Məhkəmə qərarları › İş №2(061)-252/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-252/2025

25.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-252/2025 25.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, Tərtər rayon Cəmilli kəndində 1,71 ha torpaq sahəsinə görə JN 291, KOD 61104038 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında onun adı, soyadı və ata adı “X3”, “Ərizəçi1” kimi, “Ərizəçi2 Əlizadə qızı”, “Ərizəçi2” kimi, xx.xx.2002-ci ildə vəfat etmiş, yuxarıda qohumluq əlaqələri qeyd etdiyi şəxsin adı “X8”, “X9” kimi oxunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Tərtər rayon Cəmilli kəndində ona və ailə üzvlərinə verilmiş 1,71 ha torpaq sahəsinə görə JN 291, KOD 61104038 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında onun adı, soyadı və ata adı “X3” kimi göstərilmişdir. Belə ki, o, 23 aprel 2004-cü il tarixdə X4 ilə ailə qurmuş, həmin vaxt ona Rəhimova soyadı verilmişdir. Hazırda da şəxsiyyət vəsiqəsində soyadı Rəhimova kimi qyed edilmişdir. Qeyd etdiyi səhvə görə sənədləşmədə problem yaranmışdır. Bu problemlə bağlı maraqlı şəxsin Tərtər rayon Şöbəsinə müraciət etmiş, ona həmin texniki səhvlərin düzəldilməsi üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Ona görə də ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərinə əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi2 ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Tərtər rayon Cəmilli kəndində ona və ailə üzvlərinə verilmiş 1,71 ha torpaq sahəsinə görə JN 291, KOD 61104038 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında onun adı, soyadı və ata adı texniki səhv olaraq “Ərizəçi2 Əlizadə qızı”, qaynanasının adı, soyadı və ata adı “X8” kimi göstərilmişdir. Hazırda şəxsiyyət vəsiqəsində və digər sənədlərdə adı, soyadı və ata adı “Ərizəçi2” kimi, eləcə də ölüm haqqında şəhadətnaməsində xx.xx.2002-ci ildə vəfat etmiş qaynanasının adı, soyadı və ata adı “X9” kimi qeyd edilmişdir. Qeyd etdiyi səhvə görə sənədləşmədə problem yaranmışdır. Bu problemlə bağlı maraqlı şəxsin Tərtər rayon Şöbəsinə müraciət etmiş, ona həmin texniki səhvlərin düzəldilməsi üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Ona görə də ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərinə əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi məhkəməyə elektron qaydada ünvanladığı ərizəsində nümayəndənin iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini, sözügedən iddia tələbinə dair qanunauyğun qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Vİİ-JQ № 495217 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.1982-ci ildə Tərtər rayon Cəmilli kəndində anadan olmuş, həmin sənəddə ata qrafasında X2, ana qrafasında X10 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZ - İ № 048120 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 ilə X5 arasında nikah xx.xx.2004cü ildə 94 nömrə ilə qeydə alınmışdır. Həmin sənəddə ərə Rəhimov, arvada Rəhimova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1961-ci ildə Tərtər rayon Cəmilli kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə Tərtər rayon Cəmilli kəndində 1,71 ha pay torpaq sahəsi görə verilmiş JN:291, KOD 61104038 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında 2-ci qrafada X8, 4-cü qrafada Ərizəçi2 Əizadə qızı və 5-ci qrafada X1 qeyd edilmişdir. İşdə olan Tərtər rayon Cəmilli kənd İƏD-i üzrə nümayəndənin verdiyi 487 saylı və 488 saylı xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, Tərtər rayon Cəmilli kəndində torpaq islahatları aparılan zaman ailəyə verilmiş JN:291 nömrəli, Dövlət Aktının adlı siyahısında texniki səhv olaraq 2-ci qrafada X8, 4-cü qrafada Ərizəçi2 Əizadə qızı və 5-ci qrafada X1 qeyd edilmişdir. Məhkəmə ərizəçilərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçilərin tələbi haqlı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə ərizəçilərə və digər ailə üzvünin mülkiyyətinə Tərtər rayon Cəmilli kəndindən 1,71 hektar pay torpaq sahəsi və həmin torpaq sahəsinə görə JN :291, KOD 61104038 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Qeyd edilən sənəd tərtib edilərkən 2-ci qrafada X8, 4-cü qrafada Ərizəçi2 Əizadə qızı və 5-ci qrafada X1 göstərilmişdir. Hazırda ərizəçilər sənəddəki soyad və ad uyğunsuzluğu səbəbindən mülkiyyətlərində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçilərə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN:291 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçilərin JN:291 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının ərizəçələrə və digər ailə üzvünə məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırılan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Tərtər rayon Cəmilli kəndindən 1,71 ha pay torpaq sahəsinə görə verilmiş JN:291, KOD 61104038 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında səhvən 2-ci qrafada X8, 4-cü qrafada Ərizəçi2 Əizadə qızı və 5-ci qrafada X3 yazılmasına baxmayaraq, həmin sənədin “Ərizəçi1”na, “Ərizəçi2”na, “X9”na və həmin sənəddə adları qeyd edilən digər şəxslərə məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Tərtər rayon Aqrar İslahat Komissiyasının 23 iyul 1998-ci il tarixli 11 saylı qərarı ilə Tərtər rayon Cəmilli kəndində yerləşən 1,71 ha pay torpaq sahəsinə görə verilmiş JN 291, KOD 61104038 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında texniki səhv olaraq “X6”, “Ərizəçi2 Əlizadə qızı” və “X8” kimi göstərilməsinə baxmayaraq həmin sənədin “Ərizəçi1”na, “Ərizəçi2”na, “X9”na və həmin sənəddə adları qeyd edilən digər şəxslərə məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar