Məhkəmə qərarları › İş №2(061)-545/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-545/2025

20.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-545/2025 20.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və vəkil, vəkalətli nümayəndəsi Bərdə rayon Vəkil Bürosunun vəkili X5, Cavabdeh2, üçüncü şəxslər X9 və X10 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər X6 və Cavabdeh2 qarşı üçüncü şəxslər Tərtər rayon Notariat Ofisi, X20 və X21 olmaqla bağışlama müqaviləsinin və onun yaratdığı bütün digər hüquqi nəticələrin etibarsız hesab edilməsi və ödədiyi 100(bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq onlara qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər X6 və Cavabdeh2 qarşı üçüncü şəxslər Tərtər rayon Notariat Ofisi, X20 və X21 olmaqla xx.xx.2023-cü il tarixli, 3M-137 saylı miras payın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddialarrını onunla əsaslandırmışlar ki, Cavabdeh2 onun doğma qardaşıdır. Onların ünvan 3ində atası X8 məxsus 4 otaqlı yaşayış evi, həmin fərdi yaşayış evinin 0,40 ha həyətyanı sahəsi olsa da, rəsmi olaraq 0,15 ha qeyd olunub. Həmin torpaq sahəsinə qardaşı Cavabdeh2 tərəfindən atası Rəşid Aslanovun adına Daşınmaz Əmlakın Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə **********16 saylı çıxarış almışdır. Həmin çıxarışdan onların məlumatı olmamışdır. Çıxarışla Tərtər rayon Notariat Ofisinə müraciət etmiş, Notariat Ofisində vərəsəlik işi açılmışdır. Mərhum atası X7 vərəsələri olaraq o, hal-hazırda qardaşı Mahir, anası Cavabdeh1 göstərilmişdir. Həmin vaxt o, Rusiya Federasiyasında olduğundan, vərəsəliyin qəbul edilməsi səlahiyyətləri digər qardaşı X12 vermiş, onu notariat orqanlarında Nazim Aslanov təmsil etmişdir. Nazim Aslanovla onun adından vərəsəliyi qəbul etmişdir. Ancaq bundan sonra onlar həyat yoldaşı İddiaçı2 ilə Tərtər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək atasına məxsus əmlaka köçmək üçün müraciət etmişlər. Müraciət zamanı sənədlərin içərisində cavabdeh Aslanov X3 təqdim edərək 0,15 ha torpaq sahəsinin özünün adına olduğunu bildirmişdir. Bu sənədin necə əldə edildiyini müəyyən etmək üçün vəkil sorğusu ilə Tərtər rayon Notariat Ofisinə müraciət edilmiş, alınmış vərəsəlik haqqında sənədlərdən məlum olmuşdur ki, vərəsəlik zamanı etibarnamə vermiş olduğu qardaşı X20 ona düşən torpaq payını Cavabdeh2 bağışlamışdır. Bu faktı öyrəndikdən sonra Nazim Aslanovla danışmış, ona nəyə görə onun payını Cavabdeh2 bağışlamasını soruşmuşdur. Nazim Aslanov payı bağşlamadığını bildirmiş, sadəcə vərəsəliyi qəbul etdiyini bildirmişdir. Vərəsəlik sənədlərinə imza etdiyini və heç bir bağışlama sənədinə imza etmədiyini bilbirmişdir. Lakin bağışlama müqaviləsində Nazim Aslanovun imzasını ona bildirdikdə, onun bağışlama vermədiyini, sadəcə olaraq vərəsəliklə bağlı sənədlərə imza etdiyini bildirmişdir. Onun vərəsəlik payımı bağışlamaqda niyyəti olmamışdır. Hazırda o, arvadı Ramilə və övladları xx.xx.2006-cı il təvəllüdlü X13 və xx.xx.2008-ci il təvəllüdlü X11 ilə birlikdə kirayədə yaşayırlar. Onların bütün əşyaları ata evində qalmışdır. Onlar Cavabdeh2la Rusiya Federasiyasına bir gedib-gəlmişlər. Atalarına və analarına qardaşları İlham baxmışdır. Böyük qardaşı İlham 1999-cu ildə qardaşı Mahiri evləndirmiş, 2005-ci ildə isə onu evləndirmişdir. Bundan sonra Mahirlə Rusiyaya getmişlər. Qazanıb ata evində özlərinə ev-eşik düzəltmişlər. Həmin ev atasından qalan evdir. Rusiyadan qyıtdıqdan sonra cavabdehlər onları evə qoymamış, evdən qovmuşlar. Onlar məcbur olub Bakı şəhərində kirayədə yaşamağa başlamışlar. Cavabdeh2 onlara torpaq almamışdır. O, hüquqlarının pozulduğuna görə məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Tərtər Rayon Məhkəməsində xx.xx.2023-cü il tarixli, 3M-137 saylı bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia qaldırmışdır. Həmin iddia tələbi Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmin edilsə də, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-2317/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və onlara izah edilmişdir ki, “xx.xx.2023-cü il tarixli, 3M-137 saylı bağışlama müqaviləsinin ləğv edilməsi deyil, xx.xx.2023-cü il tarixli, 3M-137 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia qaldırmalıdırlar. Ona görə də hesab edirlər ki, Tərtər rayon Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixli, 3M-137 saylı bağışlama müqaviləsi etibarsız sayılmalı və onun yaratdığı bütün digər hüquqi nəticələri ləğv edilməlidir. O, hüquqlarının pozulduğuna görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərdiklərinə əsasən etibarsız hesab edilməsi, onun yaratdığı bütün digər hüquqi nəticələrin ləğv edilməsi və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı qismində izahat vermiş İddiaçı1 göstərmişdir ki, Cavabdeh1 anası, Cavabdeh2 qardaşıdır. O, bir müddət Rusiya Federasiyasında yaşamış və vərəsəliyin qəbul edilməsi səlahiyyətləri digər qardaşı X12 vermişdir. Nazim Aslanov onu notariat orqanlarında vəkalətli nümayəndə kimi təmsil etmiş və onun adından vərəsəliyi qəbul etmişdir. Lakin sonradan məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə anası Cavabdeh1 və qardaşı Nazim Aslanov notarial qaydada miras payın bağışlanması müqaviləsinə imza edərək, həmin müqaviləyə əsasən onlar birinci tərəf kimi Tərtər Rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-403, 2V- 405 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən hər biri öz payına düşən və miras paylarını bütövlükdə Cavabdeh2 bağışlamışlar. Bundan məlumatları olmamışdır. Halbu ki, hazırda yaşamaq üçün evi olmadığını, uzun müddətdir ki, müvəqqəti olaraq Bakı şəhərində işləməklə kirayədə yaşadığını, qayıdıb ata evindən ona çatan payda yaşamaq istədiyini bildirmişdir. Göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı qismində izahat vermiş İddiaçı2 göstərmişdir ki, cavabdehlər Cavabdeh1 qaynanası, Cavabdeh2 qaynıdır. Onlarla heç bir ədavətləri olmamışdır. İddia ərizəsində və həyat yoldaşı İddiaçı1 məhkəmə iclasında göstərdikləri ilə bağlı heç bir etirazı olmadığını, həyat yoldaşı İddiaçı1 evin sonuncu övladı olduğunu, onların iki uşaqla birlikdə yaşamağa evləri olmadığını, cehizlərinin hazırda cavabdehlərin yaşadığı evdə olduğunu, ailəlikcə gəlib əvvəllər yaşadıqları hazırda cavabdehlərin yaşadıqları ünvan 3ində yerləşən evə köçüb yaşamaq qərarına gəlmişlər. Onların bağışlama müqaviləsindən məlumatı və həyat yoldaşı İddiaçı1 bu barədə razılığı olmamışdır. Göstərdiklərinə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini bir daha xahiş etmişdir. İş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və vəkil, vəkalətli nümayəndəsi Vəkil məhkəmə iclasında göstərmişdir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Belə ki, İddiaçı1 vərəsəliklə bağlı sənədləşmə aparılarkən onu təmsil etmək üçün qardaşı Nazim Aslanova etibarnamə vermişdir. Notariat Ofisində sənədləşmə aparılarkən Nazim Aslanov deməsinə görə bilmədən sənədlərə imza edərək İddiaçı1 payını notariat qaydasında Cavabdeh2 bağışlamışdır. Ona əsasən Cavabdeh2 evə görə çıxarış sənədi almışdır. İddiaçı tərəfin həmin sənəddən evə köçmək istəyərkən məlumatı olmuşdur. İddiaçıların başqa yerdə yaşayış yeri olmadığını, köçüb həmin evdə yaşamaq istədiklərini, onların əşyalarının da hazırda həmin evdə olduğunu bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş vəkil orderindən (seriya 0438571) görünür ki, İddiaçı1, İddiaçı2 Bərdə rayon Vəkil Bürosunun vəkili Vəkil ilə müqavilə bağlayaraq ona AR-İİİ № 407386 nömrəli etibarnamə vermiş və məhkəmə iclasında hüquqlarını müdafiə etməyi həvalə etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 göstərmişdir ki, İddiaçı1 qardaşı, Ramilə Osmanova isə gəlinləridir. İddiaçılar xx.xx.2023-cü il tarixli, 3M-137 saylı miras payın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və onun yaratdığı bütün digər hüquqi nəticələrin etibarsız hesab edilməsi və dövlət rüsumu olaraq 100 manat pulun cavabdehdən alınaraq onlara ödənlməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbinə qarşı etiraz edərək əsassız olduğunu bildirmişdir. Belə ki, onların yaşadıqları fərdi yaşayış evi atasının adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyat keçmişdir və o, 0,15 ha həyətyanı torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əldə etmişdir. O, İddiaçı1 Bakı şəhərindən torpaq sahəsi almışdır. İddiaçılar 30 ilə yaxındır ki, köçüb getmişlər. Anası ahıl adamdır daima ona qulluq etmişdir. Eləcə də hazırda da həmin ev onun istifadəsindədir. Gəncə Apellyasiya Məhkəməsinin qərarının düzgün qəbul edilmiş qərar olduğunu və qəbul etdiyini bildirmişdir. Miras payın bağışlanma müqaviləsinin qanuni sənəd olduğunu və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, iştirakı olmadan işə baxılmasını və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Odur ki, məhkəmə işə cavabdeh X4 iştirakı olmadan Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasasən baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X15 göstərmişdir ki, iddiaçı və cavabdeh tərəflə heç bir ədavəti olmamış, hər iki tərəf ona yaxın qohum olan şəxslərdir. İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Səltənət Aslanovaya və Cavabdeh2 qarşı miras payın bağışlanma müqaviləsi ləğv edilməsi və onun yaratdığı bütün digər hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi əsaslıdır. Belə ki, Cavabdeh2 atası Rəşid Aslanova məxsus həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə vərəsəlik işi açdırmış və Çıxarış sənədi almışdır. Həmin vaxtı qardaşı İddiaçı1 vərəsəliklə bağlı səlahiyyətləri ona vermişdir. Qanunu yaxşı bilmədiyindən qardaşı İddiaçı1 payına düşən hissəni Cavabdeh2 bağışlamışdır. Həmin vaxt vərəsəliyi qəbul etdiyini zənn etdiyi üçün sənədə imza etmişdir. Lakin sonradan ona qardaşı İddiaçı1 payını qardaşı Cavabdeh2 bağışlaması ilə bağlı sənədə imza etdiyi məlum olmuşdur. Bundan sonra Cavabdeh2 evə görə Çıxarış sənədi almışdır. Göstərdiklərinə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X16 göstərmişdir ki, İddiaçı1 qardaşı, Ramilə onun həyat yoldaşı, cavabdehlər Mahir qardaşı və Cavabdeh1 isə anasıdır. Onlarla heç bir ədavəti olmamışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlərə qarşı miras payın bağışlanma müqaviləsi ləğv edilməsi barədə iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi əsaslıdır. Belə ki, qardaşı Osman evin sonuncu övladıdır. Onun başqa yerdə yaşamağa imkanı yoxdur. Bakı şəhərində kirayədə yaşayır. Onların əşyaları hazırda da həmin evdədir. Osmana da vərəsə kimi həmin evdən pay düşməlidir. Onların iddiaları əsaslıdır, təmin edilməsini xahiş etmişdir. Üçüncü şəxs Tərtər rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə üçüncü şəxs Tərtər rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx.xx.2014-cü il tarixdə verilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1964-cü ildə Tərtər rayon Səhləbad kəndində anadan olmuş və hazırda həmin ünvanda qeydiyyatdadır. İşdə olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-226/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, X2, Cavabdeh2 və X9 iştirakları ilə Tərtər rayon Notariat Ofisində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 3M-137 saylı miras payın bağışlanma müqaviləsi ləğv edilsin, onun yaratdığı bütün digər hüquqi nəticələr etibarsız hesab edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçılara ödənilməsi qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-2317/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Tərtər Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(061)-226/2024 nömrəli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X6 və Cavabdeh2 qarşı üçüncü şəxslər Tərtər rayon Notariat Ofisi, X20 və X21 olmaqla xx.xx.2023-cü il tarixli, 3M-137 saylı miras payın bağışlanma müqaviləsinin ləğv hesab edilməsi və yaratdığıvı bütün digər hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş sorğu edilərək Tərtər rayon Notrait Ofisindən alınmış xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə vəfat etmiş X7 vərəsəsi : Tərtər rayon Səhləbad kəndi ünvanında qeydiyyatda olan Cavabdeh1 və o, miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********16 reyestr nömrəli,********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mərhum X8 məxsus olan ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0,15 ha olan torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi 0 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 3i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil, özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. İş materiallarına əlavə olunmuş sorğu edilərək Tərtər rayon Notrait Ofisindən alınmış xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə vəfat etmiş X7 vərəsəsi : Tərtər rayon Səhləbad kəndi ünvanında qeydiyyatda olan Cavabdeh2 və o, miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********16 reyestr nömrəli,********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mərhum X8 məxsus olan ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0,15 ha olan torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi 0 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 3i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil, özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. İş materiallarına əlavə olunmuş sorğu edilərək Tərtər rayon Notrait Ofisindən alınmış xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə vəfat etmiş X7 vərəsəsi : ünvan 4i ünvanında qeydiyyatda olan İddiaçı1 və o, miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********16 reyestr nömrəli,********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mərhum X8 məxsus olan ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0,15 ha olan torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi 0 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 3i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil, özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. İş materiallarına əlavə olunmuş sorğu edilərək Tərtər rayon Notrait Ofisindən alınmış xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ 277395 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş sorğu edilərək Tərtər rayon Notrait Ofisindən alınmış ünvan 3indən alınmış 118 saylı arayışın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 mərhum əri X14 xx.xx.1994-cü ildə ölənədək ünvan 3ində yaşamışdır. Mərhum ölən vaxt onunla birgə təsərrüfatda yaşayan nümayəndəliyə məlum olan ailə üzvləri arvadı Cavabdeh1, Cavabdeh2 və İddiaçı1 ibarətdir. İş materiallarına əlavə olunmuş sorğu edilərək Tərtər rayon Notrait Ofisindən alınmış İİ İE 111909 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 xx.xx.1961-ci ildə Tərtər rayon (keçmiş Mirbəşir) Səhləbad kəndində anadan olmuş, həmin sənəddə ata qrafasında X14, ana qrafasında Hüseynova (Aslanova) Səltənət Möhsüm qızı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş sorğu edilərək Tərtər rayon Notrait Ofisindən alınmış AZ 606811 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 xx.xx.1964-cü ildə Tərtər rayon Səhləbad kəndində anadan olmuş, həmin sənəddə ata qrafasında X14, ana qrafasında Hüseynova (Aslanova) Səltənət Möhsüm qızı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş sorğu edilərək Tərtər rayon Notrait Ofisindən alınmış “Elektron notariat” avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 xx.xx.2023-cü il tarixdə X12 etibarnamə vermişdir. İş materiallarına əlavə olunmuş sorğu edilərək Tərtər rayon Notrait Ofisindən alınmış Cavabdeh1, Cavabdeh2 və İddiaçı1 verdiyi **********064 saylı ərizənin təsdiq olunmuş surətindən görünür ki, 1994-cü il noyabr ayının 28-də ünvan 5i ünvanında qeydiyyatda olan X14 vəfat etmişdir. Ondan qalan miras daşınar və daşınmaz əmlakdan ibarətdir. Göstərilən əmlaka dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. İş materiallarına əlavə olunmuş sorğu edilərək Tərtər rayon Notrait Ofisindən alınmış Cavabdeh1, Cavabdeh2 və İddiaçı1 verdiyi **********064 saylı ərizənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 və İddiaçı1 bu müqaviləyə əsasən onlar birinci tərəf Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-403 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən hər biri öz payına düşən 1/3 miras paylarını bütövlükdə ikinci tərəf Cavabdeh2 bağışlayırlar. Məhkəmə işdə iştirak edən iddiaçıları, vəkili, vəkalətli nümayəndəni, cavabdehi dinləyib, həmçinin iş materiallarını tam və hərtərəfli araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş həqiqi hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı aydın olmuşdur ki, hər iki tərəfin qeyd etdiyi kimi, həqiqətən Notariat Ofisində Cavabdeh1, Cavabdeh2 və İddiaçı1 verdiyi **********064 saylı ərizə ilə Cavabdeh1 və İddiaçı1 bu müqaviləyə əsasən onlar birinci tərəf Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-403 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən hər biri öz payına düşən 1/3 miras paylarını bütövlükdə ikinci tərəf Cavabdeh2 bağışlamışlar. Həmin sənədə İddiaçı1 vəkalətli nümayəndəsi X20 imza etmişdir. Bu hallar məhkəmədə elan olunmuş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında izahat vermiş İddiaçı1 göstərmişdir ki, atası Rəşid Aslanovun adına olan 0,15 ha torpaq sahəsinə görə qardaşı Cavabdeh2 çıxarış almışdır. Həmin çıxarışdan onun məlumatı olmamışdır. Çıxarışla Tərtər rayon Notariat Ofisinə müraciət etmiş, Notariat Ofisində vərəsəlik işi açılmışdır. Mərhum atası X7 vərəsələri olaraq o, hal-hazırda qardaşı Cavabdeh2 və anası Cavabdeh1 göstərilmişdir. Həmin vaxt o, Rusiya Federasiyasında olduğundan, vərəsəliyin qəbul edilməsi səlahiyyətlərini digər qardaşı Nazim Aslanova vermişdir. Nazim Aslanov onu notariat orqanlarında təmsil etmişdir. Nazim Aslanovla onun adından vərəsəliyi qəbul etmişdir. Ancaq bundan sonra onlar həyat yoldaşı İddiaçı2 ilə Tərtər Rayin Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək atasına məxsus əmlaka köçmək istəyərkən, sənədlərin içərisində Cavabdeh2 Çıxarış təqdim edərək 0,15 ha torpaq sahəsinin onun adına sənədləşdirdiyini bildirmişdir. Bu sənədin necə əldə edildiyini müəyyən etmək üçün vəkil sorğusu ilə Tərtər rayon Notariat Ofisinə müraciət edilmişdir. Alınmış vərəsəlik haqqında sənədlərdən məlum olmuşdur ki, vərəsəlik zamanı etibarnamə vermiş olduğu qardaşı Nazim Aslanov ona düşən torpaq payını Cavabdeh2 bağışlamışdır. Bu faktı öyrəndikdən sonra Nazim Aslanovla danışmış, ona nəyə görə payını Cavabdeh2 bağışlamasını soruşmuşdur. Nazim Aslanov payı bağışlamadığını, sadəcə vərəsəliyi qəbul etdiyini bildirmişdir. Lakin bağışlama müqaviləsində Nazim Aslanovun imzasını ona bildirdikdə, onun bağışlama vermədiyini, sadəcə olaraq vərəsəliklə bağlı sənədlərə imza etdiyini bildirmişdir. Onun vərəsəlik payını bağışlamaqda niyyəti olmamışdır. Hazırda o, arvadı Ramilə və övladları xx.xx.2006-cı il tarixdə anadan olmuş X13 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X11 ilə birlikdə kirayədə yaşayırlar. Onların bütün əşyaları ata evində qalmışdır. O, hüquqlarının pozulduğuna görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş Cavabdeh2 göstərmişdir ki, iddiaçıların xx.xx.2023-cü il tarixli, 3M-137 saylı miras payın bağışlanma müqaviləsinin ləğv edilməsi və onun yaratdığı bütün digər hüquqi nəticələrin etibarsız hesab edilməsi və dövlət rüsumu olaraq 100 manat pulun cavabdehdən alınaraq onlara ödənlməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiklərini, iddia tələbinə qarşı etiraz edərək əsassız olduğunu bildirdiyini, belə ki, onların əvvəl verdikləri tələblərinə Gəncə Apellyasiya Məhkəməsində baxılmış və iddialarının təmin edilməsi ilə bağlı qəbul edilmiş Tərtər Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Onlar yenidən iddia qaldırmışlar. Onların yaşadıqları fərdi yaşayış evi atasının adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçdiyini və o, 0,15 ha həyətyanı torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əldə etdiyini, iddiaçıların xeyli müddətdir ki, köçüb getdiklərini, anasına daima qulluq etdiyini, eləcə də hazırda da həmin evin onun istifadəsində olduğunu, xx.xx.2023-cü il tarixli, 3M-137 saylı miras payın bağışlanma müqaviləsinin qanuni sənəd olduğunu və bununla da iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.Məhkəmə iclasında izahat vermiş Nazim Aslanov göstərmişdir ki, həqiqətən qardaşı İddiaçı1 ona etibarnamə verərək notariat Ofisində vərəsəliklə bağlı sənədlərə imza etməyi həvalə etmişdir. Lakin Notairiat ofisində sənədləşmələrə imza etdikdən sonra məlum olmuşdur ki, o, atasından miras qalmış qardaşı İddiaçı1 çatan payı digər qardaşı Cavabdeh2 bağışlamaq haqqında müqaviləyə imza etmişdir. Həmin müqavilənin ləğv edilməsini xahiş etmişdir. Eləcə də məhkəmə iclasında izahat vermiş İlham Aslanov göstərmişdir ki, qardaşı İddiaçı1 evin balaca övladı olmuşdur. O da atasının vərəsəsidir. Ona da atasından miras qalmış evdən pay düşməlidir. Göstərduiklərinə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, üçüncü şəxs Nazim Aslanovun verdiyi ifadə həqiqətə uyğun verilmiş ifadədir və iş üzrə sübut növü kimi qəbul edilməsini məqsədəmüvafiqdir. Göründüyü kimi mübahəsəli fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüquqi ilə məhdudlaşmamışdır. Həmin əmlaka dair mülkiyyət hüququ tam olaraq əvvəl Rəşid Aslanova, sonra isə bağışlama müqaviləsi ilə Cavabdeh2 adına sənədləşdirilmişdir. Məhkəmə iclasinda elan olunmuş şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, iddiacılar Tərtər rayon Səhləbad kəndində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. İş materiallarından aydın olur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq bağışlama müqaviləsi hədiyyə edən Nazim Aslanov qardaşı İddiaçı1 ona verdiyi etibarnamə əsasında vərəsəliklə bağlı sənədlərə imza etdiyini zənn etmiş, lakin İddiaçı1 tərəfdən müqavilənin bağlanmasında iştirak etmişdir. Həmin Məcəllənin 666.2-ci maddəsinin mənasına görə bağışlama predmeti mülki dövriyyədə olan istənilən əşyalar ola bilər. Qeyd olunan Məcəllənin 667.1-ci maddəsinə görə fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 669-cu maddəsinə görə nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər. Həmin Məcəllənin 670.3-cü maddəsinə görə bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Məcəllənin 673-cü maddəsi hədiyyə verən şəxsə hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətməsi /673.1.1/, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması /673.1.2/, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etməməsi halları üçün bağışlamadan imtina hüüqqunu verir. Məhkəmə dərhal qeyd edir ki, bağışlayan bu hüquqdan əmlakın verilməsinə qədər istifadə edə bilər. Məhkəmədə elan edilmiş Tərtər Rayon Məhkəməsinin Tərtər Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(061)-226/2024 nömrəli qətnaməsi ilə, X2, Cavabdeh2 və X9 iştirakları ilə Tərtər rayon Notariat Ofisində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 3M-137 saylı miras payın bağışlanma müqaviləsi ləğv edilsin, onun yaratdığı bütün digər hüquqi nəticələr etibarsız hesab edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçılara ödənilməsi qət edilmişdir. Eləcə də məhkəmədə elan edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-2317/2024 nömrəli qətnaməsi ilə, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-226/2024 nömrəli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X6 və Cavabdeh2 qarşı üçüncü şəxslər Tərtər rayon Notariat Ofisi, X20 və X21 olmaqla xx.xx.2023-cü il tarixli, 3M-137 saylı miras payın bağışlanma müqaviləsinin ləğv hesab edilməsi və yaratdığıvı bütün digər hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-2317/2024 nömrəli qətnaməsində açıqlama verilərək qeyd edilmişdir ki, mülki qanunvericiliyin tələblərinə görə etibarsızlıq anlayışı əqdin hüquqi nəticə əmələ gətirə bilməməsi halını ifadə edir. Bu halda əqd hüquqa zidd şəkildə bağlandığı üçün, hüquq bu əqdləri tanımır və bu əqdləri tanımır və bu əqdlər hüquq və öhdəliklər əmələ gətirmir. Ləğv edilmə anlayışı isə, etibarlı olan əqdlər üzrə əmələ gələn mövcud və davam edən hüquq münasibətlərinin birtərəfli olaraq aradan qaldırılması hallarını ifadə edir. Beləliklə, etibarsızlıq əqdin bağlanılması halları, yəni başlanğıcdan ğqdin bağlanması anında mövcud olan hüquqda ziddiyyətlik səbəbi ilə əmələ gəlir. Ləğvetmə anlayışı isə, etibarlı ğqdlərin əmələ gəldikləri hüquqi nəticələrin əqdin tərəfləri baxımından birtərəfli olaraq aradan qaldırılması hallarını ifadə edir. Yəni ləğvetmə anlayışı, etibarsız ğqdlərlə deyil, etibarlı əqdlərlə bağlı olan hallara aid anlayışdır. Ləğvetmə bunun baş verdiyi andan sonrası üçün hüquqi nəticə əmələ gətirir.İddiaçı1 iddia dəlillərində və apellyasiya icraatı zamanı verdiyi izahatında qardaşı Nazim Aslanovun onun etibarnaməsi əsasında miras paya dair vərəsəlik şəhadətnaməsi əlsa da, həmin payın Cavabdeh2 bağışlanarkən, Nazimin aldadılması və onun belə niyyətinin olmamasını göstərdiyi üçün, belə olan halda, o, əslində bağlanılan əqdin etbarsızlılığı irəli sürə bilərdi və həmin tələbə əqdin etbarsızlığı tənzimedən madi normalar baxımından hüquqi qiymət verilə bilərdi. Lakin iddiaçı \qdin etibarsızlılığını deyil, ləğvini irəli sürmüşdür və bu o deməkdir ki, o əslində əqdin etibarlılığı qəbul eedir, lakin etibarlı olan əqdlər üzrə əmələ gələn mövcud və davam edən hüquq münasibətlərinin birtərəfli olaraq aradan qaldırılması hallarını ifadə edir. Belə ki, iddiaçılar bağışlama müqaviləsinin ləğv edilməsini xahiş etmişlər ki, bu da ona dəlalət edir ki, bu tələbi irəli sürən şəxs müqavilə üzrə qanuni bağlanmasını və onun ləğv edilməsini tələb etdiyi vaxta kimi doğurduğu hüquqi nəticələri tanıyır. Lakin iddia qaldırılan vaxtdan müqavilənin davam etməsini arzulamır. Məhkəmə kollegiyası iddianın həmin müqavilənin əsasında tərtib olunmuş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab olunmasına dair hissəsi ilə bağlı qeyd edir ki, iddianın xx.xx.2023-cü il tarixli, 3M-137 reyestr nömrəli bağlama müqaviləsinin ləğv olunması hissəsinin təmin olnunmaması, həmin müqavilə əsasında tərtib olunmuş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab olunması barədə hissəsinin də əsassızlığını ehtiva edir. Məhkəmə araşdırmaları zamanı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən aydın olmuşdur ki, hazırda iddiaçılar qeyd olunan normanın tələblərinə uyğun olaraq bağışlama müqaviləsinin və onun yaratdığı bütün digər hüquqi nəticələrin etibarsız edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişlər. Məlum olmuşdur ki, İddiaçı1 qardaşı Nazim Aslanova etibarnamə verərək vərəsəliklə bağlı sənədləşməyə imza etməyi həvalə etsə də Nazim Aslanov atasından miras qalmış payın 29 mart 2023-cü il tarixdə İddiaçı1 adından qardaşı Cavabdeh2 bağışlama müqaviləsi ilə hədiyyə etmişdir. İddiaçılar hazırda başqa yerdə yaşamağa yaşayış yeri olmadığından, ailəlikcə kirayədə yaşadıqlarından, son zamanlan mübahisəli evə köçmək istəyərkən bağışlama prosesindən məlumatları olmuş və dərhal həmin sənədlərin əvvəl ləğv edilməsi, hazırda isə etibarsız hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair 19 dekabr 2012ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 670.1-ci maddəsinə uyğun olaraq bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Qərarda qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.3-cü maddəsinə müvafiq olaraq hədiyyə verənin və onun vərəsələrinin hədiyyə alanın bağışlama müqaviləsi üzrə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı iddia vermələrinin mümkünlüyü bağlanmış bağışlama müqaviləsindən irəli gəlir. Göründüyü kimi Konstitusiya Məhkəməsi Plenumunun Qərarının və MM-nin 670.3-cü maddəsinin mahiyyəti hədiyyə verənin və onun vərəsələrinin bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi halı üçün iddia vermək hüququnu nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 389.2-ci maddəsində göstərilmişdir ki, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Yuxarıda qeyd edildiyi kimi Mülki Məcəllənin 668.1.1-ci maddəsinə görə daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə o etibarlı sayılır. Həmin Məcəllənin 673.3-cü maddfəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Həmin Məcəllənin 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Qanunun tələblərindən göründüyü kimi İddiaçı1 29 mart 2023-cü il tarixli bağışlama müqaviləsindən məlumatı olan kimi 14 dekabr 2023-cü il tarixdə həmin müqavilənin və onun yaratdığı bütün digər hüquqi nəticələrin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu da iddiaçının bağışlama müqaviləsindən imtina etməsi üçün müddətin ötmədiyinə dəlalət edir. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçılar qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olaraq iddia tələblərinin hüquqi əsaslarını nə iddia ərizələrində nə də məhkəmə zamanı mötəbər sübutlarla sübuta yetirə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər X6 və Cavabdeh2 qarşı üçüncü şəxslər Tərtər rayon Notariat Ofisi, X20 və X21 olmaqla xx.xx.2023-cü il tarixli, 3M-137 saylı miras payın bağışlanma müqaviləsi etibarsız edilməsi və yaratdığı bütün digər hüquqi nəticələrin ləğv edilməsi, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi tələbinə dair iddiaları təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 227, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. X2, Cavabdeh2 və X9 iştirakları ilə Tərtər rayon Notariat Ofisində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 3M-137 saylı miras payın bağışlanma müqaviləsi etibarsiz hesab edilsin, onun yaratdığı bütün digər hüquqi nəticələr ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçılara ödənilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar