Məhkəmə qərarları › İş №2(061)-295/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-295/2025

23.06.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-295/2025 23.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Tərtər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının səlahiyyətli nümayəndəsi X7 iştirakları ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək 14 sentyabr 2006-cı il tarixdə anadan olmuş qızı İ qrup əlil X2 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi göstərmişdir ki, onun 14 sentyabr 2006-cı il tarixdə anadan olmuş qızı İ qrup əlil X6 anadangəlmə “orta dərəcəli əqli qüsurlu qulluq və müalicə tələb olunan ciddi davranış pozuntuları ilə nitq spesifik pozuntusu” xəstəsidir və özünü dərk edə bilmir. Belə ki, Aliyəyə o və həyat yoldaşı baxıb qulluq edirlər. Aliiyənin bütün tələbatlarını ödəyir, qayğısını çəkirlər. Bu onların valideynlik borcudur. Aliyə xəstəliyi ilə bağlı heç bir rəsmi sənədləşmə və dövlət qurumunda özünü ifadə edə bilmir, özünə aid işləri yerinə yetirə bilmir. Heç bir dövlət və ya özəl qurum Aliyəni müstəqil və normal qərar qəbul edən şəxs kimi qəbul etmir. Hazırda Aliyənin İ qrup əlil kimi təqaüd aldığı kartın vaxtı başa çatdığına görə “Kapital Bank”ın Tərtər rayon filialından onun kartını özünə təqdim etməkdən imtina edirlər. Bu hal bütün qurumlarda təkrar olunmaqdadır. Onlara hər yerdə bildirirlər ki, məhkəməyə müraciət edərək Aliyənin fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməlidir. Yuxarıda qeyd etdiklərinə əsasən 14 sentyabr 2006-cı il tarixdə anadan olmuş qızı İ qrup əlil X2 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Onun vəsatəti əsasında iş üzrə məhkəmə-psixiatriya ekspertizasının təyin olunmuş və rəy alınmışdır. Həmin rəylə tanış olmuş, etirazı olmadığını və ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Tərtər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının səlahiyyətli nümayəndəsi X10 göstərmişdir ki, iş materiallarında olan sənədlərdən görünür ki, Ərizəçi övladı 14 sentyabr 2006-cı il tarixdə anadan olmuş qızı İ qrup əlil X6 anadangəlmə əqli cəhətdən xəstə olmuşdur. Rəydən aydın olur ki, X6 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcində) davranış pozuntusu ilə xəstədir və özünü dərk etmək qabiliyyətində deyildir və fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Odur ki, göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmədə elan olunmuş AZ-İ № 194182 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Qənbərova Nəzakət Nİzami qızı arasında nikah xx.xx.2005-ci ildə rəsmi qaydada qeyd edilmişdir. Məhkəmədə elan olunmuş doğum haqqında arayışın təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2006-cı il təvəllüdlü olmaqla, həmin sənəddə ata qrafasında Ərizəçi, ana qrafasında Qənbərova Nəzakət Nİzami qızı qeyd edilmişdir. Məhkəmədə elan olunmuş Tərtər rayon Qaradağlı kənd İƏD-i üzrə nümayəndəliyin verdiyi 515 və 516 saylı xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, Ərizəçi və X1 rayon Qaradağlı kəndində yaşayırlar. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron Onformasiya Sistemi sosial müavinət və təqaüd haqqında arayışın surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X6 ümumi xəstılikdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə müəyyən edilmiş şəxs olmaqla sağlamlıq imkanları məhdud olan uşaqlara görə təyin edilmiş müavinət alır. Məhkəmədə elan olunmuş təyin edilmiş diaqnozların qeyd vərəqəsinin surətindən görünür ki, X2 xəstəliyinin diaqnozu orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu F71.1, nitqi inkişafın spesifik pozuntucu F 80.0 xəstəliyi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatriya X9 Hüquqi Şəxsi tərəfindən verilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci tarixli rəyindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X3 hal-hazırda ağır dərəcəli əqli gerilik, (imbesillik dərəcəsində) davranış pozuntuları ilə müəyyən edilir. xx.xx.2025-ci tarixli rəyindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X6 özünü idarə etmək, öz hərəkətlərinni dərk etmək itidarında deyil. Yoxlanılan şəxs X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Məhkəmə ərizəçini və maraqlı şəxs Tərtər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının səlahiyyətli nümayəndəsini dinlədikdən sonra araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ərizəçinin övladı xx.xx.2006-cı il təvəllüdlü X6 orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu F71.1, nitqi inkişafın spesifik pozuntucu F 80.0 xəstəliyi ilə xəstədir və İ dərəcəli əlildir. Bu hallar mülki işin materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında izahat vermiş Ərizəçi göstərmişdir ki, Aliyə keçirdiyi xəstəliklə bağlı özünü idarə etmək, öz hərəkətlərini dərk etmək iqtidarında deyildir. Aliyə əqli cəhətdən zəif olduğu üçün bəzi işləri görə bilmədiyindən, onun valideyni kimi getdiyi idarə və müəssisələrdə Aliyənin fəaliyyət qabiliyyətsiz şəxs hesab edilməsi və onun üstündə qəyyum müəyyən edilməsi tələb olunur. Onun psixi vəziyyətlərini və həmçinin fəaliyyət qəabiliyətsiz şəxs olub-olmamasını müəyyən etmək üçün məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Alınmış ekspertiza rəyində onun hal-hazırda fəaliyyət qabiliyyətsiz hesab edilə bilməsi qeyd edilmişdir. Ərizənin təmin edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.https://www.e-qanun.az/framework/46944 Azərbaycan Respublikası MPM-in 305.1.3-cü maddəsində göstərilmişdir ki, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabaliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsində göstərilmişdir ki, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların ( valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya ( psixonevroloji ) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsində göstərilmişdir ki, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabaliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisəsinin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsində göstərilmişdir ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2006-cı ildə Tərtər rayonu, Qaradağlı kəndində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İş materiallarını, ərizəçilərin, maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin izahatını, ekspert rəyini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilən xx.xx.2006-cı il təvəllüdlü X2 üzərində qəyyumluq təyin edilməsi üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verilməlidir. Ərizəçi xx.xx.2006-cı il təvəllüdlü X5 qəyyum təyin edilməsi məsələsi ilə bağlı onun yaşayış yeri üzrə Tərtər rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Oorqanına müraciət etmək hüququ izah edilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 və 364-cü maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar