Məhkəmə qərarları › İş №2(061)-1599/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1599/2025

01.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1599/2025 01.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Saiq Rəfayıl oğlunun katibliyi İddiaçı və onun nümayəndəsi X2 Cavabdeh və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin qaytarılması və ya pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aldadılma nəticəsində alınmış VAZ 21154 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin qaytarılması, bu mümkün olmadıqda vurulmuş ziyanın əvəzi olaraq 6500 manat pulun və ödənilmiş 85 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh onun xalası oğludur. Özünün “VAZ 21154” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı, cavabdehin isə “Hundai 30CW” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. Cavabdehə məxsus avtomobili almaq qərarına gəmiş, avtomobilə baxdıqdan sonra cavabdehin avtomobilini 13.500 manata, özünün avtomobilini isə 6.500 manata qiymətləndirmişlər. Aralarında yazılı müqavilə olmamışdır. Şifahi razılaşmaya əsasən xx.xx.2025-ci il tarixdə öz avtomobilini və üstəlik 7.000 manat pulu cavabdehə vermiş və cavabdeh də özünə məxsus avtomobili ona vermişdir. Sonradan cavabdehin ona verdiyi avtomobildə problemlər olduğunu bilmiş və cavabdehdən öz avtomobilini və ya avtomobilin dəyəri kimi razılaşdırdıqları 6.500 manat pulun qaytarılmasını tələb etmişdir. Lakin, cavabdeh onunla razılaşmamışdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında nümayəndəsi X4 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçının “VAZ 21154” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı, cavabdehin isə “Hundai 30CW” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. İddiaçı cavabdehə məxsus avtomobili almaq qərarına gəmiş, baxdıqdan sonra cavabdehin avtomobilini 13.500 manata, iddiaçının özünün avtomobilini isə 6.500 manata qiymətləndirmişlər. Bundan sonra Yevlax MERO-ya gedərək cavabdehin avtomobilin texniki baxışdan keçirmiş və buna görə hətta 100 manat xərc çəkmişdir. xx.xx.2025-ci il tarixdə şifahi razılaşmaya əsasən iddiaçı öz avtomobilini və üstəlik 7.000 manat pulu cavabdehə vermiş və cavabdeh də özünə məxsus avtomobili iddiaçıya vermişdir. Sonradan cavabdehin iddiaçıya verdiyi avtomobildə problemlər olduğu məlum olmuşdur. Bu səbəbdən idddiaçı cavabdehdən öz avtomobilini və ya avtomobilin dəyəri kimi razılaşdırdıqları 6.500 manat pulun qaytarılmasını tələb etmişdir. Lakin, cavabdeh iddiaçı ilə razılaşmamışdır. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı onun xalası oğludur. Özünün “Hundai 30CW” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı, iddiaçının isə “VAZ 21154” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. İddiaçı ona məxsus avtomobili almaq qərarına gəlmiş, baxdıqdan sonra özünün avtomobilini 13.500 manata, iddiaçının avtomobilini isə 6.500 manata qiymətləndirmişlər. Aralarında yazılı müqavilə olmamışdır. Şifahi razılaşmaya əsasən xx.xx.2025-ci il tarixdə iddiaçı öz avtomobilini və üstəlik 7.000 manat pulu ona vermiş, o, da öz növbəsində özünə məxsus avtomobili iddiaçıya vermişdir. Bir-neçə gün sonra, o, iddiaçının ona verdiyi “VAZ 21154” markalı avtomobili etibarnamə əsasında başqasına satmışdır. 40 gün keçdikdən sonra iddiaçı ona verdiyi avtomobildə problemlər olduğunu bildirərək ondan öz avtomobilini və ya avtomobilin dəyəri kimi razılaşdırdıqları 6.500 manat pulun qaytarılmasını tələb etmişdir. Lakin, o, iddiaçı ilə razılaşmamışdır. Əvvəla ona görə ki, o, artıq iddiaçıdan aldığı “VAZ 21154” markalı avtomobili etibarnamə vermək yolu ilə başqasına satmışdır. Digər tərəfdən avtomobili saz vəziyyətdə olmuş, iddiaçı avtomobili ondan alarkən avtomobilə baxmış, avtomobili bəyənmiş, hətta avtomobil sexində ustaya heç bir problem olmadığını deyərək avtomobili qəbul etmişdir. Aralarında yazılı müqavilə olmamışdır. Lakin, şifahi razılaşmaları olmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdehin “Hundai 30CW” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı, iddiaçının isə “VAZ 21154” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. İddiaçı cavabdehə məxsus avtomobili almaq qərarına gəmiş, baxdıqdan sonra cavabdehin avtomobilini 13.500 manata, iddiaçının avtomobilini isə 6.500 manata qiymətləndirərək barter yolu ilə avtomobili dəyişdirmişlər. Şifahi razılaşmaya əsasən iddiaçı cavabdehə əlavə olaraq 7.000 manat pul vermişdir. Məhkəmənin diqqətinə çatdırır ki, artıq iddiaçıdan alınan “VAZ 21154” markalı avtomobili etibarnamə vermək yolu ilə başqasına satılmışdır. Digər tərəfdən cavabdehin avtomobili saz vəziyyətdə olmuş, iddiaçı avtomobili cavabdehdən alarkən avtomobilə baxmış, avtomobili bəyənmiş, hətta avtomobil sexində ustaya heç bir problem olmadığını deyərək avtomobili qəbul etmişdir. Tərəflər arasında yazılı müqavilə olmamışdır. Tərəflər arasında şifahi razılaşmaları olmuşdur. Hesab edir ki, iddia əsassızdır. Ona görə də məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşdə olan və məhkəmə iclasında dinlənilməklə tədqiq edilən DİSK-dəki hazırkı İddiaçı ilə hazırkı Cavabdeh bir-birinə xitabən səs yazısından görünür ki, iddiaçı əsasən söyüş söyür və cavabdehə hədə-qorxu ünvanlayır, ... bir halda avtomobil sexində cavabdehə məxsus “Hundai 30CW” markalı avtomobil iddiaçıya təqdim edilir və ustanın “qardaş narazıçılığın yoxdur” sualına iddiaçı “yoxdur” deyə cavab verir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işbüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunu yoxlanılmasına dair” Azərbaycan Respublikası konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarında məhkəmə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Porosesual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipinə əməl etməlidir. O, öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumiyyətlə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda, o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki mühakimə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübut toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır, 2. Tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” işüzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qaydada olaraq “affirmanti, non neganti incumbit probation” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edəni üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartlarını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. (Avşar Türkiyəyə qarşı” işüzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı№25657/94 § 282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı iddianın təmin olunmalı olmasına dair izahat verməkdən savayı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfin iddianın müdafiəsinə dair məhkəmə iclasında verdiyi izahatı isə cavabdeh tərəfin məhkəmə iclasındakı izahatları ilə birmənalı şəkildə təkzib olunmuşdur. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mükı hüquq və vəzifələrin müəyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılr. Tərəflər arasında avtomobillərin dəyişdirilməsi və ya alqı-satqısı ilə bağlı hər hansı bir yazılı sənəd (müqavilə, qəbz və s.) olmadığından onların həqiqi münasibətinin, hüquq və vəzifələrinin, qarşılıqlı öhdəliklərinin nədən ibarət olmasını məhkəmədə müəyyənləşdirmək mümkün olmadı. Məhkəmə hesab edir ki, iddiaçı yazılı müqavilə bağlamadan hərəkət edərkən öz riski ilə hərəkət etmişdir və öz riski ilə də məsuliyyət daşımalıdır. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq, tərəflərin məhkəmə iclasında verdikləri izahatlara və iş mteriallarına qarşılıqlı şəkildə qiymət verərək, yuxarıda adıçəkilən maddi və prosesual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı cavabdehə qarşı olan iddiasının təmin edilməli olmasını məhkəmə iclasında sübüta yetirə bilməmişdir. Ona görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıın özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddiaçı Cavabdeh qarşı “avtomobilin qaytarılması və ya pul tələbi”nə dair iddiası təmin edilməsin. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tahir Qubadov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar