Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-47/2025 07.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Tərtər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının səlahiyyətli nümayəndəsi X9 iştirakları ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək 13 iyun 1971-ci il tarixdə Tərtər şəhərində anadan olmuş qardaşı X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəmə iclasında göstərmişdir ki, qardaşı X10 xx.xx.1971ci ildə anadan olmuşdur. Hümmət anadan gəlmə xəstə doğulmuşdur. Həmin vaxtdan hazırki günədək Bakı şəhərində müxtəlif xəstəxanalarda müalicə alsa da müsbət nəticə olmamışdır. Hazırda qardaşı Hümmət əl ilə idarə olunur. Onun mütəmadi olaraq qulluğunda durur, çətin vəziyyətdə yaşayır. Qardaşı Hümmət İ qrup əlildir. Qardaşının sağalıb cəmiyyətə qoşulması mümkün olmamışdır. Ona görə də onun fəaliyyət qabiliyyətsiz olmasına dair qətnamə çıxarılmasına ehtiyac yaranmışdır. Onlar digər ailə üzvləri ilə birlikdə bir evdə yaşayırlar. Hümmət son dövrlərdə yazılan müalicələri etməkdən imtina etmiş, daha da aqresivləşmiş, özünü idarə edə bilməmişdir. Evdə yaşayan şəxslərə qarşı təhlükəli rəftar edir. Onu nəzarətsiz qoymaq olmur. Onun hazırda və gələcəkdə hüquqlarının müdafiə edilməsi üçün üzərində qəyyum təyin edilməsinə ehtiyac vardır. Belə ki, hər hansi bir sənədləşmə aparılarkən Hümmət Ələsgərovun imzasına ehtiyac yaranır. Hümmət isə anlaqsız xəstədir. Odur ki, yuxarıda qeyd etdiyi hallara əsasən, qardaşı X4 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə ərizə ilə müraciət etməli olmuşdur. İş üzrə ekspertiza təyin edilmiş və müvafiq rəy alınmışdır. Rəylə tanış olmuş və etirazı olmadığını bildirmişdir. Göstərdiklərinə əsasən ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini bir daha xahiş etmişdir. Məhkəmə iclasında Tərtər rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X11 göstərmişdir ki, iş materiallarında olan sənədlərdən görünür ki, Ərizəçi qardaşı xx.xx.1971-ci ildə anadan olmuşdur. Hümmət anadan gəlmə xəstə doğulmuşdur. Ərizəçinin deməsinə görə Hümmətin psixi ruhi vəziyyəti dözülməz vəziyyətdədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psiziatrik Ekspertiza Mərkəzi” X16 verdiyi xx.xx.2024-cü il tarixli 01 saylı rəydən görünür ki, Hümmət Ələsgərov fəaliyyət qabiliyyəti olmayan hesab edilə bilər. Odur ki, göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmədə elan olunmuş Tibbi-Sosial ekspert komissiyasının sonuncu müayinəyə dair məlumatın surətindən görünür ki, 13 iyun 1971-ci il tarixdə Tərtər şəhərində anadan olmuş X10 İ qrup əlil olmaqla, xəstəliyinin diaqnozu “Oliqofreniya imbesillik dərəcəsində, kəskin nəzərə çarpan forma”dan ibarətdir. Məhkəmədə elan olunmuş xx.xx.1961-ci ildə verilmiş İİ-İE № 111834 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə anadan olmuş, ata qrafasında X12, ana qrafasında X7 qeyd edilmişdir. Məhkəmədə elan olunmuş xx.xx.1971-ci ildə verilmiş AZ № ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 13 iyul 1971-ci ildə anadan olmuş, ata qrafasında X12, ana qrafasında X7 qeyd edilmişdir. Məhkəmədə elan olunmuş Tərtər RPŞ tərəfindən verilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə Tərtər şəhərində anadan olmuş və Tərtər şəhəri H.Əliyev prospekti ev 12-də qeydiyyatdadır. Məhkəmədə elan olunmuş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 13 iyun 1971-ci il təvəllüdlüdür. Məhkəmə elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psiziatrik Ekspertiza Mərkəzi” X16 verdiyi xx.xx.2024-cü il tarixli 01 saylı rəydən rəyində komissiya belə nəticəyə gəlmişdir ki, yoxlanılan şəxs X5 hal-hazırda orta dərəcəli kəmağıllılıq, davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F71.1 müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işindəki tibbi sənədlər (Tərtər RMX PHŞ-dan verilmiş 587 saylı arayış), anamnestik məlumatlar və hal-hazırda psixiatrik müayinənin nəticələri (bələdliyinin zəifləməsi, yaddaşın mexaniki tipli olması, təfəkküründə konkretivliyə meyillilik aşkar edilməsi, oxumaq, yazmaq vərdişlərin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin daralması, mülahizə və mühakimələri səthi olması, abstrakt və məntiqi təfəkkürünün zəifləməsi, atalar sözlərinin mənasını düzgün başa düşməyərək izah edə bilməməsi, adi məişət problemlərini sərbəst həll etmək qabiliyyətində olmaması, emisiyalarında ifadə ifadə olunmuş davamsızlıq müşahidə edilməsi, düşdüyü vəziyyətə olmaması, intelektinin inkişafından geri qalması, şəxsiyyətində qüsur aşkar olunması, İQ- 42% və s.) sübut edir. Yekun hissə. Ekspert psixiatr mülki iş materiallarının, həmin mülki işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırki ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları cavablandırır. xx.xx.1971-ci ildə anadan olmuş X10 orta dərəcəli kəmağıllılıq, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F71.1 xəstəliyindən əziyyət çəkir. X10 öz hərəkətlərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilə bilər. Məhkəmə ərizəçini və maraqlı şəxs Tərtər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının səlahiyyətli nümayəndəsini dinlədikdən sonra araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, X2 Şahverdi Köçəri oğlu doğma oğludur. Ərizəçi başqa qaydada mümkün olmadığı üçün Hümmətin psixi qüsurlarına görə məhkəməyə sözügedən ərizəni vermişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi X1 imbesillik dərəcəsində, kəskin nəzərə çarpan forma diaqnozu ilə xəstədir. Onun psixi vəziyyətlərini və həmçinin fəaliyyət qəabiliyətsiz şəxs olub-olmamasını müəyyən etmək üçün ekspertiza təyin edilmişdir. Alınmış ekspertiza rəyində onun hal-hazırda fəaliyyət qabiliyyətsiz hesab edilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası MPM-in 305.1.3-cü maddəsində göstərilmişdir ki, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabaliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsində göstərilmişdir ki, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların ( valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya ( psixonevroloji ) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsində göstərilmişdir ki, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabaliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisəsinin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsində göstərilmişdir ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 13 iyun 1971-ci il tarixdə Tərtər şəhərində anadan olmuş qardaşı X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İş materiallarını, ərizəçinin, maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin izahatını, ekspert rəyini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi 13 iyun 1971-ci il tarixdə Tərtər şəhərində anadan olmuş qardaşı X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsi təmin edilməlidir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilən X4 üzərində qəyyumluq təyin edilməsi üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verilməlidir. Ərizəçi 13 iyun 1971-ci il tarixdə Tərtər şəhərində anadan olmuş qardaşı X6 qəyyum təyin edilməsi məsələsi ilə bağlı yaşayış yeri üzrə Tərtər rayon icra hakimiyyəti Başçısının yanında qəyyumluq və himayəçilik orqanına müraciət etmək hüququ izah edilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 və 364-cü maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 13 iyun 1971-ci il tarixdə Tərtər şəhərində anadan olmuş X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-47/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-47/2025
07.03.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver