Məhkəmə qərarları › İş №2(061)-265/2023

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-265/2023

09.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-265/2023 09.03.2023 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Şahbəndəyeva Gülnar Əfqan qızının katibliyi, Ərizəçi və digər Ərizəçi2 vəkalətli nümayəndəsi Ərizəçi1 iştirakı ilə Ərizəçilər Ərizəçi1 Aydın oğlunun, Ərizəçi2 və Ərizəçi3 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1 Aydın oğlunun, Ərizəçi2 və Ərizəçi3 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə 2,11 ha torpaq sahəsinə görə verilmiş JN-400, KOD 61100048 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında göstərilən Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X5 adına tərtib edilmiş “Torpağa Mülkiyyət Hüququna Dair “ JN-400, kod 61100048 saylı Dövlət Aktının onların ailələrinin yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı ərizəçi və digər Ərizəçi2 vəkalətli nümayəndəsi Ərizəçi1 əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki,Tərtər rayon Hüsənli kəndində ona və ailə üzvlərinin mülkiyyətində 2.11 ha torpaq sahəsi vardır. Bu barədə torpaq sahəsinə görə Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə JN-400, KOD 61100048“ olan “Torpağa Mülkiyyət Hüququna X18” verilmişdir. Lakin həmin Dövlət Aktı tərtib edilərkən Ərizəçi2, Ərizəçi3 və X5 adları düzgün yazılsa da Ərizəçi1 adı səhvən X6 yazılmışdır ki, bu yanlışlıq da 2.11 ha pay torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasına, bağışlanılmasına, satılmasına və digər mülki hüquqlarının, o cümlədən o cümlədən subsidiya alınmasının həyata keçirilməsinə maneçilik törədir. Hazırki vəziyyətdə isə həmin sənədi başqa qaydada əldə edə bilmirlər və ya həmin yalnışlığı başqa qaydada düzəldə bilmirlər. Halbu ki, həmin sənəd faktiki olaraq onlara və ailə üzvərinə məxsusdur. Ona görə də, müvafiq ərizə ilə məhkəməyə müraciət etməli olublar. Məhkəmədən işin faktiki hallarını və hüquqi tərəfini əsas götürərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinəTərtər rayon Dğvlət Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanların nümayəndələri məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, nümayəndələrinin iştirakını təmin etməkləri mümükün deyildir, odur ki, nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Tərtər rayon Hüsənli kənd İƏD-i üzrə nümayəndənin verdiyi 435 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Tərtər rayonunun Hüsənli kəndində torpaq islahatı gedən zaman JN-400 nömrəli Dövlət Aktının adlı siyahısının 1-ci sətrində 1ci sırada Ərizəçi1 texniki səhv olaraq X6 yazılmışdır. İşdə olan Tərtər rayon Cəmilli kənd İƏD-i üzrə nümayəndənin verdiyi 479 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Tərtər rayonunun Cəmilli kəndində torpaq islahatı gedən zaman JN-238 nömrəli Dövlət Aktının adlı siyahısının 2-ci sətrində texniki səhv olaraq X3 yazılmışdır. X2 kimi olmalıdır. İşdə olan Azərbaycan Respublikası DİN-i tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş vəsiqənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi2 müharibə veteranıdır. İşdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. İşdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. İşdə olan AZE №0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi3 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. İşdə olan JN-400 KOD 61100048 saylı “Torpağa Mülkiyyət Hüququna X18”ın təsdiq olunmuş surətindən görünür ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə ərizəçilərə və ailə üzvlərinə 2.11 ha torpaq sahəsi verilmişdir. Həmin X13 Münasib Aydın oğlunun adı Dövlət Aktında səhv olaraq Yusif kimi yazılıb göstərilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə ərizəçilərə vədigər ailə üzvlərinin mülkiyyətinə Tərtər rayonu Hüsənli kənd ərazisində 2.11 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-400 KOD 61100048 saylı “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Dövlət Aktı verilmişdir. Qeyd olunan sənəd tərtib edilərkən 2.11 ha pay torpaq sahəsinə görə verilmiş Dövlət X1 adı adı Dövlət Aktında səhv olaraq Yusif kimi yazılıb göstərilmişdir. Hazırda ərizəçilər və ailə üzvləri Dövlət Aktında olan ad uyğunsuzluğu səbəbindən mülkiyyətlərində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görəşəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN-400 KOD 61100048 saylı “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Dövlət Aktı hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, əzizəçinin JN-400 KOD 61100048 saylı “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Dövlət Aktı ərizəçilərə və onun ailə üzvlərinə məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırılan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 2.11 ha torpaq sahəsinə görə verilmiş JN-400 KOD 61100048 saylı “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Dövlət Aktı ərizəçilərə və həmin aktda adları qeyd olunan digər ailə üzvünə məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə Tərtər rayon Hüsənli kəndində 2.11 ha torpaq sahəsinə görə verilmiş “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-400 KOD 61100048 saylı Dövlət Aktının ərizəçilərin və onların ailə üzvlərinin yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar