Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-330/2025 28.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehnə qarşı 10 fevral 2024-cü il tarixli ******* saylı akta əsasən hesablanmış 777,60 manat borcun silinməsi tələbinə dair mülki işə (H.Əliyev prospekti 45 nömrəli ünvanda yerləşən məhkəmə binasında) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehnə qarşı 10 fevral 2024-cü il rarixli ******* saylı akta əsasən hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik borcun onun abonent hesabından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. . İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, abunə kodum **********00590 olmaqla məişət abonenti kimi cavabdehlə müqavilə baglayıb qaz enerjisi istehlak edir. Onun fərdi yaşayış evinə qaz sayğacı hasarın çöl tərəfində quraşdırılmışdır. O, bir neçə ildir ki, ailəsi ilə birlikdə həmin kənddə valideynləri ilə birlikdəonlara məxsus olan fərdi yaşayış evində yaşayır. 2024-cü ilin əvvəllərində X4 İstismar İdarəsinin əmkdaşları onun yaşadığı evə gəlmiş və qaz sayğacına baxış keçirtmişlər. Həyətin darvazasından çöldə yerləşən saygaca baxış keçirərkən müəyyən etmişlər ki, saygacın ekranının şüşəsi qırılmışdır. Onlara valideynlərinin evində yaşadığından öz evində olan qaz sayğacından istifadə etmədiyini bildirmişdir. Bununla yanaşı sayğacın şüşəsinin sınmasından məlimatı olmamışdır. Bir müddət keçdikdən sonra onun ünvanına xx.xx.2024-cü il tarixli ******* saylı cərimə aktı yazılmış və akta əsasən 777,60 manat cərimə pulu hesablanıb göndərilmişdir. Aktda sayğacın hesablama mexanizminin şüşəsinin kənar təsir nəticəsində qərəldığı və sayğacın istismara yararsız olduğu qeyd edilmişdir. Bu aktı qanunsuz və əsassız hesab edirəm. Belə ki, evində heç kim yaşamamış, ailə üzvləri və o sayğaca müdaxilə etməmişlər. X4 İstismar İdarəsinin əməkdaşları xx.xx.2024-cü il tarixdə «Təbii X2 pozulması haqqında» ******* nömrəli Akt tərtib etsələr də həmin Aktda onun imzası olmamışdır. Qaz saygacı mənim həyətimin daxilində deyil, darvazadan çöl tərəfdə quraşdırıldıgından onun qorumasına cavabdeh olmamıdır. Qaz saygacı dövlət yoxlanmasından keçirilərkən ona da məlumat verilməli və onun yoxlanılmasında iştirak etməli olmuşdur. Qaz sayğacı qaz paylayıcısı tərəfindən çıxarılarkən (götürülərkən), qaz sayğacının olmadığı müddət ərzində qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmamışdır. Bununla yanaşı 2020, 2021 və 2022-ci ilin göstərilən tarixinədək bütün sənədlərdə onun adına heç bir qalıq borc olmadıgı halda sonradan heç bir əsas olmadan və izahı verilə bilinməyən 777.60 manat debitor borcun yazılması anlaşılmazdır. Ona görə də pozulmuş hüquqlarımın bərpası məqsədilə məhkəməyə müraciət etməli olmuş və məhkəmənin işin faktiki hallarını nəzərə alaraq və qanunvericiliyi rəhbər tutaraq iddianın təmin edilməsi barədə qətnamə çıxaracaqdır. Göstərdiklərinə əsasən təbii X2 pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik cərimə məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Cavabdeh nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, məhkəmə prosesinin onların iştirakları olmadan keçirilməsinə etiraz etmədiklərini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Cavabdeh nümayəndəsinin ərizəsini nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Cavabdeh Tərtər X3 İdarəsinin Tərtər Xidmət Sahəsinin əməkdaşlarının xx.xx.2024-cü il tarixdə tərtib etdiyi qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktın surətindən gürünür ki, İddiaçı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı çıxarılmış və yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan Cavabdeh Tərtər X3 İdarəsinin Tərtər Xidmət Sahəsinin Tərtər rayonu Bayandurlu kəndində yaşayan İddiaçı oğluna ünvanlanmış “təbii X2 pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* saylı aktın surətindən gürünür ki, sayğaca baxış keçirilmiş. Nəticədə sayğacının hesablama mexanizminin qoruyucu plastmas qapağının kənar təsir nəticəsindı sındırıldığı, hesablama mexanizminin iş prinsipinə maneə törədilməsi və sayğacın istismara yararsız olduğu qeyd edilmişdir. Məhkəmə iddiaçının iddia ərizəsini, cavabdehin nümayəndəsinin etirazı ərizəsini araşdırıb, iş materiallarını tədqiq edib bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı əraziyə təbii qaz xətti çəkilən vaxtdan yaşayış evlərinə qaz xətti çəkilmiş və qaz sayğacı quraşdırılmışdır. Təbii qazdan istifadənin dəyərini ödəmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, cavabdeh təşkilatın nümayəndələri onun yaşadığı evə gəlmiş və həyət darvazasının çölündə quraşdırılmış qaz sayğacına baxış keçirmişlər. Sayğaca baxış keçirərkən müəyyən etmişlər ki, guya sayğaca müdaxilə olmuş, sayğacının hesablama mexanizminin qoruyucu plastmas qapağının kənar təsir nəticəsindı sındırıldığı, hesablama mexanizminin iş prinsipinə maneə törədilməsi göstərilmişdir. Sayğac istismara yararsızdır. Bu səbəbdən də akt tərtib edilərək, qaz sayğacı çıxarılaraq yeni qaz sayğacı ilə əvəz edilmiş və çıxarılan köhnə qaz sayğacı yoxlamaya göndərilmişdir. Köhnə sayğac yoxlanıldıqdan sonra X4 İstismar İdarəsinin əməkdaşları xx.xx.2024cü il tarixdə akt tərtib edərək onun abonent hesabına akta əsasən 777,60 manat cərimə pulu hesablanıb göndərmişdir. Çıxarılan köhnə qaz sayğacı yoxlanılmaya göndərilmişdir. Ona köhnə qaz sayğacının ekspertizadan keçiriləcəyini və nəticəsi ilə bağlı məlumat verəcəklərini bildirmişlər. Sayğaca onun və ailə üzvləri tərəfindən heç bir müdaxilə olmamışdır. Göstərdiklərinə əsasən Cavabdeh Tərtər X3 İdarəsi tərəfindən ona məxsus olan yaşayış evində təbii X2 pozulması haqqında akta əsasən hesablanmış 777,60 manat cərimə məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etiraz ərizəsində iddianın əsassız olduğunu və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sayğaca müdaxilə olunması və yaxud ziyanın onun təqsirli hərəkətləri nəticəsində vurulması hər hansı sübutla öz təsdiqini tapmadı. Belə ki, sayğaca baxış iddiaçının iştirakı ilə aparılmalı olduğu halda onun iştirakı təmin edilməmiş, həmçinin sayğacın qoryucu örtüklə örtülməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Beləliklə həyətindən kənarda quraşdırılmış qoruyucu örtüklə mühafizə olumamış sayğaca kimin tərəfindən hansı tarixdə və günün hansı vaxtında müdaxilə edilməsi şübhə yaradır. Bu halları araşdırmaq əvəzinə, cavabdehin nümayəndələri işini asanlaşdıraraq iddiaçı barəsində akt tərtib etmiş və onu cərimələndirməklə kifayətlənmişdir. Məhkəmədə elan olunmuş “təbii X2 pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, aktda iddiaçı imza etməmiş, imza etməkdən imtina etmişdirsə imtina aktı tərtib olunmamışdır. Məhkəmə hesab edir ki, sayğac yaşayış evindən kənarda quraşdırılmışdır, qoruyucu örtüklə təmin edilməmişdir. Odur ki, iddiaçı barəsində akt tərtib edilməsi və ona cərimə hesablaması məqsədə müvafiq deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1 və 425.2-ci maddələrinə əsasən öz hüquqların həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydaları” haqqında qərarının 1.1-ci bəndinə əsasən bu Qaydalar «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydaları” haqqında qərarının 3.2-ci bəndinə əsasən qazdan istifadə edən istehlakçılar aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: 3.2.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli; 3.2.2. qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməli; 3.2.3. yalnız xüsusi razılığı (lisenziyası) olan təşkilatla və ya qaz paylayıcısı ilə bağlanılmış müqavilə əsasında yaşayış sahəsində qaz qurğularının təmirini və onlara texniki xidmət göstərilməsini həyata keçirməli; 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.3. Qaz sayğacları SMPDK tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. 4.4. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. 4.5. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanıün əvəzini ödəməyə borcludur. «Qaz təhcizatı haqqında» Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinini 6-cı bəndinə əsasən qaz paylayıcı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyətə keçirilir. Qaz paylacıyısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı) qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Qaz təhcizatı haqqında» Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinini 6-cı bəndinə əsasən qaz paylacıyısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər, istehlakçının müvafiq yazılı müraciəti (qaz təhcizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızması alındıqda istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə, paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda məhkəmənin qərarı ilə açılır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirilir. Həmin Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda yerləşən yaşayış binasında quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə olmaması Cavabdeh əməkdaşları tərəfindən aşkar edilmişdir. Sayğac çıxarılaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologtyaları və Rabitə İdarəsinin labaratoriyasına göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologtyaları və Rabitə İdarəsinin aktına əsasən sayğacda yuxarıda qeyd olunan çatışmamazlıqlar aşkar olunmuşdur. Lakin göründüyü kimi baxış keçirilməsi ilə bağlı iddiaçıya heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli «X2» təsdiq edilməsi haqqında 80 saylı qərarının 4.1-ci bəndində əsasən qaz paylayıcı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəsi uyğun olaraq, Azərbaycan Respublikasının Standartlaşdırma Metrologiya və Paten üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları qaraşdırılmalıdır. Tipi təqdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. Həmin qərarın 4.2-ci bəndində göstərilmişdir ki, qaz sayğacı ilə təhciz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylacıyıcısı hesabına hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qanunvericiliyə əsasən qaz paylacıyısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq Azərbaycan Respublikasının Standartlaşdırma Metrologiya və Paten üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilməli və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları qaraşdırılmalıdır. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qararın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə hesab edir ki, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcı daşımalı və blomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ortüklə örtülməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya borc əsassız olaraq hesablanmışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarını, iddiaçının izahatını, cavabdehin nümayəndəsinin etirazı ərizəsini araşdırıb və iş materiallarına əlavə edilmiş sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı yaşadığı Tərtər rayonu Bayandurlu kəndində yerləşən yaşayış sahəsində quraşdırılmış sayğaca müdaxiləyə görə AKT-a əsasən hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik cərimə məbləği silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı yaşadığı Tərtər rayonu Bayandurlu kəndində yerləşən yaşayış sahəsində quraşdırılmış sayğaca müdaxiləyə görə AKT-a əsasən hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik cərimə məbləği silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutularaq Dövlət mədaxilinə ödənilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-330/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-330/2025
28.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver