Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-265/2025 27.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçilər Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, “X16”nun, “X2”nın, “Ərizəçi Saat qızı”nın, “X3”nın, “X10”nun, “X11”nun və “X12”nun adlarına tərtib edilmiş “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının “X17”na, “X13”na, “Ərizəçi”na”X4”na, “X10”na, “X5”na və “X14”na məxsus olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, onların ailəsinə Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 22 saylı qərarı ilə Tərtər rayon Dəmirçilər kəndində 2,49 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə görə JN:317, KOD 61104018 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı verilmişdir. Həmin sənəddə texniki səhv olaraq “X16”, “X2”, “Ərizəçi Saat qızı”, “X3”, “X10”, “X11” və “X12” kimi göstərilmişdir. Əslində “X17”, “X13”, “Ərizəçi”, ”X4”, “X10”, “X5” və “X14” kimi qeyd edilməlidir. Qeyd etdiyi texniki səhvlərə görə torpaqla bağlı sənədləşmədə problemlər yaranmışdır. Bu problemlə bağlı maraqlı şəxsin Tərtər rayon Şöbəsinə müraciət etmiş, ona həmin texniki səhvlərin düzəldilməsi üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Ona görə də ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərinə əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını bir daha məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci ildə Kəlbəcər rayon Tatlar kəndində anadan olmuş, hazırda Tərtər rayon Dəmirçilər kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE № 17853588 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.1986-cı ildə Tərtər rayon Dəmirçilər kəndində anadan olmuş, hazırda Tərtər rayon Dəmirçilər kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE № 09735900 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1984-cü ildə Tərtər rayon Dəmirçilər kəndində anadan olmuş, hazırda Kəlbəcər şəhəri, Dəlidağ küçəsi ev 53-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE № 16041417 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx.xx.1979-cu ildə Kəlbəcər şəhərində anadan olmuş, hazırda Tərtər rayon Dəmirçilər kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE № 08635836 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1982-ci ildə Tərtər şəhərində anadan olmuş, hazırda Tərtər rayon Dəmirçilər kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-İİ № 227577 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X17 xx.xx.1922-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş AZ-İ № 906623 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2018-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 22 saylı qərarı ilə Tərtər rayon Dəmirçilər kəndində yerləşən 2,49 ha pay torpaq sahəsinə görə verilmiş JN:317, KOD 61104018 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında 1-ci qrafada X18, 2-ci qrafada X2, 3-cü qrafada Ərizəçi Saat qızı, 6-cı qrafada X8 və 7-ci qrafada X12 qeyd edilmişdir. İşdə olan Tərtər rayon Dəmirçilər kənd İƏD-i üzrə nümayəndənin verdiyi 278 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Tərtər rayon Dəmirçilər kəndində torpaq islahatları aparılan zaman ailəyə verilmiş JN:317 nömrəli, Dövlət Aktında texniki səhv olaraq X18, 2-ci qrafada X2, 3-cü qrafada Ərizəçi Saat qızı, 6-cı qrafada X8 və 7-ci qrafada X12 qeyd edilmişdir, əslində X19, X15, Ərizəçi, X6, X1 oxunmalıdır. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçilərin tələbi haqlı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 22 saylı qərarı ilə Tərtər rayon Dəmirçilər kəndində 2,49 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə görə JN:317, KOD 61104018 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı verilmişdir. Həmin sənəddə texniki səhv olaraq “X16”, “X2”, “Ərizəçi Saat qızı”, “X3”, “X10”, “X11” və “X12” kimi göstərilmişdir. Əslində “X17”, “X15”, “Ərizəçi”, ”X4”, “X10”, “X5” və “X14” kimi qeyd edilməlidir. Hazırda ərizəçi sənəddəki soyad və ad uyğunsuzluğu səbəbindən mülkiyyətlərində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN:317 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçilərin JN:317 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının ərizəçəyə və digər ailə üzvünə məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırılan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Tərtər rayon Dəmirçilər kəndindən 2,49 ha pay torpaq sahəsinə görə verilmiş JN:317, KOD 61104018 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında səhvən X16”, “X2”, “Ərizəçi Saat qızı”, “X3”, “X10”, “X11” və “X12” kimi yazılmasına baxmayaraq, həmin sənədin X19, X15, Ərizəçi, Dadaşova (Mədətova) Mətanət Eyvaz qızı, X9 və həmin sənəddə adları göstərilən digər ailə üzvünə məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Tərtər rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1998-ci il tarixli 22 saylı qərarı ilə Tərtər rayon Dəmirçilər kəndində yerləşən 2,49 ha pay torpaq sahəsinə görə verilmiş JN 317, KOD 61104018 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında texniki səhv olaraq “X16”, “X2”, “Ərizəçi Saat qızı”, “X3”, “X10”, “X11” və “X12” kimi göstərilməsinə baxmayaraq həmin sənədin “X17”na, “X15”na, “Ərizəçi”na, ”X4”na, “X10”na, “Dadaşova (Mədətova) Mətanət Eyvaz qızı”na və “X14”na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-265/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-265/2025
27.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver