarlıq etmişdir. Birgə nikahdan doğulmuş X4 18 yaşı tamam olmadığından və onun himayəsində olduğundan onun adından iddia tələbini o, qaldırmışdır. Cavabdeh məhkəmədə ona qarşı iddia qaldırdıqdan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə sorğu verildikdə məlum olmuşdur ki, hazırki iş üzrə Cavabdeh xx.xx.2024-cü il tarixli, ********** saylı çıxarış alaraq, hüquqların dövlət reyestri xidmətində qeydə alınmışdır. X14 həyat yoldaşı və uşaqları vəfat etmişlər. Onun ölümündən sonra, üç nəvəsi sağ olmuş, onlardan biri də onun mərhum həyat yoladşı olmuşdur. Ancaq hazırki iş üzrə Cavabdeh notariusda ərizə verərək guya Firuzə Kərimovanın yeganə vərəsəsidir və bundan sonra Tərtər rayon Notariat ofisindən xx.xx.2024-cü il tarixdə reyestr 2V-551 olan Qanun üzrə Vərəsəlik hüququ əsasında şəhadətnamə almış, daha sonra məhkəmədə iddia qaldırmışdır. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-1400/2024 saylı qətnaməsi ilə Cavabdeh ərizəsi təmin edilmiş və Firuzə Kərimova onun nənəsi olması faktı müəyyən edilmiş, ünvan 2 ünvanında 0,06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120 kv.metr olan, 4 otaq və bir mətbəxdən ibarət fərdi yaşayış evinin qanun üzrə vərəsəsi olması faktı müəyyən edilmişdir. X14 adına xx.xx.2024-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli çıxarış alınarkən, orada evin ümumi sahəsi 82,9 kv.metr göstərilmişdir. Ancaq yuxarıda qeyd edilən məhkəmə qətnaməsində evin ümumi sahəsi 120 kv.metr göstərilmişdir. Miras əmlakın onun tərəfindən qəbul edilməsi barədə Tərtər rayon Notariat Ofisinə etdiyi müraciətə isə xx.xx.2024-cü il tarixdə 625 saylı qərarla imtina verilmişdir. Bu hünədək qaz və işıq müqaviləi onun adınadır. Bütün kommunal xərclər o, ödəyir. Həmçinin ötən illər ərzində evi bir neçə dəfə cari və əsaslı təmir etdirmişlər. Maneəsiz və mübahisəsiz qaydada bu günədək həmin evdə yaşayırlar. Əmlaka sahiblik və istifadə hüququnu həyata keçirir. Bir sözlə miras əmlakı qəbul etməyi şəksiz nümayiş etdirmişdir. Yuxarıda göstərdiklərinə əsasən Cavabdeh verilmiş xx.xx.2024-cü il tarixli, reystr 2V-551 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və xx.xx.2024-cü il tarixli, **********4 saylı çıxarışın etibarsız hesab edilməsi və X3 X12 çatası miras əmlakdan X4 payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərdiklərini müdafiə edərək iddiasının təmin edilməsini bir daha məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş Cavabdeh vəkili, vəkalətli nümayəndəsi Göygöl Vəkil Bürosunun vəkili Vəkil iddianı qəbul etməyərək göstərmişdir ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmasına baxmayaraq, məhkəmə iclasına gələ bilməmiş, onunla müqavilə bağlayaraq, etibarnamə vermiş və məhkəmə iclaslarında onu təmsil etməyi həvalə etmişdir. İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlaka dair çıxarışın etibarsız hesab edilməsinə və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi məhkənin icraatına qəbul edilmiş, 2(061)-1360/2024 nömrə ilə qeydə alınmış və zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir. İddiaçı öz iddiasını onunla əsaslandırmışdır ki, cavabdehin mərhum qardaşı X16 ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuş, ailə qurduğu gündən ünvan 3 ünvanında gəlin köçüb orada yaşamışdır. Birgə nikahlarından xx.xx.2007-ci il tarixdə Zərqələm adlı uşaqları olmuş, həyat yoldaşı xx.xx.2020-ci il tarixdə vəfat etmiş, hazırda uşağı ilə birlikdə həmin evdə yaşayır. Yaşadığı ev X5 adında olmuş və Firuzə Kərimova xx.xx.1971-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra qeyd edilən evdə yaşadığından notariat orqanın mirasın qəbul edilməsi ilə bağlı müraciət etməmişdir. Cavabdeh ona qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən o da ona qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının qızı X4 18 yaşı tamam olmadığından və onun himayəsində olduğundan onun adından iddia tələbini özü qaldırmışdır. Məhkəmədən cavabdehin adına verilmiş xx.xx.2024-cü il tarixli, reystr 2V-551 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və xx.xx.2024-cü il tarixli, **********4 saylı çıxarışın etibarsız hesab edilməsi və X3 X12 çatası miras əmlakdan X4 payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələblərini qəbul etmədiklərini bldirmişdir. Belə ki, iddia ərizəsi ona subyektiv hüququ olan şəxs tərəfindən qaldırlmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri pozulmuşdur. İddia ərizəsindən görünür ki, İddiaçıdır və iddia ərizəsi eyni şəxs tərəfindən imzalanmışdır. Lakin iddia tələbinin xahiş edirəm hissəsində isə mübahisə edilən miras əmlakdan iddiaçının qızı X4 payının müəyyən edilməsi göstərilmişdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş sənədlərin surətindən görünür ki, iddiaçı mübahisə edilən əmlaka bağlı deyildir, yəni iddiaçı mübahisə edilən əmlakla bağlılığı yoxdur, yəni İddiaçı miras qoyan X5 heç bir hüquqi vərəsəsi deyildir. İddiaçının qızı X10 isə məhkəmədə iddia qaldırmaq hüququna malik olmuş, lakin mülki prosessual hüququ qabiliyyəti mövcud olmamışdır. Bundan başqa o hüquqlarını müstəqil həyata keçirmədikdə və keçirə bilmədikdə onun nümayəndə, qanuni nümayəndə və vəkillə təmsil olunmaq kimi hüquqları vardır ki, özü məhkəmədə iddia qaldırsın. Göstərdiklərinə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan elektron vəkil orderindən (EO-1747VK-6950/24) görünür ki, Cavabdeh Göygöl Vəkil Bürosunun vəkili Vəkil ilə müqavilə bağlamış, ona etibarnamə vermiş və məhkəmə iclaslarında hüquqlarını müdafiə etməyi həvalə etmişdir. İş üzrə üçüncü şəxslər Tərtər rayon Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələr məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X8 xx.xx.2005-ci ildə Tərtər Rayon Qeydiyyat Şöbəsində nikahlarını rəsmi qeyd etdirmişlər. Kişiyə Kərimli, arvada Kərimli soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X2 birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X10 adlı uşaqları olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2020-ci ildə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsindən alınmış vəkil sorğusuna verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi 20.04. 2024-cü il tarixli, ********** qeydiyyat nömrə ilə Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsində qeydiyyata alınmışdır. İş materiallarında olan Tərtər rayon Notariat Ofisinin 30 avqust 2024-cü il tarixli 625 saylı qərarından görünür ki, həmin qərarla X6 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Tərtər şəhər İƏD-i üzrə nümayəndənin verdiyi 1231 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Tərtər rayon Evoğlu kəndində qeydiyyatda olmaqla, Tərtər şəhəri, Süleyman Məmmədov küçəsində yaşayır. İş materiallarında olan qəbzlərdən görünür ki, Tərtər şəhəri, Süleyman Məmmədov küçəsində abonent kodlarına qazdan, işıqdan və sudan istifadəyə görə ödənilən kommunal xərclər İddiaçı adından icra edilmişdir. İş materiallarında olan Cavabdeh Böpyük oğlunun notariat ofisinə xx.xx.2024-cü il tarixli **********418 saylı ərizəsindən görünür ki, xx.xx.1971-ci ildə ünvan 3 ünvünında qeydiyyatda olan X13 vəfat etmişdir. Ondan qalan miras daşınar və daşınmaz əmlakdan ibarətdir. Göstərilən miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası MM-in 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələri yoxdur. Ərizənin həqiqiliyi notarial qaydada təsdiq olunmuşdur. İş materiallarında olan Tərtər rayion xüsusi notarat ofisi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Dövlət Reyestri Xidmətinə edilmiş sorğunun surətindən görünür ki, V-50/xx.xx.2024 saylı vərəsəlik işi üzrə Cavabdeh müraciət edərək xx.xx.1971-ci il tarixdə vəfat etmiş X3 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istədiyini bildirmişdir. X1 məxsus olmuş, daşınmaz əmlaklara dair hüquqların rəsmiləşdirilməsi barədə Çıxarış və həmin əmlakların yüklü olması barədə arayış verilməsinə baxılması xahiş olunmuşdur. İş materiallarında olan Tərtər rayon X9 xx.xx.2005-ci il tarixli 02 saylı qərarı ilə verilmiş JN-618A, KOD 61101004 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamənin surətindən görünür ki, 0,06 ha həyətyanı torpaq sahəsi X5 adına sənədləşdirilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1975-ci ildə Tərtər şəhərində anadan olmuş, Tərtər şəhəri Süleyman Məmmədov küçəsi ev 02-də qeydiyyatdadır. İş materiallarında olan AZ-İ 447283 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1971-ci ildə ölmüşdür. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)- 1400/2023 saylı qətnaməsinin surətindən görünür ki, 04 fevral 1971-ci ildə vəfat etmiş X5 ərizəçi xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh nənəsi (atasının anası) olması faktı müəyyən edilməsi, ərizəçi Cavabdeh 04 fevral 1971-ci ildə vəfat etmiş X5 onun nənəsi (atasının anası) X3 miras qalmış əmlakların –Tərtər Rayon Aqrar X23 İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli 02 saylı qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-618A, KOD 61101004 saylı Şəhadətnamə əsasında ünvan 5 ünvanında verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 120 kv.metr olan 4 otaq və 1 mətbəxdən ibarət fərdi yaşayış evinin qanun üzrə vərəsə kimi qəbul etməsi faktı müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1971-ci ildə vəfat etmiş X5 vərəsəsi ünvan 6 ünvanda qeydiyyatda olan Cavabdeh Böpyük oğlu pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfrndən xx.xx.2024-cü il tarixdə verilmiş **********29- 10301 reystr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən X1 məxsus olan ünvan 4 ünvanda yerləşən 0,06 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 82,8 kv.metr, yaşayış sahəsi 40,1 kv.mütr, yardımçı sahəsi 42,7 kv.metr, 2 otaqlı fərdi yaşayış evindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi 0 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilnədək ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfrndən xx.xx.2024-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ünvan 4 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 82,8 kv.metr, yaşayış sahəsi 40,1 kv.mütr, yardımçı sahəsi 42,7 kv.metr, 2 otaqlı fərdi yaşayış evi X5 adına qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının, cavabdehin vəkili və vəkalətli nümayəndəsinin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçının tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı Cavabdeh qardaşı X16 ilə xx.xx.2005-ci ildə rəsmi nikaha daxil olmuşdur. Ailə qurduqları gündən ünvan 1 ünvanında yerləşən evə gəlin köçüb orada yaşamağa başlamışdır. Birgə nikahlarından xx.xx.2007-ci il tarixdə Zərqələm adlı uşaqları olmuşdur. İddiaçının həyat yoldaşı Tahir Kərimli xx.xx.2020-ci ildə vəfat etmişdir. Məhkəmə iclasında izahat vermiş İddiaçı göstərmişdir ki, həyat yoldaşı Tahir Kərimli vəfat etdikdən sonra da mübahisəli evdə yaşamış və hazırda da bir övladı ilə həmin evdə yaşamaqda davam edir. Hazırki dövrədək mirasın qəbul edilməsi ilə bağlı ərizə verməmişdir. Mahir Kərimli məhkəmədə ona qarşı iddia qaldırdıqdan sonra ona məlum olmuşdur ki, yaşadıqları fərdi yaşayış evinə görə çıxarış sənədi almış və hüquqların dövlət reyestri xidmətində qeydə alınmışdır. Firuzə Kərimova vəfat etdikdən sonra onun üç nəfər nəvəsi sağ qalmışdır ki, biri də Tahir Kərimli olmuşdur. Cavabdeh notariat Ofisinə müraciət edərək Firuzə Kərimovanın yeganə vərəsəsi olduğunu göstərmiş və xx.xx.2024-cü il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X15 Kərimovun nənəsi olması faktı müəyyən edilmiş və qanun üzrə vərəsəsi kimi tanınmışdır. O, miras əmlakın onun tərəfindən qəbul edilməsi barədə Tərtər Rayon Notariat Ofisinə müraciət etmiş, lakin onun müraciətinə imtina barədə qərar qəbul edilmişdir. Odur ki, o, məhkəmədə hazırki iddianı qaldırmış və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş vermiş Cavabdeh vəkili, vəkalətli nümayəndəsi Göygöl Vəkil Bürosunun vəkili Vəkil iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı məhkəmədən cavabdehin adına verilmiş xx.xx.2024-cü il tarixli, reystr 2V-551 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və xx.xx.2024-cü il tarixli, **********4 saylı çıxarışın etibarsız hesab edilməsi və X3 X12 çatası miras əmlakdan X4 payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələblərini qəbul etmədiklərini bldirmişdir. Belə ki, iddia ərizəsi ona subyektiv hüququ olan şəxs tərəfindən qaldırlmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri pozulmuşdur. İddia ərizəsindən görünür ki, İddiaçıdır və iddia ərizəsi eyni şəxs tərəfindən imzalanmışdır. Lakin iddia tələbinin xahiş edirəm hissəsində isə mübahisə edilən miras əmlakdan iddiaçının qızı X4 payının müəyyən edilməsi göstərilmişdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş sənədlərin surətindən görünür ki, iddiaçının mübahisə edilən əmlakla bağlılığı yoxdur, yəni İddiaçı miras qoyan X5 heç bir hüquqi vərəsəsi deyildir. İddiaçının qızı X10 isə məhkəmədə iddia qaldırmaq hüququna malik olmuş, lakin mülki prosessual hüququ qabiliyyəti mövcud olmamışdır. Bundan başqa o hüquqlarını müstəqil həyata keçirmədikdə və keçirə bilmədikdə onun nümayəndə, qanuni nümayəndə və vəkillə təmsil olunmaq kimi hüquqları vardır ki, özü məhkəmədə iddia qaldırsın. Görtərdiklərinə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının dəlillərinə, cavabdeh tərəfiin etirazlarına və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, hazırki iddia tələbi ilə bağlı iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olub–olmaması, yəni iddiaçının mübahisəli fərdi yaşayış evi ilə hər hansı bağlılığı, üzərində mülkiyyət və ya əşya hüququnun mövcudluğu, sahiblik hüququnun pozulması və tələb hüququnun yaranması, qeyd edilən hallar mövcud olduğu halda, cavabdehin etirazları nəzərə alınmaqla iddianın hazırki vəziyyətdə əsaslı olub–olmaması, iddiaçı tərəfindən iddianın müvafiq iddia müddəti ərzində qaldırılması halları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1–ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəasından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007–ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008–ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyində qeyd edilmşdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub– olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ–hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmaması məhkmə tərəfindən araşdırmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab edir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin paylı mülkiyyətçisi olmamış, eləcə də X14 vərəsəsi olmamış, eləcə də onun mərhum həyat yoldaşı sağlığında bununla bağlı aidiyyət üzrə müraciət etməmiş, ərizəni öz adından yazmaqla imzalamışdır. Bu hallar məhkəmə prosesi dövründə müəyyən edilmişdir. Lakin Cavabdeh əvvəlcə məhkəməyə müraciət edərək Firuzə Kərimovanın onun nənəsi olması faktının təmin edilməsini xahiş, həmin fakt təsdiq olunmuş, bundan sonra lazımi sənədləşmələri apararaq mübahilə fərdi yaşayış evinə görə qanun üzrə vərəsəlik şəhadıtnaməsi və Çıxarış sənədi almışdır. Eləcə də, iddiaçı hazırki dövrdə qeyd olunan mübahisləndirdiyi qanun üzrə vərəsəlik hüququnun və Çıxarış sənədinin məhkəmə qaydasında etibarsız sayılmasına, nə də tərəflərin iradəsi ilə dəyişdirilməsinə və ya ləğv edilməsinə dair məhkəməyə mötəbər sübut təqdim olunmamışdır. Bununla da iddiaçı həmin mübahisəli daşınmaz əmlak üzərində sahiblik və istifadə hüququ əldə etmişdir. Azərbaycan Respublikası MM-in 139-1.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri ilə bağlı mübahisə əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə öhdəlik hüquq münasibətlərini tənzimləyən əqdlər haqqında ümumi müddəlar müvafiq olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1–ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2–ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 6.2–ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Ona görə də məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, idiaçının mübahisələndirdiyi xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin və xx.xx.2024-cü il tarixli Çıxarış sənədinin icra olunmasının iddiaçıya heç bir aidiyyəti olmadığından və bu əsasla da iddiaçının həmin sənədləri mübahisə etmək hüququnu olmadığından, iddiaçının cavabdehə qarşı mülkiyyətində olan fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və Çıxarış sənədinin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə görə qanuna və ya digər normativhüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddiaçının, cavabdehin vəkili, vəkalətli nümayəndəsinin izahatlarını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Məmməd qızının Cavabdeh qarşı üçüncü şəxslər Tərtər rayon Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla Cavabdeh verilmiş xx.xx.2024-cü il tarixli, reyestr 2V-551 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2024-cü il tarixli, ********** saylı çıxarışın etibarsız hesab edilməsi, X3 X12 çatası miras əmlakdan X4 payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Məmməd qızının Cavabdeh qarşı üçüncü şəxslər Tərtər rayon Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla Cavabdeh verilmiş xx.xx.2024-cü il tarixli, reyestr 2V-551 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2024cü il tarixli, ********** saylı çıxarışın etibarsız hesab edilməsi, X3 X12 çatası miras əmlakdan X4 payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar