Məhkəmə qərarları › İş №2(061)-640/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-640/2025

13.03.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-640/2025 13.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə aralarında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Maraqlı şəxs ilə faktiki olaraq ailə qurmuş, nikahları rəsmi qeyd edilməmişdir. Onların birgə yaşadıqları dövrdə xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X8 adlı uşaqları olmuşdur. Maraqlı şəxs uşaqlara atalıq vermiş və atalığın müəyyən edilməsi haqqında şəhadətnamələr alınmışdır. Onların arasında olan münasibətləri pozulduğundan Mediasiya Şurasına müraciət etmişlər. Mediatorun iştirakı ilə aralarında tərəflərin qeyrirəsmi nikahlarından olmuş xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X8 adlı uşaqların onun hİmayəsində saxlanılmalarına və onların saxlanılmaları üçün Maraqlı şəxs hər ay hər uşaq üçün 120 manat olmaqla, ümumilikdə 240 manat alimentin alınıb ona verilməsi barədə barışıq sazişi imzalanmışdır. Lakin keçən müddət ərzində cavabdehlə barışıq sazişinin alimentə dair hissəsinin maraqlı tərəf könüllü olaraq icra etməmiş və icradan da imtina etmişdir. Hesab etmişdir ki, mediasiya prosesi zamanı təsdiq olunmuş barışıq sazişi nəzərdə tutulan müddət ərzində icra olunmadığından təsdiq olunmalıdır. Ona görə də barışıq sazişinin alimentin verilməsinə dair hissəsinin şərtləri məcburi qaydada icra edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, Maraqlı şəxs ilə aralarında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini bir daha xahiş etmişdir. Cavabdeh Maraqlı şəxs məhkəmə iclasında göstərmişdir ki, həqiqətən Zeynəb Haqverdiyeva ilə qeyri-rəsmi ailə qurmuş və onların xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X8 adlı uşaqları olmuşdur. Aralarında olan münasibətləri pozulduğundan Mediasiya Şurasına müraciət etmişlər. Mediatorun iştirakı ilə aralarında barışıq sazişi imzalanmışdır. Maddi vəziyyəti ilə bağlı barışıq sazinin alimentə dair hissəsini icra edə bilməmişdir. Hazırda iddiaçı ilə aralarında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsinə etiaz etmədiyini bildirmişdir. Məhkəmədə elan olunmuş AZ-İ № 381642 nömrəli və AZ-İ № 415400 nömrəli atalıq haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Maraqlı şəxs X2 olmuş xx.xx.2019-cu il təvəllüdlü X3 və X2 olmuş xx.xx.2021-ci il təvəllüdlü X8 adlı uşaqların atası hesab edilmişdir. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə yaşadıqları dövrdə xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X8 adlı uşaqları olmuşdur. Məhkəmədə elan olunmuş Mediasiya Şürasının xx.xx.2024-cü il tarixli barışıq sazişinin 2-ci bəndindən görünür ki, ikinci tərəf (Maraqlı şəxs) birinci tərəfin (X5) verdiyi təkliflə tanış olaraq qismən razılaşdığını bildirmişdir. Aparılmış söhbət zamanı ikinci tərəf bildirmişdir ki, qeyri-rəsmi nikahlarından olan, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X6 birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazı olmadığını, azyaşlı övladlarının saxlanılması üçün hər ay bir uşağa 120 manat olmaqla, cəmi 240 manat məbləğində alimenti birinci tərəfin xeyrinə ödəməyə gücünün çatacağını bildirmişdir. Barışıq sazişinin 3-cü bəndinə əsasən tərəflərə barışıq sazişinin şərtləri izah olunmuş və tərəflər arasında qyed olunan şərtlərlə barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin 4-cü bəndinə əsasən ikinci tərəf qeyri-rəsmi nikahlarından olan xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X6 birinci tərəfin himayəsində saxlanılmasına tam razı olduğunu bildirmiş və birinci tərəflə qarşılıqlı razılığa gəlmişlər. Barışıq sazişinin 5-ci bəndinə əsasən ikinci tərəf qeyri-rəsmi nikahlarından olan xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat məbləğində aliment birinci tərəfin xeyrinə ödəməyi öz öhdəsinə götürmüşdür və birinci tərəflə qarşılıqlı razılığa gəlmişlər. Barışıq sazişinin 6-cı bəndinə əsasən tərəflər arasında digər mübahisələrin olmadığı göstərilmişdir.Bu saziş tam imzalandığı gündən qüvvəyə minir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını, barışıq sazişini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər qeyri-rəsmi ailə qurmuşlar. Onların birgə yaşadıqları dövrdə xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X8 adlı uşaqları olmuşdur. Aralarında olan mübahisələrə görə onlar ayrılmışlar. X5 aralarındakı fikir ayrılığı və mübahisəni qarşlıqlı razılıqla həll etmək üçün aralarında yuxarıda qeyd edilən şərtlərlə xx.xx.2024-cü il tarixdə barışıq sazişi imzalamışlar. Lakin Maraqlı şəxs oğlu barışıq sazişini könüllü olaraq icra etməmiş və icradan imtina etmişdir. Ona görə də ərizəçi aliment ödənilməsi ilə bağlı barışıq sazişinin məcburi qaydada icra edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası MPM-in 305-ci maddəsində göstərilmişdir ki, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında xüsusi icraat qaydasında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 306-cı maddəsində göstərilmişdir ki, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-in 355-23.1-cı maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi crası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal ictisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 355-23.2-cı maddəsində göstərilmişdir ki, Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Ərizəçi haqlı olaraq Tərtər Rayon Məhkəməsinə sözügedən ərizə ilə müraciət etmişdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitinin öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağa öz öhdəsinə götürür. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq hüquqları haqqında» BMT Konvensiyanın 3-cü maddəsində də, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq Konvensiyalarla, istərsə də daxili qanunvericiliklə uşaqların normal şəraitdə, fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün imkanlardan maksimum dərəcədə istifadə olunması göstərilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, hazırki halda alimentin tutulmasının əvvəli tərəflər arasında Mediasuya Şürasının xx.xx.2021-ci il tarixli barışıq sazişinin tərtib olunduğu gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi hazırki vəziyyətdə baxılan tələblə bağlı belə hal müəyyən edilməmişdir. İş materiallarını, ərizəçinin və maraqlı şəxsin izahatlarını, Mediasiya Şürasının qərarı ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişini və iş materiallarına əlavə edilmiş sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi Maraqlı şəxs ilə aralarında Mediasiya Şürasının xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilməli, Maraqlı şəxs xx.xx.2019-cu təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment alınıb Ərizəçi verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi Maraqlı şəxs ilə aralarında Mediasiya Şürasının xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs xx.xx.2019-cu təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment alınıb Ərizəçi verilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın və dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə)Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar