Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-149/2025 03.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin vəkalətli nümayəndəsi X3 iştirakları ilə, İddiaçı, cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı təbii X2 pozulması haqqında 29 may 2018-ci il tarixli, ******* nömrəli AKT əsasında hesablanmış 591,62 manat borcun silinməsi tələbinə dair mülki işə (H.Əliyev prospekti 45 nömrəli ünvanda yerləşən məhkəmə binasında) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı təbii X2 pozulmasına haqqında 29 may 2018-ci il tarixli, ******* nömrəli AKT əsasında hesablanmış 591,62 manat borcun onun abonent hesabından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizənin məzmununa uyğun izahat vermiş və göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Kəlbəcər rayonundan məcburi köçkün düşüb Tərtər rayonu, Seydimli kəndində məskunlaşmışdır. Məskunlaşdığl yaşayış sahəsinə qaz xətti çəkilmiş və qaz sayğacı quraşdırılmışdır. Onun abunə kodu **********03150 olmaqla məişət abinenti kimi cavabdeh təşkilatla müqavilə bağlayıb qaz enerjisi istehlak etmişdir. Tərtər rayonu, Seydimli kəndində məskunlaşdığı vaxt 29 may 2018-ci ildə evdə olmayarkən X6 İstismar İdarəsinin Tərtər Xidmət Sahəsinin əməkdaşları kənarda quraşdırılmış sayğaca baxış keçirmiş və sökərək aparmışlar. Bundan sonra 29 may 2018-ci il tarixdə, onun barəsində Akt tərtib edərək 591,62 manat cərimə pulu hesablanılıb göndərilmişdir. Aktda qaz sayğacının hesablama mexanizminin qoruyucu plastmas qapağının sağ hissədən sınıq olduğu göstərilmişdir. Həmin Akla tanış olmamış, imza etməmişdir. Həmin akt qanunsuz və əsassızdır. Cavabdeh təşkilatın onun adına yazdığı borcun yaranmasında onun və ailə üzvlərinin heç bir təqsiri olmamışdır. Sonradan ona Tərtər rayon Ueni Qəsəbədə mənzil verilmiş və o, ailəsi ilə birlikdə həmin mənzilə köçmüşdür. Sayğaca hər hansı müdaxilə edilməmiş, borcun yaranmasında hər hansı bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Sayğac dəyişdirilərkən onun və ailə üzvlərinin iştirakları olmamışdır. Bundan əlavə qaz sayğacı dövlət yoxlamasından keçirilərkən ona da məlumat verilməli olduğu halda məlumat verilməmişdir və bu səbəbdən o, sayğacın yoxlanmasında iştirak etməmişdir. Eləcə də qaz sayğacı qaz paylayıcısı tərəfindən çıxarılarkən, qaz sayğacının olmadığı müddət ərzində qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmamışdır. xx.xx.2018-ci il tarixdə tərtib edilmiş “Təbii X2 pozulması haqqında” ******* nömrəli akt əsassızdır və bu səbəbdən ona yazılan cərimə silinməlidir. Aktı tərtib edərkən onun xəbəri və iştirakı lmamış və hal şahidləri iştirak etməmişlər. Qaz sayğacı qoruyucu örtüklə örtülməmişdir. Maddi vəziyyəti ilə bağlı, həmçinin əsassız olduğundan həmin cəriməni ödəmək fikri yoxdur. Göstərdiklərinə əsasən cavabdeh «Azəriqaz» X1 X5 İdarəsi tərəfindən ona məxsus olan fərdi yaşayış evində təbii X2 pozulması haqqında akta əsasən hesablanmış 591 (beş yüz doxsan bir) manat 62 (altrmış iki) qəpik cərimə məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının evinə gedən qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacı dəyişdirilmişdir. Sayğaca müdaxilə ehtimalı olduğu aşkar edilmişdir. Bu səbəbdən akt tərtib edilmiş və sayğac açılaraq ARDN-nin İnformasiya Texnalogiyaları və Rabitə İdarəsinə (İTRİ) göndərilmişdir. İTRİ qaz sayğacını dəyişmişdir. Tərtib olunmuş akta əsasən xətaların normaya uyğun olmadığı, sayğacın minimal sərfiyyatda 40,09 % nisbi xəta ilə işlədiyi, plastmas qapağının yan tərəfində iz olduğundan plomb tərəflərindən açıldığı, sayğacın hesablama mexanizminin qoruyucu plastmast qapağının yan tərəfdən əzildiyi, daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu müəyyən edilmişdir. Sayğacın istismara yararsız olması müəyyən olmuşdur. İddiaçıya 2964 m3 həçmində itirilmiş qaz hesablanmışdır ki, bu da 592 (beş yüz doxsan iki) manat 80 (səksən) qəpik ziyan təşkil etmişdir. Ona görə də iddia tələbini əsassız hesab edir və məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan «Azəriqaz» X1 X5 İdarəsinin Ağdam Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş Tərtər rayonu Seydimli kəndində məskunlaşmış İddiaçı ünvanlanmış “təbii X2 pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən gürünür ki, 29/1710-0301-2 saylı MS-ə əsasən xətalar normaya uyğun deyil. Sayğac minimal sərfiyyatda - 40,09 % nisbi xəta ilə işlədiyi, plastmas qapağının yan tərəfində iz olduğundan plomb tərəflərindən açıldığı, sayğacın hesablama mexanizmi qoruyucu plastmast qapağının yan tərəfdən əzildiyi, daxili qulaqcıqlarında əzik-cızıq izləri vardır. İddiaçıya 1800 m3 həçmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktın surətində, yoxlama zamanı istehlakçı İddiaçı yaşadığı evində quraşdırılmış sayğac çıxarılmış və yenisi ilə əvəz edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı əraziyə təbii qaz xətti çəkilən vaxtdan yaşayış evlərinə qaz xətti çəkilmiş və qaz sayğacı quraşdırılmışdır. Təbii qazdan istifadənin dəyərini ödəmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, ailəsi ilə birlikdə Tərtər rayonu Seydimli kəndində məskunlaşmışdır. Məskunlaşdığı yaşayış sahəsində qaz sayğacı quraşdırılmışdır. 2018-ci il may ayında cavabdeh təşkilatın əməkdaşları onun yaşadığı ünvana gələrək qaz sayğacını söküb çıxararaq yeni qaz sayğacı quraşdırmışlar. Bu barədə akt tərtib edilmişdir. Cavabdeh təşkilatın nümayəndələri ona köhnə sayğac yoxlanılmadan keçirilib nəticəsi barədə məlumat verməmişlər. Bir müddət keçdikdən sonra onun ünvanına xx.xx.2018-ci il tarixdə tərtib edilmiş “Təbii X2 pozulması haqqında” ******* nömrəli cərimə aktı yazılmış və akta əsasən 592 (beş yüz doxsan iki) manat 62 (altmış iki) qəpik cərimə pulu hesablanılıb göndərilmişdir. Aktda sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının sağ hissədən sınıq olduğu göstərilmişdir. Sayğaca onun və ailə üzvləri tərəfindən heç bir müdaxilə olmamışdır. Göstərdiklərinə əsasən cavabdeh «Azəriqaz» X1 X5 İdarəsi tərəfindən onun yaşadığı binada təbii X2 pozulması haqqında akta əsasən hesablanmış 591 (beş yüz doxsan bir) manat 62 (altmış iki) qəpik cərimə məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş cavabdehin vəkalətli nümayəndəsi sayğacının hesablama mexanizminin qoruyucu plastmas qapağının sağ hissədən sınıq olması müəyyən edildiyindən qaz itkisi olduğunu və bu barədə akt tərtib edilərək 592 (beş yüz doxsan iki) manat 80 (səksən) qəpik dəyərində qaz itkisinin dəyərinin iddiaçıdan alınaraq ödənilməsi tələb edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sayğaca müdaxilə olunması və yaxud ziyanın onun təqsirli hərəkətləri nəticəsində vurulması hər hansı sübutla öz təsdiqini tapmadı. Belə ki, sayğaca baxış iddiaçının iştirakı ilə aparılmalı olduğu halda onun iştirakı təmin edilməmiş, həmçinin sayğacın qoryucu örtüklə örtülməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Beləliklə həyətindən kənarda quraşdırılmış qoruyucu örtüklə mühafizə olumamış sayğaca kimin tərəfindən hansı tarixdə və günün hansı vaxtında müdaxilə edilməsi şübhə yaradır. Bu halları araşdırmaq əvəzinə, cavabdehin nümayəndələri işini asanlaşdıraraq iddiaçı barəsində akt tərtib etmiş və onu cərimələndirməklə kifayətlənmişdir. Məhkəmədə elan olunmuş “təbii X2 pozulması haqqında” 29 may 2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, aktda iddiaçı imza etməmiş, imza etməkdən imtina etmişdirsə imtina aktı tərtib olunmamışdır. Məhkəmə hesab edir ki, sayğac yaşayış evindən kənarda quraşdırılmışdır, qoruyucu örtüklə təmin edilməmişdir. Odur ki, iddiaçı barəsində akt tərtib edilməsi və ona cərimə hesablaması məqsədə müvafiq deyildir. İddiaçı iddia ərizəsində 591,62 manat cərimənin silinməsini xahiş etsə də, cavabdehin səlahiyyətli nümayəndəsinin izahat və iddia ərizəsinə qarşı etirazında göstərdiyi kimi həmin məbləğ 591,80 manat təşkil etmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1 və 425.2-ci maddələrinə əsasən öz hüquqların həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydaları” haqqında qərarının 1.1-ci bəndinə əsasən bu Qaydalar «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydaları” haqqında qərarının 3.2-ci bəndinə əsasən qazdan istifadə edən istehlakçılar aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: 3.2.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli; 3.2.2. qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməli; 3.2.3. yalnız xüsusi razılığı (lisenziyası) olan təşkilatla və ya qaz paylayıcısı ilə bağlanılmış müqavilə əsasında yaşayış sahəsində qaz qurğularının təmirini və onlara texniki xidmət göstərilməsini həyata keçirməli; 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.3. Qaz sayğacları SMPDK tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. 4.4. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. 4.5. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanıün əvəzini ödəməyə borcludur. «Qaz təhcizatı haqqında» Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinini 6cı bəndinə əsasən qaz paylayıcı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyətə keçirilir. Qaz paylacıyısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı) qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Qaz təhcizatı haqqında» Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinini 6cı bəndinə əsasən qaz paylacıyısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər, istehlakçının müvafiq yazılı müraciəti (qaz təhcizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızması alındıqda istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə, paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda məhkəmənin qərarı ilə açılır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirilir. Həmin Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı məskunlaşdığı ünvanda yerləşən yaşayış binasında quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə olmaması «Azəriqaz» əməkdaşları tərəfindən aşkar edilmişdir. Sayğac çıxarılaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologtyaları və Rabitə İdarəsinin labaratoriyasına göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologtyaları və Rabitə İdarəsinin aktına əsasən sayğacda yuxarıda qeyd olunan çatışmamazlıqlar aşkar olunmuşdur. Lakin göründüyü kimi baxış keçirilməsi ilə bağlı iddiaçıya heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli «X2» təsdiq edilməsi haqqında 80 saylı qərarının 4.1-ci bəndində əsasən qaz paylayıcı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəsi uyğun olaraq, Azərbaycan Respublikasının Standartlaşdırma Metrologiya və Paten üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları qaraşdırılmalıdır. Tipi təqdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. Həmin qərarın 4.2-ci bəndində göstərilmişdir ki, qaz sayğacı ilə təhciz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylacıyıcısı hesabına hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qanunvericiliyə əsasən qaz paylacıyısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq Azərbaycan Respublikasının Standartlaşdırma Metrologiya və Paten üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilməli və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları qaraşdırılmalıdır. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qararın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə hesab edir ki, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcı daşımalı və blomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ortüklə örtülməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya borc əsassız olaraq hesablanmışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarını, tərəflərin izahatlarını və iş materiallarına əlavə edilmiş sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin İddiaçı yaşamış olduğu ünvanda quraşdırılmış sayğaca müdaxiləyə görə yazılmış 29 may 2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 591 (beş yüz doxsan bir) manat 62 (altmış iki) qəpik cərimə məbləği silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin İddiaçı yaşamış olduğu Tərtər rayonu Seydimli kəndində yerləşən yaşayış sahəsində quraşdırılmış sayğaca müdaxiləyə görə 29 may 2018-ci il tarixli, ******* saylı AKT-a əsasən hesablanmış 591 (beş yüz doxsan bir) manat 62 (altmış iki) qəpik cərimə məbləği silinsin. «Azəriqaz» İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq Dövlət mədaxilinə ödənilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-149/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-149/2025
03.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver