Məhkəmə qərarları › İş №2(061)-1800/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-1800/2025

03.11.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-1800/2025 03.11.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Maya Vahid qızının sədrliyi, məsləhətçi (iclas katibi) X7 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı onunla Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış Maraqlı şəxs özünə məxsus mənzildən iki otaqdan yaşayış hüqununun ona verilməsi və əmlakının bölünməsinə razılaşmasına dair barışıq sazişinin təsdiq edilməsi, eyni zamanda dövlət rüsumu kimi ödədiyi 50 manat və mediasiya üçün ödədiyi 270 manat pul vəsaitinin maraqlı şəxsdən tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Ərizəçi ərizəni müdafiə edərək, izahatında bildirdi ki, maraqlı tərəf Maraqlı şəxs oglu onun əridir. xx.xx.2009-cu ildə evlənmişlər və nikahları xx.xx.2010-cu ildə Tərtər rayon Umudlu kənd İƏV üzrə nümayəndəliyi tərəfindən 4 nömrə ilə qeyd edilmişdir. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2019- cu il təvəllüdlü X10 oglu adında 2 (iki) uşaqları olmuşdur. Tərtər rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(061)-1148/2025 N°-li qətnaməsinə əsasən (X1) iddianın qismən təmin ediməsi, onunla cavabdeh Maraqlı şəxs arasında xx.xx.2010-cu ildə aralarında bağlanmış Tərtər rayon Umudlu kənd icra nümayəndəliyində 4 nömrə ilə qeydə alınmış nikah qeydinin pozulması, tərəflərin birgə nikahdan anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2012- ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 onun yanında saxlanılması, cavabdeh Maraqlı şəxs xx.xx.2025- ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X6 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,43 misli həddində sabit pul məbləğində aliment alınıb onun xeyrinə tutulması qət edilmişdir. Aralarında olan sonrakı mübahisəyə görə «mənzildə yaşamaq hüququnun verilməsi və əmlakın bölünməsi tələbi» barədə Mediasiya Şurasına müraciət etmiş, “Maraqlı şəxs oglu öhdəlik götürür ki, özünə məxsus mənzildən iki otaqdan yaşayış hüququnun verilməsi və əmlakının bölünməsinə razılaşır və öz öhdəsinə götürür.” şərtilə 22 avqust 2025-ci il tarixli barışıq sazişi imzalamışlar. Lakin keçən müddət ərzində Maraqlı şəxs barışıq sazişinin şərtlərini icra etmir. Sonda Ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, hesab edir ki, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına iş üzrə icraata xitam verilməlidir. Belə ki, barışıq sazişinin məzmunundan görünür ki, sazişdə göstərilən müddəaların bu günkü mövcud qanunvericilik normalarına münasibətdə könüllü icrası mümkün deyildir. Odur ki, qeyd edilən barışıq sazişinin könüllü icrası mümkün olmadığı üçün təsdiq edilə bilməz. Mediasiya haqqında Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs qarşı «mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçiyə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Maya Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar