Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-599/2025 21.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, Tərtər rayon Aqrar islahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli 02 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə 0,04 ha torpaq sahəsinə görə verilmiş JN 244, KOD 61101004 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnaməsində onun yəni Ərizəçi torpaq sənədində 2-ci sırada texniki səhv olaraq X1 qeyd edilməsinə baxmayaraq həmin sənədin ona Ərizəçi və torpaq sənədində adları göstərilən ailə üzvlərinə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Tərtər rayon Aqrar islahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli 02 saylı qərarı ilə ona və ailə üzvlərinin mülkiyyətinə 0,04 ha torpaq sahəsinə görə JN 244, KOD 61101004 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnamədə onun yəni Ərizəçi adı torpaq sənədində 2-ci sırada texniki səhv olaraq X1 qeyd edilmişdir. Qeyd etdiyi səhvə görə sənədləşmədə problem yaranmışdır. Bu problemlə bağlı maraqlı şəxsin Tərtər rayon Şöbəsinə müraciət etmiş, ona həmin texniki səhvlərin düzəldilməsi üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Ona görə də ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərinə əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi məhkəməyə elektron qaydada ünvanladığı ərizəsində nümayəndənin iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini, sözügedən iddia tələbinə dair qanunauyğun qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Mirbəşir rayon VVAQ Bürosu tərəfindən verilmiş AZ № ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.1965-ci ildə Mirbəşir rayonunda anadan olmuş, həmin sənəddə ata qrafasında X7, ana qrafasında X4 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-T № ******* saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 ilə X3 arasında nikah xx.xx.1983-cü ildə 129 nömrə ilə qeydə alınmışdır. Həmin sənəddə ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il təvəllüdlüdür. İş materiallarına əlavə edilmiş Tərtər rayon Aqrar islahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli 02 saylı qərarı ilə ona və ailə üzvlərinin mülkiyyətinə 0,04 ha torpaq sahəsinə görə JN 244, KOD 61101004 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi adı torpaq sənədində 2-ci sırada texniki səhv olaraq X1 qeyd edilmişdir. İşdə olan Tərtər şəhər İƏD-i üzrə nümayəndənin verdiyi 275 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Tərtər şəhəri N.Süleymanov küçəsində yaşayır. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçilərin tələbi haqlı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Tərtər rayon Aqrar islahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli 02 saylı qərarı ilə ərizəçiyə və onun ailə üzvlərinin mülkiyyətinə 0,04 ha torpaq sahəsinə görə JN 244, KOD 61101004 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnamədə ərizəçinin yəni Ərizəçi adı torpaq sənədində 2-ci sırada texniki səhv olaraq X1 qeyd edilmişdir. Hazırda ərizəçi sənəddəki soyad və ad uyğunsuzluğu səbəbindən mülkiyyətlərində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçilərə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN:244 saylı “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin JN:244 saylı “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamənin ərizəçıyə və digər ailə üzvünə məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırılan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Aqrar islahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli 02 saylı qərarı ilə ərizəçi və ailə üzvlərinin mülkiyyətinə 0,04 ha torpaq sahəsinə görə verilmiş JN 244, KOD 61101004 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnaməsində Ərizəçi adı torpaq sənədində 2-ci sırada texniki səhv olaraq X1 qeyd edilməsinə baxmayaraq həmin sənədin ona Ərizəçi və torpaq sənədində adları göstərilən ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Aqrar islahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli 02 saylı qərarı ilə ərizəçi və ailə üzvlərinin mülkiyyətinə 0,04 ha torpaq sahəsinə görə verilmiş JN 244, KOD 61101004 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnaməsində ərizəçinin yəni Ərizəçi adı torpaq sənədində 2-ci sırada texniki səhv olaraq X1 qeyd edilməsinə baxmayaraq həmin sənədin Ərizəçi və torpaq sənədində adları göstərilən ailə üzvlərinə məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-599/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-599/2025
21.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver