Məhkəmə qərarları › İş №2(061)-1414/2024

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1414/2024

22.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1414/2024 22.11.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Tərtər Rayon Notariat Ofisi olmaqla hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Tərtər Rayon Notariat Ofisi olmaqla hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, mərhum anasının adının ayrı-ayrı sənədlərdə müxtəlif qaydada yazılması vərəsəliklə bağlı hüquqlarını həyata keçirməkdə ona mane olduğundan, anasının hüquq sahibliyini təsdiq edən hüquqmüəyyənedici sənədin yəni, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan, daşınmaz Əmlakiın Dövlət Reyestrində 19 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydə alınmış xx.xx.2024-cü il tarixli Çıxarışın, Tərtər rayon Hacıqərvənd kənd İƏD-i üzrə nümayəndəliyi tərəfindən verilən, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2007-ci il yanvar ayının 15-də 01 nömrə ilə qeyd edilən ölüm haqqında şəhadətamənin, həqiqətən doğum haqqında şəhadətnamədə ana qrafasında adı göstərildiyi kimi X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, xx.xx.1970-ci ildə Tərtər rayonu Hacıqərvənd kəndində anadan olmuşdur. X2 xx.xx.2004-cü ildə, anası X12 xx.xx.2007-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan, daşınmaz Əmlakiın Dövlət Reyestrində 19 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydə alınmış xx.xx.2024-cü il tarixli Çıxarış sənədinə əsasən 0,25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 149,4 kv.metr olan 3 otaqlı, valideynlərindən miras qalmış fərdi yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün zəruri olan bütün sənədləri toplamışdır. Həmin evdə qeydiyyatdadır. Valideynləri vəfat etdikdən sonra da onun idarəçiliyindədir. Doğum haqqında şəhadətnaməsində ana qrafasında X10 yazılmışdır. Bu hal gələcəkdə əmlakın anasının mülkiyyətində olmuş payına qanun üzrə vərəsəlik almaq hüququnu məhdudlaşdıran haldır. Həmin sənədlər arasında uyğunsuzluğun aradan qaldırılması və hər iki sənəddə göstərilən fərqli adlar eyni şəxsin adı olduğundan hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Miras əmlaka vərəsəlik şəhadətnaməsi almaq üçün Tərtər Rayon Notariat Ofisinə müraciət etmiş, lakin sənədlərdə olan ad uyğunsuzluğuna görə ona məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Sənədlərdə olan yanlışlıqların aradan qaldırılması ona valideynlərindən miras qalmış daşınmaz əmlakların sənədləşdirilməsi ilə əlaqədar olduğunu bildirmişdir. Həmin sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərinə əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Tərtər Rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə şahid qidmində ifadə vermiş X8 məhkəmə iclası zamanı göstərmişdir ki, o, Tərtər rayon Hacıqərvənd kəndində yaşayır. Ərizəçila həmkəndli kimi münasibətləri yaxındır. Vüqarla eyni məktəbdə təhsil almışlar. Uşaqlıqdan bir yerdə böyümüşlər. Ərizəçi atasının adı Allahverdi, anasının adı Gülü olmuşdur. Ərizəçi anası Gülü təqribən 10 ildən artıq müddətdir ki, vəfat etmişdir. Onun yas mərasimlərində iştirak etmişdir. İş üzrə şahid qidmində ifadə vermiş X13 məhkəmə iclası zamanı göstərmişdir ki, o, Tərtər rayon Hacıqərvənd kəndində yaşayır. Ərizəçila yaxın qonşu olmuşlar. Münasibətləri yaxşı olmuşdur. Vüqarla eyni məktəbdə təhsil almışlar. Uşaqlıqdan bir yerdə böyümüşlər. Ərizəçi atasının adı Allahverdi, anasının adı Gülü olmuşdur. Ərizəçi anası Gülü təqribən 10 ildən artıq müddətdir ki, vəfat etmişdir. Onun yas mərasimlərində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş 022666 saylı vəsiqənin surətindən görünür ki, Ərizəçi müharibə veteranıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Tərtər rayon Şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli 161 saylı arayışdan görünür ki, 1970-ci il təvəllüdlü Ərizəçi həqiqətən müharibə veteranı sayılır və Azərbaycan Respublikasının qanunvericliyi ilə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. (Əsas: 022666 nömrəli müharibə Veteranı vəsiqəsi.) İş materiallarına əlavə edilmiş Tərtər rayon Hacıqərvənd kənd İƏD-i üzrə nümayəndənin verdiyi 143 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, həqiqətən Hacıqərvənd kənd sakini Ərizəçi mərhum X2 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. X1 vəfat etdiyi vaxta qədər onunla arvadı X12 və oğlu Ərizəçi birgə təsərrüfatda yaşamışdır. İş materiallarına əlavə edilmiş Tərtər rayon Hacıqərvənd kənd İƏD-i üzrə nümayəndənin verdiyi 144 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, həqiqətən Hacıqərvənd kənd sakini Ərizəçi mərhum anası X12 12 Yanvar 2007-ci il tarixdə vəfat etmişdir. X3 vəfat etdiyi vaxta qədər onunla oğlu Ərizəçi birgə təsərrüfatda yaşamışdır. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Tərtər Rayon Qeydiyyat Şöbəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli doğum haqqında akt qeydində ana haqqında məlumat qrafasında ana adına düzəliş edilməsi barədə müraciətə baxılmışdır. Ana X10nın doğumu Ermənistan Respublikasında olduğundan, ana adının düzgün yazılışını nəzərdən keçirmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan, daşınmaz Əmlakiın Dövlət Reyestrində 19 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydə alınmış xx.xx.2024-cü il tarixli Çıxarış sənədində X5, Ərizəçi və X12 0,25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 149,4 kv.metr olan fərdi yaşayış evinin mülkiyyətçiləri kimi göstərilmişlər. İş materiallarına əlavə edilmiş xx.xx.1970-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olnumuş surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci il təvəllüdlü olmaqla, həmin sənəddə ata qrafasında X5, ana qrafasında X10 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2004-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olnumuş surətindən görünür ki, X5 xx.xx.2004-cü ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olnumuş surətindən görünür ki, X12 xx.xx.2007-ci ildə vəfat etmişdir. İşdə olan qəbir daşının fotoşəkilində mərhumun adı X4, doğum tarixi 1922-ci il, ölüm tarixi 2007-ci il əks olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçi xx.xx.1970-ci ildə Tərtər rayonu Hacıqərvənd kəndində anadan olmuşdur. Onun X2 xx.xx.2004-cü ildə, anası X12 xx.xx.2007-ci ildə vəfat etmişdir. Məhkəmə iclasında izahat vermiş Ərizəçi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan, daşınmaz Əmlakiın Dövlət Reyestrində 19 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydə alınmış xx.xx.2024-cü il tarixli Çıxarış sənədinə əsasən 0,25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 149,4 kv.metr olan, valideynlərindən miras qalmış fərdi yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün zəruri olan bütün sənədləri topladığını, həmin evdə qeydiyyatda olduğunu, valideynləri vəfat etdikdən sonra da onun idarəçiliyində olduğunu, doğum haqqında şəhadətnaməsində ana qrafasında X10 yazıldığını, həmin sənədlər arasında uyğunsuzluğun aradan qaldırılması və hər iki sənəddə göstərilən fərqli adlar eyni şəxsin adı olduğundan hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi zərurəti yarandığını, miras əmlaka vərəsəlik şəhadətnaməsi almaq üçün Tərtər Rayon Notariat Ofisinə müraciət etdiyi, ona məhkəməyə müraciət etmək məsləhət görüldüyünü, sənədlərdə olan yanlışlıqların aradan qaldırılması ona valideynlərindən miras qalmış daşınmaz əmlakların sənədləşdirilməsi ilə əlaqədar olduğunu, həmin sənədləri başqa qaydada almaq mümkün olmadığını, ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olduğu bildirmiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qiamində ifadə vermiş X8 və X13 ərizəçi ilə həmkəndli və qonşu kimi yaxın münasibətdə olduqlarını, Ərizəçi anasının adının Gülü olduğunu, Gülü Muradovanın vəfat etdiyini, onun yas mərasimində iştirak etdiklərini göstərmişlər. Məhkəmə şahidlərin səmimi verilmiş ifadələrini iş üzrə sübut növü kimi qəbul edilməsini məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənədlər ərizəçiyə daşınmaz əmlaklar üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan, daşınmaz Əmlakiın Dövlət Reyestrində 19 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydə alınmış xx.xx.2024-cü il tarixli Çıxarış sənədi və X3nın adına verilmiş AZ-İ 207997 saylı ölüm haqqında şəhadətnamə hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin ərizəsində qeyd etdiyi tələbini məhkəmədən kənar başqa qaydada həll etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırılan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan, daşınmaz Əmlakiın Dövlət Reyestrində 19 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydə alınmış xx.xx.2024-cü il tarixli Çıxarışda və Tərtər rayon Hacıqərvənd kənd İƏD-i üzrə nümayəndəliyi tərəfindən 15 yanvar 2007-ci il tarixdə verilən, ölüm haqqında akt qeydləri kitabında 2007-ci il yanvar ayının 15-də 01 nömrə ilə qeyd edilən AZ-İ 207997 saylı ölüm haqqında şəhadətamədə “X12” kimi yazılmasına baxmayaraq, həmin sənədlərin 13 iyul 1970-ci ildə Ərizəçi adına verilmiş AZ ******* saylı doğum haqqında şəhadətnamədə ana qrafasında adı göstərilən X6 məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan, daşınmaz Əmlakın Dövlət Reyestrində 19 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydə alınmış xx.xx.2024-cü il tarixli Çıxarışda və Tərtər rayon Hacıqərvənd kənd İƏD-i üzrə nümayəndəliyi tərəfindən 15 yanvar 2007-ci il tarixdə verilən, ölüm haqqında akt qeydləri kitabında 2007-ci il yanvar ayının 15-də 01 nömrə ilə qeyd edilən AZ-İ 207997 saylı ölüm haqqında şəhadətamədə “X12” kimi yazılmasına baxmayaraq, həmin sənədlərin 13 iyul 1970-ci ildə Ərizəçi adına verilmiş AZ ******* saylı doğum haqqında şəhadətnamədə ana qrafasında adı göstərilən X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar