Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1563/2024 19.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, Tərtər rayon Sarov kəndində yerləşən 1,02 ha torpaq sahəsinə görə JN-0095, KOD nömrəsi 61109005 nömrəli “Torpağa Mülkiyyət X4 adı, soyadı və atasının adı “X5” kimi yazılmasına baxmayaraq həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, xx.xx.1959-cu ildə anadan olmuşdur. Hazırda Tərtər rayon Dəmirçilər kəndində yaşayır. Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 02 saylı qərarı ilə Tərtər rayon Sarov kəndində yerləşən 1,02 ha torpaq sahəsi verilmişdir. Həmin pay toarpaq sahəsinə JN:0095, KOD 61109005 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət AKT-ı verilmişdir. Sözügedən sənəddə onun adında, soyadında və atasının adında müəyyən səhvlərə yol verilmişdir. Belə ki, onun şəxsiyyət vəsiqəsində adı, soyadı və atasının adı Ərizəçi kimi qeyd edilmişdir. Lakin JN:0095, KOD 61109005 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət AKT-da yanlış olaraq “X5” kimi qeyd edilmişdir. Bu yanlışlığa görə də o, həmin sənədlə bağlı əlavə heç bir sənədləşmə işi apara bilməmişdir. Dövlət tərəfindən ildə verillən 60 manat maddi yardımı ala bilməmişdir. Qeyd etdiklərinə görə məhkəməyə ərizə təqdim edirək, həmin yanlışlığın düzəldilməsini xahiş etmişdir. Həmin sənəddə olan yanlışlığı başqa qaydada həll etmək mümkün olmamışdır. Sənəddə olan yanlışlığın düzəldilməsi ona torpaq sanədinə görə Çıxarış sənədinin alınması üçün zəruri olduğuinu bildirmişdir. Yuxarıda göstərilənlərə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, Tərtər rayon Sarov kəndində yerləşən 1,02 ha torpaq sahəsinə görə JN-0095, KOD nömrəsi 61109005 nömrəli “Torpağa Mülkiyyət X4 adı, soyadı və atasının adı “X5” kimi yazılmasına baxmayaraq həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İşdə olan Tərtər rayon Dəmirçilər kənd İƏD-i üzrə nümayəndənin verdiyi 280 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Tərtər rayonu, Dəmirçilər kəndində yaşayır. İşdə olan Tərtər rayon Dəmirçilər kənd İƏD-i üzrə nümayəndənin verdiyi 334 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi və ailə üzvlərinə məxsus JN:0095, KOD 61109005 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət AKT-nın 2-ci sətrində “X5” kimi qeyd edilmişdir. Əslində Ərizəçi qeyd edilməlidir. İşdə olan Tərtər Rayon Qeydiyyat Şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 15 may 1959-cu ildə Tərtər rayon Dəmirçilər kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1959-cu ildə Tərtər rayonu Dəmirçilər kənd icra nümayndəliyində 107 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası X7 qeyd edilmişdir. İşdə olan Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 02 saylı qərarı ilə verilmiş JN-0095, KOD 61109005 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının surətindən görünür ki, həmin sənəddə X2 yazılmışdır. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçilərin tələbi haqlı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 02 saylı qərarı ilə verilmiş JN-0095, KOD 61109005 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında 2-ci qrafada X2 qeyd edilmişdir. Əslində Ərizəçi kimi qeyd edilməlidir. Hazırda ərizəçi sənəddəki uyğunsuzluq səbəbindən mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN-0095, KOD 61109005 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçilərin JN-0095, KOD 61109005 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının Ərizəçi və digər ailə üzvünə məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırılan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən verilmiş JN-0095 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında səhvən X2 yazılmasına baxmayaraq, həmin sənədin Ərizəçi və həmin sənəddə adı göstərilən X11 məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən verilmiş JN-0095 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında səhvən X2 yazılmasına baxmayaraq, həmin sənədin Ərizəçi və həmin sənəddə adı göstərilən X11 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1563/2024
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1563/2024
19.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver