Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-238/2025 04.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, JN-981A saylı, KOD nömrəsi 61101004 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” X4 kimi yazılmasına baxmayaraq həmin sənədin X8 məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və göstərmişdir ki, xx.xx.1979-cu ildə Tərtər şəhərində anadan olmuşdur. Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli 02 saylı qərarı atası X5 mülkiyyətində Tərtər şəhərində 0,05 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə dair JN- 1473A, KOD 61101004 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə tərtib edilmişdir. Atası Ərizəçi xx.xx.2005-ci ildə vəfat etmişdir. Həmin sənəd tərtib edilərkən atası Hüseyn Qurbanovun adı qeyd edilməmişdir. Həmin texniki səhvliyə görə heç bir hüquqi sənədləşmələrin aparılması mümkün deyildir. Qeyd edilən yanlışlıqların aradan qaldırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin orqan yanlışlığın aradan qaldırılmasının onun səlahiyyəti daxilində olmaması səbəbindən bundan imtina etmişdir. Hazırda o, mülkiyyətində olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqi hərəkət edə bilmir və bu səbəbdən sözügedən ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını bir daha məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İşdə olan AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu ildə Tərtər şəhərində anadan olmuş, Tərtər şəhəri, Ə.Paşayev küçəsi ev 07, mənzil 04-də qeydiyyatdadır. İşdə olan Vİ-JQ № 260262 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu ildə Tərtər (keçmiş Mirbəşir) şəhərində anadan olmuş, həmin sənəddə ata qrafasında X9, ana qrafasında X2 qeyd edilmişdir. İşdə olan Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli 02 saylı qərarı ilə verilmiş JN-981A saylı “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamənin 1ci qrafasında ərizəçinin atasının adı Qurbanov Hüseyn kimi qeyd edilmişdir. İşdə olan Tərtər Bələdiyyəsinin 306 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası DT və XK -in Tərtər rayon Şöbəsi tərəfindən torpağın mülkiyyətə verilməsinə dair JN-981A, KOD 61101004 nömrəli şəhadətnamədə mərhum X5 atasının adı texniki səhv olaraq qeyd edilməmişdir. X3 nəzərə alınması xahiş olunmuşdur. İşdə olan 06 dekabr 2024-cü il tarixdə Tərtər rayon İHB-ın müavini Elvin Umudovun, Tərtər rayon icra nümayəndəsi Sahib Həsənovun, Tərtər Bələdiyyəsinin sədri Tünzalə Vəliyevanın iştirakları ilə tərtib olunmuş AKT-dan görünür ki, Azərbaycan Respublikasının ləğv edilmiş DTXK-in Bədə rayon Şöbəsi tərəfindən verilmiş JN-981A nömrəli, KOD 61101004 saylı sənədinin adlı siyahısında Qurbanov Hüseyn kimi yazılmışdır. X1 kimi qeyd edilməlidir. İşdə olan AZ-İİ № 313215 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2005-ci ildə ölmüşdür. İşdə olan AZ-İİ № 313022 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2023-cü ildə ölmüşdür. İşdə olan Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 806 nömrəli arayışdan görünür ki, X9 xx.xx.2005-ci il tarixdə öldükdən sonra ondan qalmış miras əmlakları arvadı X2, xx.xx.2003-cü il tarixində arvadının ölümündən sonra isə övladları Ərizəçi həm qanun, həm də irsi transmisiya qaydasında qəbul etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli 02 saylı qərarı atası X5 mülkiyyətində Tərtər şəhərində 0,05 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə dair JN- 1473A, KOD 61101004 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə tərtib edilmişdir. Atası Ərizəçi xx.xx.2005-ci ildə vəfat etmişdir. Həmin sənəd tərtib edilərkən atası Hüseyn Qurbanovun adı qeyd edilməmişdir. Hazırda ərizəçi şəhadətnamədəki uyğunsuzluqları səbəbindən istifadəsində olan daşınmaz əmlak üzərində hər hansı hüquqlarını həyata keçirə bilmir. Eyni zamanda ərizəçi həmin sənədi başqa qaydada əldə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN-981A saylı “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçilərin JN-981A saylı “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamənın atasına məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırılan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən verilmiş JN-981A saylı, KOD nömrəsi 61101004 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamənin 1-ci qrafasında Qurbanov Hüseyn kimi, kimi yazılmasına baxmayaraq, həmin sənədin X7 məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən verilmiş JN-981A saylı, KOD nömrəsi 61101004 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamədə “Qurbanov Hüseyn” kimi yazılmasına baxmayaraq həmin sənədin “X8” məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-238/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-238/2025
04.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver