Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-240/2023 20.04.2023 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Şahbəndəyeva Gülnar Əfqan qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, Tərtər rayon Kəbirli kəndindən 0,75 ha pay torpaq sahəsinə görə verilmiş JN 0109, KOD 61113028 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktınin onlara məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 2001-ci il tarixli 14 saylı qərarı ilə onun və digər ailə üzvlərinin mülkiyyətinə Tərtər rayon Kəbirli kəndindən 0,75 hektar pay torpaq sahəsi və həmin torpaq sahəsinə görə JN 0109, KOD 61113028 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı verilmişdir. Qeyd edilən sənəd tərtib edilərkən onun adı Hüsaməddin, digər ərizəçilərin adı Nəzakət və ata adı X2 göstərilmişdir. Həmin sənədləri verən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və onun yerli qurumları ləğv edildiyindən həmin sənədi başqa qaydada əldə edə bilməmiş, yaxud sənədlərdə dəyişiklik edə bilməmişdir. Ona görə də ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərinə əsasən ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər ərizəçilər Ərizəçi2 və Ərizəçi3 izahat verərək ailə başçısı kimi Ərizəçi1 verdiyi izahatı bir daha təsdiq etmiş və ərizələrinin təmin edilərək Tərtər rayon Kəbirli kəndində mülkiyyətlərində olan 0,75 ha pay torpaq sahəsinə görə verilmiş JN 0109, KOD 61113028 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktınin onlara məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını bir daha məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İşdə olan Tərtər RPŞ tərəfindən verilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1963-cü il tarixdə Tərtər rayon Kəbirli kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. İşdə olan “ASAN-Bərdə” regional xidmət mərkəzi tərəfindən verilmiş AZE ********* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1993-cü il tarixdə Tərtər rayon Kəbirli kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. İşdə olan Tərtər RPŞ tərəfindən verilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1950-ci il tarixdə Tərtər rayon Kəbirli kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. İşdə olan ünvan 432, 233 və 234 saylı xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, JN 0109 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının surətindən görünür ki, həmin sənəddə X5, X3 və Ərizəçi3 Hüsaməddin oğlu kimi göstərilmişdir. İşdə olan Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 2001-ci il tarixli 14 saylı qərarı ilə verilmiş JN 0109, KOD 61113028 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının surətindən görünür ki, həmin sənəddə X5, X3 və Ərizəçi3 Hüsaməddin oğlu kimi yazılmışdır. Məhkəmə ərizəçilərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçilərin tələbi haqlı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 2001-ci il tarixli 14 qərarı ilə ərizəçilərin mülkiyyətinə Tərtər rayon Kəbirli kəndindən 0,75 hektar pay torpaq sahəsi və həmin torpaq sahəsinə görə JN 0109, KOD 61113028 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı verilmişdir. Qeyd edilən sənəd tərtib edilərkən X5, X3 və Ərizəçi3 Hüsaməddin oğlu kimi göstərilmişdir. Hazırda ərizəçilər sənəddəki soyad və ad uyğunsuzluğu səbəbindən mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN-0109 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçilərin JN-0109 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının ərizəçələrə məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırılan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Tərtər rayon Kəbirli kəndindən 0,75 ha pay torpaq sahəsinə görə verilmiş JN 0109, KOD 61113028 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət X1, X3 və Ərizəçi3 Hüsaməddin oğlu kimi göstərilməsinə baxmayaraq həmin sənədin ərizəçilərə - Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən verilmiş JN-0109 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında səhvən X5, X3 və Ərizəçi3 Hüsaməddin oğlu kimi yazılmasına baxmayaraq, həmin sənədin Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-240/2023
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-240/2023
20.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver