Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1659/2025 02.10.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə aralarında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, iş üzrə Maraqlı şəxs ilə rəsmi nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı uşaqlar anadan olmuşdur. Tərtər Rayon Məhkəməsinin 2(061)-615/2024 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Uşaqlar onun yanında qalmışdır. Hər iki tərəf likin mediasiya sesiyasında iştirak etmiş və barışıq sazişi imzalamışlar. Sazişin şərtlrinə görə cavabdehdən hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin tutulması barədə razılığa gəlmişlər. Bu barədə xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalamışlar. Maraqlı şəxs mediasiya prosesində bağladığımız xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərinə əməl etmir və bu səbbəbdən sazişin məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlki Mediasiya sesiyasında onlar razılığa gəlmiş və barışıq sazişi imzalamışlar. Maraqlı şəxs könüllü olaraq hər ay uşaqların saxlanması üçün cəmi 200 manat aliment ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Lakin maraqlı şəxs barışıq sazişinin şərtlərini yerinə yetirmədiyindən sazişin məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etmişdir. Göstərdiklərinə əsasən Maraqlı şəxs ilə aralarında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi, yəni Maraqlı şəxs hər ay xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı uşaqların saxlanması üçün cəmi 200 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, iş üzrə Ərizəçi ilə rəsmi nikahlarından Fatimə və Mahir adlı uşaqları anadan olmuşdur. Nikahları məhkəmədə pozulmuşdur. Uşaqlar ərizəçinin yanında qalmışdır. Hər iki tərəf likin mediasiya sesiyasında iştirak etmiş və barışıq sazişi imzalamışlar. Sazişin şərtlrinə görə ondan hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin tutulması barədə razılığa gəlmişlər. lakin maddi imkanı olmadığına görə barışıq sazişinin şərtlərinə əməl edə bilməmişdir. Hazırda Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onunla aralarında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmədə elan olunmuş AZ-İİİ № 658843 nömrəli vəAZ-İV № 071031 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2015ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı uşaqları olmuşdur. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli 2(061)-615/2024 nömrəli qətnamənin sur ətindən görünür ki, iddiaçı Maraqlı şəxs ilə cavabdeh Ərizəçi arasında Tərtər rayon Qeydiyyat Şöbəsində xx.xx.2015-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 208 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Məhkəmədə elan olunmuş Mediasiya Şürasının xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, 1.Maraqlı şəxs öhdəlik götürmüşdür ki, birgə nikah dövründə dünyaya gəlmiş övladı xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər birinə 100 manat olmaqla hər ayın 01-dən -5-dək 200 manat alimenti Ərizəçi ödəyəcək. 2. Maraqlı şəxs öhdəlik götürmüşdür ki, birgə nikah dövründə dünyaya gəlmiş övladı xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 anaları Ərizəçi yanında qalmasına etiraz etməyəcək. 3. Maraqlı şəxs və Ərizəçi öhdəlik götürmüşlər ki, məhkəmə prosesində nikahın pozulması zamanı 3 ay vaxt verilmədən nikahın pozulmasana razılıq verəcəklər. Bu saziş tərəflər tam imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını, barışıq sazişini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflərin nikahları məhkəmə qaydasında pozulmuşdur. Onların birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı uşaqları olmuşdur. İki uşaq ərizəçinin yanında qalmışdır. Ərizəçi aralarındakı fikir ayrılığı və mübahisəni qarşlıqlı razılıqla həll etmək üçün aralarında yuxarıda qeyd edilən şərtlərlə xx.xx.2024-cü il tarixdə barışıq sazişi imzalamışlar. Lakin Maraqlı şəxs barışıq sazişini könüllü olaraq icra etməmiş və icradan imtina etmişdir. Ona görə də ərizəçi aliment ödənilməsi ilə bağlı barışıq sazişinin məcburi qaydada icra edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası MPM-in 305-ci maddəsində göstərilmişdir ki, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında xüsusi icraat qaydasında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 306-cı maddəsində göstərilmişdir ki, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarım bölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-in 355-23.1-cı maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi crası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal ictisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 355-23.2-cı maddəsində göstərilmişdir ki, Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Ərizəçi haqlı olaraq Tərtər Rayon Məhkəməsinə sözügedən iddia ilə müraciət etmişdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitinin öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağa öz öhdəsinə götürür. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq hüquqları haqqında» BMT Konvensiyanın 3-cü maddəsində də, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq Konvensiyalarla, istərsə də daxili qanunvericiliklə uşaqların normal şəraitdə, fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün imkanlardan maksimum dərəcədə istifadə olunması göstərilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, hazırki halda alimentin tutulmasının əvvəli tərəflər arasında Mediasuya Şürasının xx.xx.2024-cü il tarixli barışıq sazişinin tərtib olunduğu gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi hazırki vəziyyətdə baxılan tələblə bağlı belə hal müəyyən edilməmişdir. İş materiallarını, ərizəçinin və maraqlı şəxsin izahatlarını, Mediasiya Şürasının qərarı ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişini və iş materiallarına əlavə edilmiş sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi Maraqlı şəxs ilə aralarında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi təsdiq edilməli, Maraqlı şəxs xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınıb Ərizəçi verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi Maraqlı şəxs ilə aralarında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınıb Ərizəçi verilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın və dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə)Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1659/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1659/2025
02.10.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver