Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-140/2025 27.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Allahverdiyeva (Həsənzadə) Afaq Asəf qızının iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Allahverdiyeva (Həsənzadə) Afaq Asəf qızının maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla hüquqi müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1 və Allahverdiyeva (Həsənzadə) Afaq Asəf qızı maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 02 nömrəli qərarı ilə onlara və ailə üzvlərinin mülkiyyətinə verilməsinə ilə bağlı “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamədə 1-ci qrafada “X3”, 2-ci qrafada “X2” kimi yazılmasına baxmayaraq həmin sənədin Ərizəçi1 və Allahverdiyeva (Həsənzadə) Afaq Asəf qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi1 ərizənin məzmununa uyğun izahat vermiş və göstərmişdir ki, xx.xx.1975-ci ildə Tərtər şəhərində anadan olmuşdur. Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli 02 saylı qərarı ilə onlara və ailə üzvlərinin mülkiyyətinə Tərtər şəhərindən 0,03 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-1473A, KOD 61101004 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə tərtib edilmişdir. Həmin sənəddə texniki səhv olaraq 1-ci qrafada adı Asif kimi qeyd edilmişdir. Həmin texniki səhvliyə görə heç bir hüquqi sənədləşmələrin aparılması mümkün olmamışdır. Qeyd edilən yanlışlıqların aradan qaldırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin orqan yanlışlığın aradan qaldırılmasının onun səlahiyyəti daxilində olmaması səbəbindən bundan imtina etmişdir. Hazırda o, mülkiyyətində olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqi hərəkət edə bilmir və bu səbəbdən sözügedən ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını bir daha məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı ərizəçi Allahverdiyeva (Həsənzadə) Afaq Asəf qızı ərizənin məzmununa uyğun izahat vermiş və göstərmişdir ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli 02 saylı qərarı ilə mülkiyyətlərinə Tərtər şəhərindən 0,03 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN- 1473A, KOD 61101004 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə verilmişdir. Həmin sənəddə texniki səhv olaraq 2-ci qrafada adı X1 qeyd edilmişdir. Həmin texniki səhvliyə görə heç bir hüquqi sənədləşmələrin aparılması mümkün olmamışdır. Qeyd edilən yanlışlıqların aradan qaldırılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin orqan yanlışlığın aradan qaldırılmasının onun səlahiyyəti daxilində olmaması səbəbindən bundan imtina etmişdir. Hazırda o, mülkiyyətində olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqi hərəkət edə bilmir və bu səbəbdən sözügedən ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını bir daha məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İşdə olan AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1975-ci ildə Tərtər şəhərində anadan olmuş, Tərtər şəhəri, Ə.İsmayılov küçəsi ev 29da qeydiyyatdadır. İşdə olan AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1998-ci ildə Tərtər şəhərində anadan olmuş, Tərtər şəhəri, Ə.İsmayılov küçəsi ev 29da qeydiyyatdadır. İşdə olan Tərtər Bələdiyyəsinin verdiyi 290 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Azərbaycan Respublikasının DT və XK -in Tərtər Rayon Şöbəsi tərəfindən torpağın mülkiyyətə verilməsinə dair JN-1473A, KOD 61101004 nömrəli şəhadətnamədə (şəxsiyyət vəsiqəsi AZE 0*******) X3, (şəxsiyyət vəsiqəsi AA 0822488) Allahverdiyeva (Həsənzadə) Afaq Asəf qızının adı texniki səhv olaraq X1 qeyd edilmişdir. İşdə olan Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli 02 saylı qərarı ilə verilmiş JN-1473 A saylı “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamənin 1-ci qrafasında ərizəçinin adı Asif, 3-cü qrafada X1 qeyd edilmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli 02 saylı qərarı ilə ərizəçilərin və ailə üzvlərinin mülkiyyətində Tərtər şəhərində 0,03 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə dair JN-1473A, KOD 61101004 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə tərtib edilmişdir. Həmin sənəd tərtib edilərkən ərizəçilər X3 və X1 qeyd edilmişdir. Hazırda ərizəçilər şəhadətnamədəki uyğunsuzluqları səbəbindən istifadələrində olan daşınmaz əmlak üzərində hər hansı hüquqlarını həyata keçirə bilmir. Eyni zamanda ərizəçilər həmin sənədi başqa qaydada əldə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN-1473A saylı “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçilərin JN-1473A saylı “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamənın onlara və digər ailə üzvlərinə məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırılan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən verilmiş JN-1473A saylı, KOD nömrəsi 61101004 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamədə 1-ci qrafada “X3”, 2-ci qrafada “X2” kimi yazılmasına baxmayaraq, həmin sənədin Ərizəçi1, Allahverdiyeva (Həsənzadə) Afaq Asəf qızına və həmin sənəddə adları göstərilən digər şəxslərə məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən verilmiş JN-1473A saylı, KOD nömrəsi 61101004 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamədə 1-ci qrafada “X3”, 2-ci qrafada “X2” kimi yazılmasına baxmayaraq, həmin sənədin Ərizəçi1, Allahverdiyeva (Həsənzadə) Afaq Asəf qızına və həmin sənəddə adları göstərilən digər şəxslərə məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-140/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-140/2025
27.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver