Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-729/2025 06.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə 06 may 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Tərtər rayon Seyidimli kəndində yerləşən 1,37 ha torpaq sahəsinə görə verilmiş JN 449, KOD 61100058 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında onun adı, ata adı və soyadının X12 əvəzinə Ərizəçi kimi oxunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında əriziçi Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 22 saylı qərarı ilə onun və digər ailə üzvlərinin mülkiyyətinə Tərtər rayon Seyidimli kəndi ərazisində 1,37 ha pay torpaq sahəsi ayrılmış və bu barədə onlara JN 449, KOD 61100058 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsi ilə əlaqədar yenidən sənədləşmə işləri aparılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edilmiş və orada müəyyən olunmuşdur ki, X19 uyğunsuzluq vardır. Belə ki, özünün cinsi qadın, adı, ata adı və qızlıq soyadı Cəfərova (hazırda Mehtiyeva) Aysel Təyyub qızı olsa da, Dövlət Aktında səhvən cinsi kişi kimi, adı, ata adı və soyadı isə səhvən X4 qeyd edilmişdir. Halbu ki, ailələrində ümumiyyətlə X12 adlı bir şəxs olmamışdır. Həmin uyğunsuzluqlar səbəbindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsində yenidən sənədləşmə işlərinin aparılması mümkün olmamış və uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Qeyd edilən uyğunsuzluqlar səbəbindən torpağa dair yenidən sənədləşmə işlərinin aparılmasında və həmin torpaq sahəsi üzərində onun (və digər ailə üzvlərinin) sərəncam hüququnun həyata keçirilməsində müəyyən çətinlik yaranmışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərmişdir ki, ərizəçi onun doğma qızıdır. Torpaq islahatı zamanı ailə üzvləri özü, əri X9, oğlu X6, qızı Cəfərova (hazırda Mehtiyeva) Aysel Təyyub qızı və qaynanası X1 ibarət olmuşdur. Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 22 saylı qərarı ilə onların mülkiyyətlərinə Tərtər rayon Seyidimli kəndi ərazisində verilmiş 1,37 ha həyətyanı torpaq sahəsinə dair JN 449, KOD 61100058 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında qızının adı, ata adı və qızlıq soyadı Cəfərova (hazırda Mehtiyeva) Aysel Təyyub qızı olsa da, Dövlət Aktında səhvən cinsi kişi kimi, adı, ata adı və soyadı isə səhvən X4 qeyd edilmişdir. Ailələrində ümumiyyətlə X12 adlı bir şəxs olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində göstərmişdir ki, ərizəçi onun doğma qızıdır. Torpaq islahatı zamanı ailə üzvləri özü, arvadı X8, oğlu X6, qızı Cəfərova (hazırda Mehtiyeva) Aysel Təyyub qızı və anası X1 ibarət olmuşdur. Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 22 saylı qərarı ilə onların mülkiyyətlərinə Tərtər rayon Seyidimli kəndi ərazisində verilmiş 1,37 ha həyətyanı torpaq sahəsinə dair JN 449, KOD 61100058 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında qızının adı, ata adı və qızlıq soyadı Cəfərova (hazırda Mehtiyeva) Aysel Təyyub qızı olsa da, Dövlət Aktında səhvən cinsi kişi kimi, adı, ata adı və soyadı isə səhvən X4 qeyd edilmişdir. Ailələrində ümumiyyətlə X12 adlı bir şəxs olmamışdır. İşdə olan Tmirbəşir rayon Seydimli kənd soveti tərəfindən verilmiş xx.xx.1988-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamə sahibinin soyadı, adı, atasının adı və cinsi X2 yazılmışdır. Şəhadətnamədə atası qrafasında atası X9, anası qrafasında anası X3 göstərilmişdir. İşdə olan X22 tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X7 arasında xx.xx.2009-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 164 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Mehtiyev, arvada Mehtiyeva soyadı verilmişdir. İşdə olan JN 449, KOD 61100058 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, həmin hüquq müəyyənedici sənəddə mülkiyyətçi kimi X9, X8, X6, X12 və X5 yazılmışdır. İşdə olan Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Tərtər rayon Seydimli kənd İƏD Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 180 saylı arayışından görünür ki, JN 449, KOD 61100058 olan Torpağa Mülkiyyət Hüququna dair X10 (Cəfərova) Aysel Təyyub qızının adı texniki səhv olaraq X4 yazılmışdır. Tərtər rayon Seydimli kəndində X12 adlı qeydiyyatda deyil və yaşamır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı ərizəçinin izahatından, şahidlərin ifadələrindən və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 22 saylı qərarı ilə ərizəçinin və digər ailə üzvlərinin mülkiyyətinə Tərtər rayon Seyidimli kəndi ərazisində 1,37 ha pay torpaq sahəsi ayrılmış və bu barədə onlara JN 449, KOD 61100058 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. X19 uyğunsuzluq vardır. Belə ki, ərizəçinin cinsi qadın, adı, ata adı və qızlıq soyadı Cəfərova (ərə getdikdən sonra Mehtiyeva) Aysel Təyyub qızı olsa da, Dövlət Aktında səhvən cinsi kişi kimi, adı, ata adı və soyadı isə səhvən X4 qeyd edilmişdir. Ərizəçinin ailəsində ümumiyyətlə X12 adlı bir şəxs olmamışdır. Həmin uyğunsuzluqlar səbəbindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsində yenidən sənədləşmə işlərinin aparılması mümkün olmamış və uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Qeyd edilən uyğunsuzluqlar səbəbindən torpağa dair yenidən sənədləşmə işlərinin aparılmasında və həmin torpaq sahəsi üzərində onun (və digər ailə üzvlərinin) sərəncam hüququnun həyata keçirilməsində müəyyən çətinlik yaranmışdır. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, haqqında iddia qaldırılan hüquqmüəyyən edici sənəddə, yəni JN 449, KOD 61100058 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında ərizəçiyə münasibətdə uyğunsuzluq olduğundan və həmin uyğunsuzluq səbəbindən ərizəçi (və digər ailə üzvləri) həmin Dövlət Aktı əsasında verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmədiyindən JN 449, KOD 61100058 olan Torpağa Mülkiyyət Hüququna dair X11 (qızlıq soyadı Cəfərova) Aysel Təyyub qızına (ona dair hissədə) məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməli və ərizə bu məqsədlə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübu tlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: Ərizə təmin edilsin. Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 22 saylı qərarı ilə ayrılmış Tərtər rayon Seydimli kəndində yerləşən 1,37 ha torpaq sahəsinə görə verilmiş JN 449, KOD 61100058 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının ərizəçi Mehtiyeva (qızlıq soyadı Cəfərova) Aysel Təyyub qızına (ona dair hissədə) məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tahir Qubadov.
Məhkəmə qərarları › İş №2(061)-729/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-729/2025
06.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver