Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-568/2025 01.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Tərtər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının səlahiyyətli nümayəndəsi X2 iştirakları ilə Ərizəçi maraqlı şəxs Tərtər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyası olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək xx.xx.1988-ci il tarixdə anadan olmuş qızları X1 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi göstərmişdir ki, X5 onun doğma qızıdır. Gülşən xx.xx.1988-ci ildə Tərtər rayonunun Evoğlu kəndində onunla X3 birgə nikahlarından olmuşdur. Gülşən “oliqofreniya kəskin debillik dərəcəsində emosional iradi pozğunluqla diaqnozu ilə xəstəlikdən əziyyət çəkir. Hərəkətlərini ölçüb-biçmək iqtidarında deyildir. O, hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək imkanına malik olmadığı üçün fəaliyyət qabiliyyətli olmayan hesab edilməli və ona qəyyum təyin edilməlidir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də qızı X1 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi məhkəmə qaydasında müəyyən edilməlidir. Bu faktın müəyyən edilməsi ona qızının üzərində qəyyum təyin edilməsi üçün lazımdır. Belə ki, müəyyən sənədləşmələr aparmaq üçün Gülşənin üzərində qəyyum təyin edilməsinə ehtiyac vardır. İş üzrə məhkəmə psixiatrik ekspertizası təyin edilmiş və rəy alınmışdır. Həmin rəylə tanış olmuş və etirazı olmadığını bildirmişdir. Yuxarıda göstərilənlərə əsasən xx.xx.1988-ci il tarixdə anadan olmuş qızları X1 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini bir daha xahiş etmişdir. Məhkəmə iclasında Tərtər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının səlahiyyətli nümayəndəsi X6 göstərmişdir ki, iş materiallarında olan sənədlərdən görünür ki, Ərizəçi övladı xx.xx.1988-ci il tarixdə anadan olmuş qızları X5 əqli cəhətdən xəstə olmuşdur. Rəydən aydın olur ki, X5 psixoloji xətədir və özünü dərk etmək qabiliyyətində deyildir və fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsaslar mövcuddur. Odur ki, göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmədə elan olunmuş Tərtər rayon Evoğlu kənd İƏD-i üzrə nümayəndənin verdiyi 16 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Tərtər rayon Evoğlu kəndində yaşayır. Məhkəmədə elan olunmuş Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədin surətindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X5 “oliqofreniya kəskin debillik dərəcəsində emosional iradi pozğubluqla” diaqnozu ilə müddətsiz İİİ qrup əlildir. Məhkəmədə elan olunmuş doğum haqqında arayışın təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.1988-ci il təvəllüdlü olmaqla, həmin sənəddə ata qrafasında Ərizəçi, ana qrafasında X7 qeyd edilmişdir. Məhkəmədə elan olunmuş Ağdam rayon X13 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 516 saylı sorğuya cavab məktubundan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X5 xx.xx.2006-cı il tarixdən “Yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, F 70.1.” diaqnozu ilə Ağdam X13ndə dispanser müşahidəsindədir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatriya X8 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 347 saylı məhkəməpsixiatrik ekspertizasının rəyindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X5 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə xəstəlyindən əziyyət çəkir. xx.xx.1988-ci il təvəllüdlü X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və özünü idarə etmək iqtidarında deyildir. xx.xx.1988-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Məhkəmə ərizəçini və maraqlı şəxs Tərtər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının səlahiyyətli nümayəndəsini dinlədikdən sonra araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ərizəçinin övladı xx.xx.1988-ci il təvəllüdlü X5 onun doğma qızıdır. Gülşən xx.xx.1988-ci ildə Tərtər Rayonunun Evoğlu kəndində onunla X3 birgə nikahlarından olmuşdur. Gülşən “oliqofreniya kəskin debillik dərəcəsində emosional iradi pozğunluqla diaqnozu ilə xəstəlikdən əziyyət çəkir. Hərəkətlərini ölçüb-biçmək iqtidarında deyildir. O, hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək imkanına malik olmadığı üçün fəaliyyət qabiliyyətli olmayan hesab edilməli və ona qəyyum təyin edilməlidir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Onun valideyni kimi getdiyi idarə və müəssisələrdə Gülşənin fəaliyyət qabiliyyətsiz şəxs hesab edilməsi və onun üstündə qəyyum müəyyən edilməsi tələb olunur. Onun psixi vəziyyətlərini və həmçinin fəaliyyət qəabiliyətsiz şəxs olub-olmamasını müəyyən etmək üçün məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Alınmış ekspertiza rəyində onun hal-hazırda fəaliyyət qabiliyyətsiz hesab edilə bilməsi qeyd edilmişdir. Ərizənin təmin edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.https://www.e-qanun.az/framework/46944 Azərbaycan Respublikası MPM-in 305.1.3-cü maddəsində göstərilmişdir ki, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabaliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsində göstərilmişdir ki, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların ( valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya ( psixonevroloji ) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsində göstərilmişdir ki, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabaliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisəsinin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsində göstərilmişdir ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İş materiallarını, ərizəçilərin, maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin izahatını, ekspert rəyini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1988-ci ildə Tərtər rayonu, Evoğlu kəndində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilən xx.xx.1988-ci ildə Tərtər rayonu, Evoğlu kəndində anadan olmuş X1 üzərində qəyyumluq təyin edilməsi üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verilməlidir. Ərizəçi xx.xx.1988-ci ildə Tərtər rayonu, Evoğlu kəndində anadan olmuş X4 qəyyum təyin edilməsi məsələsi ilə bağlı onun yaşayış yeri üzrə Tərtər rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Oorqanına müraciət etmək hüququ izah edilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 və 364-cü maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1988-ci ildə Tərtər rayonu, Evoğlu kəndində anadan olmuş X5 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-568/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-568/2025
01.09.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver