Məhkəmə qərarları › İş №2(061)-1616/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1616/2025

15.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1616/2025 15.01.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras və ümumi birgə əmlaklar üzərində paylarının müəyyən edilərək naturada bğölünməsi tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Tərtər rayonu, Qaynaq kəndində yerləşən ümumi birgə mülkiyyətlərində olan 0,31 ha həyətyanı torpaq sahəsinin X1 və mərhum Qiyasova (Məmmədova) Məryəm Ziyad qızına məxsus hissəsinin və ümumi birgə hissəsi üzərində payların müəyyən edilməsi və naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 oğlu iddia tələbini onunla əsaslandırmşlar ki, mərhum həyat yoldaşı X20 ilə xx.xx.1965-ci il tarixdə nikahları rəsmi qaydada qeyd edilməklə evlənmişlər. Birgə nikahlarından İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh1 adlı uşaqları olmuşdur. Cavabdeh1, İddiaçı3 və İddiaçı4 mərhum əri Soltan Məmmədovun sağlığında ailə qurub ayrı təsərrüfatda yaşayırlar.Yalnız qızı Nuriyə Məmmədova onlarla yaşamış və hazırda da onunla yaşayır. Soltan Məmmədov 10 mart 2018-ci ildə ölmüşdür, yas mərasimini onlar təşkil etmişlər. Həmçinin İddiaçı1 mərhum bacısı Qiyasova (Məmmədova) Məryəm Ziyad qızı ilə onlarla yaşamış və xx.xx.2011-ci il tarixdə ölmüşdür. Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 nömrəli, qərarı ilə Tərtər rayonu, Qaynaq kəndinin ərazisində X3nun, mərhum Qiyasova (Məmmədova) Məryəm Ziyad qızının, İddiaçı1, Cavabdeh1, İddiaçı3, İddiaçı2, İddiaçı4, Cavabdeh2, X5, X6 və X8 ümumi birgə mülkiyyətlərinə 0,31 ha hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu fakt “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-095A seriyalı, KOD ********* olan Şəhadətnamə ilə təsdiq edilmişdir. X3 və mərhum Qiyasova (Məmmədova) Məryəm Ziyad qızı öldükdən sonra onların miras əmlakları olan həyətyanı torpaq sahəsini faktiki onlar yəni iddiaçılar qəbul etmişlər. Torpaq sahəsinin rüsumunu da onlar ödəmişlər. Miras və payları olan əmlaklar üzərində paylarının müəyyən edilməsi üçün mübahisə olmasa belə, cavabdehlər bununla bağlı dəfələrlə təklif etsələr də miras əmlaka vərəsəlik işi açılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə getməkdən imtina etmişlər. Onlar miras və ümumi birgə əmlakları olan həyətyanı torpaq sahəsinin üzərində payların müəyyən edilməsi və paylarına uyğun olaraq naturada bölünməsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşlar.Yuxarıda göstərlənlərə əsasən Tərtər rayonu, Qaynaq kəndində yerləşən ümumi birgə mülkiyyətlərində olan 0,31 ha həyətyanı torpaq sahəsinin X1 və mərhum Qiyasova (Məmmədova) Məryəm Ziyad qızına məxsus hissəsinin və ümumi birgə hissəsi üzərində payların müəyyən edilməsi və naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərmişdir ki, İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmasına baxmayaraq, məhkəmə iclasına gələ bilməmiş, ona etibarnamə verərək məhkəmə iclaslarında onu təmsil etməyi həvalə etmişdir. Onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Mərhum həyat yoldaşı X20 ilə xx.xx.1965-ci il tarixdə nikahları rəsmi qaydada qeyd edilməklə evlənmişlər. Birgə nikahlarından İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh1 adlı uşaqları olmuşdur. Cavabdeh1, İddiaçı3 və İddiaçı4 mərhum əri Soltan Məmmədovun sağlığında ailə qurub ayrı təsərrüfatda yaşayırlar.Yalnız qızı Nuriyə Məmmədova onlarla yaşamış və hazırda da hazırda da onunla yaşayır. Soltan Məmmədov 10 mart 2018-ci ildə ölmüşdür, yas mərasimini onlar təşkil etmişlər. Həmçinin İddiaçı1 mərhum bacısı Qiyasova (Məmmədova) Məryəm Ziyad qızı ilə onlarla yaşamış və xx.xx.2011-ci il tarixdə ölmüşdür. Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 nömrəli, qərarı ilə Tərtər rayonu, Qaynaq kəndinin ərazisində X3nun, mərhum Qiyasova (Məmmədova) Məryəm Ziyad qızının, İddiaçı1, Cavabdeh1, İddiaçı3, İddiaçı2, İddiaçı4, Cavabdeh2, X5, X6 və X8 ümumi birgə mülkiyyətlərinə 0,31 ha hektar həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə görə “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-095A seriyalı, KOD ********* olan Şəhadətnamə vardır. Torpaq sahəsi üçün tələb olunan rüsumları ödəmişdir. O, cavabdehlərə həmin torpaq sahəsində mərhum ərinə və bacısına çatan paylara görə qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün notariat orqanına getmələrini təklif etmiş, lakin cavabdehlər müxtəlif bəhanələrlə onlarla notariat orqanına getməmişlər. Bu səbəbdən məcbur olub hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini bir daha xahiş etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı4 məhkəmə iclasında izahat verərək İddiaçı1 göstərdiklərini təsdiqləmiş və Tərtər rayonu, Qaynaq kəndində yerləşən ümumi birgə mülkiyyətlərində olan 0,31 ha həyətyanı torpaq sahəsinin X1 və mərhum Qiyasova (Məmmədova) Məryəm Ziyad qızına məxsus hissəsinin və ümumi birgə hissəsi üzərində payların müəyyən edilməsi və naturada bölünməsinə dair qətnamə çıxarılmasını bir daha məhkəmədən xahiş etmişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli AR-İ № 690207 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı3 anası İddiaçı1 etibarnamə verərək məhkəmə iclaslarında onu təmsil etməyi həvalə etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmədə elan olunmuş JN-095 A nömrəli, KOD 61105018 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamənin surətindən görünür ki, Tərtər Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 nömrəli qərarına əsasən Tərtər rayon Qaynaq kəndindən X15, mərhum Qiyasova (Məmmədova) Məryəm Ziyad qızının, İddiaçı1, Cavabdeh1, İddiaçı3, İddiaçı2, İddiaçı4, Cavabdeh2, X5, X6 və X8 ümumi birgə mülkiyyətlərinə 0,31 ha hektar həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmədə elan olunmuş Tərtər rayon Qaynaq kənd İƏD-i nümayəndənin verdiyi 175 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 Tərtər rayon Qaynaq kəndində yaşayır. Məhkəmədə elan olunmuş evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X21 arasında nikah xx.xx.1965-ci ildə Tərtər rayon Qaynaq kənd İƏD-i nümayəndəlikdə 01 sayla qeydə alınmışdır. Ərə Məmmədov, arvada Məmmədova soyadları verilmişdir. Məhkəmədə elan olunmuş Tərtər rayon Qaynaq kənd İƏD-i nümayəndənin verdiyi 160 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X3 xx.xx.2018-ci ildə vəfat edənə kimi Tərtər rayon Qaynaq kəndində yaşamışdır. Mərhum vəfat etdikdən sonra onun vərəsələri İddiaçı1, X2, Cavabdeh1, X4, İddiaçı3, X7, İddiaçı2, İddiaçı4 ibarət olmuşdur. Məhkəmədə elan olunmuş AZ-İ № 925468 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Məhkəmədə elan olunmuş ölüm haqqında arayışın surətindən görünür ki, X23 xx.xx.2011ci il tarixdə vəfat etmişdir. Məhkəmədə elan olunmuş Tərtər Rayon Məhkəməsinin 10.02.202-ci il tarixli 2(061)- 179/2020-ci il tarixli qətnamənin surətindən görünür ki, ərizə təmin edilmiş xx.xx.2011-ci il tarixdə Tərtər rayon Qaynaq kəndində vəfat etmiş mərhum X16 xx.xx.1936-cı ildə Qubadlı rayonu, Ağdalanlı kəndində doğulmuş İddiaçı1 bacısı olması faktı müəyyən edilmişdir. Məhkəmədə elan olunmuş Tərtər Rayon Xüsusi Notariat Ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsin 7 saylı Bərdə Rayon Ərazi İdarəsinə verilmiş sorğunun surətindən görünür ki, Notariat Ofisi bildirmişdir ki, xx.xx.2025-ci il tarixli 8V-274 saylı vərəsəlik işi üzrə İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı2 və Cavabdeh1 müraciət edərək xx.xx.2018-ci tarixdə vəfat etmiş X9 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqından şəhadətnamə almaq istədiklərini bildirmişdir. X1 məxsus olmuş daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsi barədə çıxarış və həmin əmlakların yüklü olması barədə arayış və (əlavə 1) verilməsinə baxılmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş Tərtər Rayon Xüsusi Notariat Ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsin 7 saylı Bərdə Rayon Ərazi İdarəsinə verilmiş sorğunun surətindən görünür ki, Notariat Ofisi bildirmişdir ki, xx.xx.2025-ci il tarixli 8V-275 saylı vərəsəlik işi üzrə İddiaçı1 müraciət edərək xx.xx.2011-ci tarixdə vəfat etmiş X10 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqından şəhadətnamə almaq istədiiklərini bildirmişdir. X1 məxsus olmuş daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsi barədə çıxarış və həmin əmlakların yüklü olması barədə arayış və (əlavə 1) verilməsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçıların izahatlarını, məhkəmədə araşdırılmış sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. İşin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı, cavabdehlər bir ailə üzvləridirlər. Ailə başçısı Soltan Məmmədov xx.xx.2018-ci tarixdə vəfat etmişdir. Onun 8 nəfər ailə üzvləri vardır. Soltan Məmmədov öldüyündən miras açılmışdır. X35 öldükdən sonra iddiaçılar vərəsəlik şəhadətnaməsi alınması üçün Notariat Ofisinə müraciət etmişdir. Lakin heç bir nəticə əldə edə bilməmişlər. Tərələr arasında yaranmış hüquqi münasibətlər 01 sentyabr 2000-ci ildən sonra yarandığı üçün hazırki mübahisə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə nizama salınmalıdır. Göründüyü kimi iddiaçı Soltan Məmmədovdan miras qalmış əmlakdan pay almaq üçün notariat ofisinə müraciət etmişdir. Lakin iddiaçı ilə cavabdehlər arasında miras əmlakdan pay tələb etdikləri üçün yaranmış mübahisəyə görə iddiaçı bu mübahisənin həll edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Eləcə də İddiaçı1 bacısı xx.xx.2011-ci tarixdə vəfat etmiş X10 miras qalmış əmlakdan pay almaq üçün notariat ofisinə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, JN-095 A nömrəli, KOD 61105018 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamənin surətindən görünür ki, Tərtər Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 nömrəli qərarına əsasən Tərtər rayon Qaynaq kəndindən X15, mərhum Qiyasova (Məmmədova) Məryəm Ziyad qızının, İddiaçı1, Cavabdeh1, İddiaçı3, İddiaçı2, İddiaçı4, Cavabdeh2, X5, X6 və X8 ümumi birgə mülkiyyətlərinə 0,31 ha hektar həyətyanı torpaq sahəsi verilmişdir. Hazırda paylı mülkiyyətçilər öz paylarını ayırmaq üçün aralarında razılaşa gələ bilmədiklərindən, iddiaçılar sözügedən mübahisə ilə bağlı məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında aşkar edilmişdir ki, iddiaçı, cavabdeh tərəf ailə üzvləri olmaqla paylı mülkiyyətçlərdir. Onların aralarında Soltan Məmmədovdan miras qalmış daşınmaz əmaklarla bağlı mübahisə yaranmışdır. Soltan Məmmədov ölmüş, miras açılmış, ona görə də həmin miras əmlak qəbul edilmiş sayılmalıdır. Bununla yanaşı iddiaçılar və Cavabdeh1 xx.xx.1918-ci ildə vəfat etmiş X15 vərəsələridir. Eləcə də İddiaçı1 xx.xx.2011-ci ildə vəfat etmiş X16 vərəsəsidir. Məryəm Qiyasova ölmüş, miras açılmış, ona görə də həmin miras əmlak qəbul edilmiş sayılmalıdır. İddiaçılar və JN-095 A nömrəli, KOD 61105018 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamədə qeyd olunan payçılar 0,31 ha hektar həyətyanı torpaq sahəsindən pay almaq, eləcə də iddiaçılar paylarının müəyyən edilməsi və naturada bölünməsini tələb etmək hüququna malikdirlər. Vərəsləri bu məqsədlə Tərtər rayon Dövlət Notariat Ofisinə müraciət etmiş, lakin cavabdehlərlə miras əmlakın bölgüsü ilə bağlı mübahisə olduğundan hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyət hüququnun xüsusi növü olan ümumi mülkiyyət hüququ ilə bağlı mübahisədir və mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi mülkiyyət hüquq münasibətlərini tənzimləyən normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsaən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə göstərilən normaların tələbləri baxımından iddia tələbinin əsaslı olmasını şərtləndirən halların dairəsinə uyğun olaraq müəyyən etdi ki, mübahisəli əmlak ümumi paylı mülkiyyətdə olmalı, iddiaçı və cavabdeh paylı mülkiyyətin mülkiyyətçiləri olmalı, paylı mülkiyyətin mülkiyyətçiləri əşyanın bölünməsi və ya ondan payın ayrılması haqda razılığa gələ bilməməli, əşyanın bölünməsi və ondan payın ayrılması ümumi əşyanın təyinatına tənasübsüz zərər vurmadan mümkün olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur. Belə ki, mübahisəli torpaq sahələri üzərində tərəflərin ümumi paylı mülkiyyət hüquqları dövlət tərəfindən tanınmışdır. İddiaçılar paylı mülkiyyətin mülkiyyətçisi kimi öz paylarının ayrılmasını tələb etmiş, lakin iddiaçıların paylarının ayrılmasına dair paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh razılıq verməmişdir. Hazırki vəziyyətdə iddiaçıların ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən paylarının naturada ayrılması həmin torpaq sahəsinin təyinatına tənasübsüz zərər vurulmadan mümkündür. Eləcə də, ümumi mülkiyyətdə olan torpaq sahəsindən iddiaçların payının naturada ayrılması paylı mülkiyyətin digər mülkiyyətçilərinin ümumi mülkiyyətdə olan torpaq sahəsindən istifadə edilməsində mövcud olan mühüm mənafelərinə zidd deyildir. İşin mübahisə olunmayan hallarından da görünür ki, hazırkı işdə yuxarıda sadalanan üç şərt-əşyanın ümumi paylı mülkiyyətdə olması, tərəflərin paylı mülkiyyətin mülkiyyətçiləri olması, tərəflərin əşyanın bölünməsi və ya ondan payın ayrılması haqda razılığa gələ bilməməsi və dördüncü şərt, yəni payın ayrılması ümumi əşyanın təyinatına tənasübsüz zərər vurmadan mümkündür. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi əsaslar işdə mövcuddur və bu hallar Mülki Məcəllənin 220.3-cü maddəsinə uyğun olaraq iddianın təmin olunması üçün əsaslardandır. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsində göstərilmişdir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci madəsində göstərilmişdir ki, vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci madəsində göstərilmişdir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilmişdir ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1157-ci maddəsində göstərilmişdir ki, əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Həmin Məcəllənin 1159-cu maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad(ər), valideynlər (övladlığa götürənlər) bərabər pay almaq hüququna malikdirlər. Övladlığa götürülən və onun övladları övladlığa götürənin uşaqlarına və onların övladlarına bərarbər tutulurlar. Azərbaycan Respublikası MM-in 1243.2 maddəsində göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş saylır. Vəsiyyətnamənin ləğv və ya dəyişdirilməsi ilə bağlı iddiaçı məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası MM-in 1243.3-cü maddəsində qeyd olunmuşdur ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın ifadə edilməsində və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsində göstərmişdir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğundan üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Müddət qutardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədəndə qəbul oluna bilər. Göründüyü kimi iddiaçı miras əmlakdan pay almaq barədə xx.xx.2023-cü il tarixdə yəni mərhum valideynləri öldükdən xeyli müddət keçdikdən sonra notariat ofisinə müraciət etmiş, lakin cavabdehlə aralarında mirasın bölgüsü ilə bağlı mübahisə olduğundan ona məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Həmin Məcəllənin 1274-cü maddəsində göstərmişdir ki, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsində göstərmişdir ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Qanunun məzmunundan aydın olur ki, iddiaçı Qərib Məmmədov mərhumlar Yapon Məmmədovun və Sehran Məmmədovanın vərəsələridir. O, atası vəfat etdikdən sonra miras qalmış mülklə bağlı ona pay verilməsi üçün notariat ofisinə müraciət etmiş, lakin cavabdeh bununla bağlı mübahisə etdiyindən miras qalmış mülkdən payıların müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İş materiallarında olan və məhkəmədə elan olunmuş sənədlərdən görünür ki, iş üzrə X26 8 nəfər vərəsəsi olmuşdur. Eləcə də JN-095 A nömrəli, KOD 61105018 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamədə 11 nəfər paylı mülıkiyyətçi qeyd edilmişdir. Belə vəziyyətdə hər bir payçıya 1/11 hissə olmaqla hər bir payçıya 0,28 ha payı müəyyən edilməlidir. X26 1/11 payının yarı hissəsi 1/22 hissədə, yəni 0,014 ha torpaq sahəsi həyat yoldaşı İddiaçı1, qalan 1/22 hissəsi isə digər 8 nəfər ailə üzlərinin hərəsinə 0,0018 hissə olmaqla müəyyən edilməlidir. Eləcə də mərhum Məryəm Qiyasovanın payına düşən 1/11 hissə, yəni 0,28 ha torpaq sahəsi vərəsə kimi İddiaçı1 verilməlidir. Bununla da ümumilikdə iddiaçılar İddiaçı1 payına 1/11+1/22+1/11 + 0,0018 ha = 0,072 hissə olmaqla, X11 0,0018 ha torpaq sahəsi, Cavabdeh1 1/11+0,0018 ha hissə olmaqla, 0,29 ha torpaq sahəsi, X12 0,0018 ha torpaq sahəsi, İddiaçı3 1/11+0,0018 ha hissə olmaqla, 0,029 ha torpaq sahəsi, X17 0,0018 ha torpaq sahəsi, Nərimanova (Məmmədova) Aynurə Soltan qızına 1/11+0,0018 ha hissə olmaqla, 0,029 ha torpaq sahəsi, İddiaçı2 1/11+0,0018 ha hissə olmaqla, 0,029 ha torpaq sahəsi, Cavabdeh2 1/11 hissə olmaqla 0,028 ha torpaq sahəsi, X13 1/11 hissə olmaqla 0,028 ha torpaq sahəsi, X14 1/11 hissə olmaqla 0,028 ha torpaq sahəsi və X18 1/11 hissə olmaqla 0,028 ha həyətyanı torpaq sahəsi üzrə pay düşməlidir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 218-ci maddəsinə əsasən görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çixa bilər. Belə ki, iddiaçı tərəf iddia ərizəsində göstərməsə belə, onların X26 vərəsələri kimi tanlınmalarına zərurət yarandığından, mərhumun vərəsələri kimi tanınmalıdırlar. Eləcə də İddiaçı1 mərhum Məryəm Qiyasovanın vərəsəsi kimi tanınmasına zərurət yarandığından, mərhumun vərəsəsi kimi tanınmalıdır. Bu hallar müstəsna hallar olmaqla öz həllini tapmalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə, məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin izahatlarını, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 X3nun vərəsəsi kimi tanınmalı, eləcə də İddiaçı1 mərhum X16 vərəsəsi kimi tanınmalı, Tərtər rayon Qaynaq kəndində yerləşən və X3ndan və X10 miras qalmış 0,31 ha həyətyanı torpaq sahəsinin onlara aid olan hissəsindən İddiaçı1 payına 1/11+1/22+1/11 + 0,0018 ha = 0,072 hissə, Cavabdeh1 1/11+0,0018 ha hissə olmaqla, 0,29 ha torpaq sahəsi, İddiaçı3 1/11+0,0018 ha hissə olmaqla, 0,029 ha torpaq sahəsi, Nərimanova (Məmmədova) Aynurə Soltan qızına 1/11+0,0018 ha hissə olmaqla, 0,029 ha torpaq sahəsi, İddiaçı2 1/11+0,0018 ha hissə olmaqla, 0,029 ha torpaq sahəsi, Cavabdeh2 1/11 hissə olmaqla 0,028 ha torpaq sahəsi, X13 1/11 hissə olmaqla 0,028 ha torpaq sahəsi, X14 1/11 hissə olmaqla 0,028 ha torpaq sahəsi və X18 1/11 hissə olmaqla 0,028 ha həyətyanı torpaq sahəsi üzrə payları müəyyən edilməli və paylar naturada bölünməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216 - 220, 227, 233, 357, 360, 362 və 364-cü maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 xx.xx.2018-ci ildə vəfat etmiş X3nun vərəsəsi kimi tanınsılar. İddiaçı1 xx.xx.2011-ci ildə vəfat etmiş mərhum X16 vərəsəsi kimi tanınsın. Tərtər rayon Qaynaq kəndində yerləşən və X3ndan və X10 miras qalmış 0,31 ha həyətyanı torpaq sahəsinin onlara aid olan hissəsindən İddiaçı1 payına 1/11+1/22+1/11 + 0,0018 ha = 0,072 ha torpaq sahəsi, Cavabdeh1 payına 1/11+0,0018 ha hissə olmaqla, 0,29 ha torpaq sahəsi, İddiaçı3 payına 1/11+0,0018 ha hissə olmaqla, 0,029 ha torpaq sahəsi, Nərimanova (Məmmədova) Aynurə Soltan qızının payına 1/11+0,0018 ha hissə olmaqla, 0,029 ha torpaq sahəsi, İddiaçı2 payına 1/11+0,0018 ha hissə olmaqla, 0,029 ha torpaq sahəsi, Cavabdeh2 payına 1/11 hissə olmaqla 0,028 ha torpaq sahəsi, X5 payına 1/11 hissə olmaqla 0,028 ha torpaq sahəsi, X6 payına 1/11 hissə olmaqla 0,028 ha torpaq sahəsi və X8 payına 1/11 hissə olmaqla 0,028 ha həyətyanı torpaq sahəsi üzrə payları müəyyən edilməli və paylar naturada bölünsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar