Məhkəmə qərarları › İş №2(061)-58/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-58/2025

30.09.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-58/2025 30.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firuddin oğlunun katibliyi, Tərtər RİHB-ın Qəyyumluq və Himayəçilik Komissiyasının məsləhətçi psixoloqu X4 iştırakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Tərtər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 X2maqla ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək bacısı xx.xx.1953-cü il tarixdə Tərtər rayon Mamırlı kəndində anadan olmuş, bacısı X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki iddia tələbi üzrə məhkəmə iclasları xx.xx.2025-ci il tarixə saat 10:30-a və 30 sentyabr 2025-ci il tarixə saat 09:45-ə təyin edilmiş, Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi ümumiyyətlə heç bir məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. İş materiallarına əlavə olunmuş xəbərnamələrdən görünür ki, tərəflər məhkəmə bildirişlərini xəbərnaməyə imza etməklə qəbul etmişlər. SMS xəbərdarlıq bildirişləri ərizəçiyə çatdırılmışdır. Məhkəmə iclasında iştirak edən maraqlı şəsx Tərtər RİHB-ın Qəyyumluq və Himayəçilik Komissiyasının məsləhətçi psixoloqu X6 hazırki mülki iş üzrə Ərizəçi təkrarən məhkəmə iclasına üzürlü səbəb olmadan iştirak etmədiyinə görə ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini, ərizəyə mahiyyəti üzrə baxılmasına tələb etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizənin baxılmamış saxlanılması üçün əsas sayılır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 saylı Qərarının 9.1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokolunda bu barədə müvafiq qeydiyyat aparılmaqla rəsmiləşdirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 259.0.6, 259.0.7, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar