Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-1369/2024 17.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatının etibarnamə üzrə nümayəndəsi Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi- Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu X1 iştirakları ilə Ərizəçi maraqlı şəxs Tərtər rayon İcra Hakimiyyətinin Qəyyummluq və Himayə Komissiyası olmaqla şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizəsi üzrə işə açıq məhkəmə iclasında axaraq, MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Tərtər rayon İcra Hakimiyyətinin Qəyyummluq və Himayə Komissiyası olmaqla şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəməyə rəsmi ərizəsini təqdim edərək hazırda ərizəsinə mahiyyəti üzrə baxılmadan iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin özünə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatının etibarnamə üzrə nümayəndəsi Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu X2 ərizəçi tələbinə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini və ərizəsinin və ona əlavə edilmiş sənədlərin işə baxılmadan ərizəçiyə qaytarılması barədə qərardad qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllnin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu olan 100 (yüz) manat məbləğində pul Ərizəçi qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi maraqlı şəxs Tərtər rayon İcra Hakimiyyətinin Qəyyummluq olmaqla şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizəsinə baxılmadan əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ödənilmiş dövlət rüsumu 100 (yüz) manat məbləğində pul Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1369/2024
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-1369/2024
17.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver