Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-76/2025 14.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi vəkalətli nümayəndəsi (qızı) X17 iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, Tərtər rayon X62 14 oktyabr 2005-ci il tarixli, 02 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinə görə verilmiş “Torpağın Mülkiyyətə Verilməsinə Dair” X1, X47, X21 və X4 texniki səhv olaraq Mehdiyeva kimi, X6 Mehdiyev kimi, X38- X11, X57-X35, X23- X31, X3 Mehdiyev kimi qeyd edilməsinə baxmayaraq, həmin sənədin X10, X14, X32, X24, X25, X49, X15, X19 və həmin sənəddə adları qeyd edilən digər şəxslərə məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi vəkalətli nümayəndəsi (qızı) X39 ərizənin məzmununa uyğun izahat vermiş və göstərmişdir ki, ərizəçinin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmuş, lakin hazırda ölkə ərazisindən kənarda olduğu üçün məhkəmə iclasına gələ bilməmiş və ona etibarnamə verərək məhkəmə iclaslarında təmsil etməyi həvalə etmişdir. Ərizəçinin vəkalətli nümayəndəsi qeyd etmişdir ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli 02 saylı qərarı ilə onun və digər ailə üzvlərinin mülkiyyətinə 0,06 ha ölçüdə həyətyanı torpaq sahəsi verilmiş və bu hal “Torpağın Mülkiyyətə Verilməsinə” dair JN-323F, KOD 61101001 olan saylı şəhadətnamə ilə rəsmişlədirilmişdir. Şəhadətnamədə adları göstərilən şəxslər X71 xx.xx.2017-ci ildə, X47 xx.xx.2020-ci ildə vəfat etmişlər. Qeyd edilən sənəd tərtib edilərkən X12, X47, X21, X4 şəhadətnamədə texniki səhv olaraq Mehdiyeva kimi, X6 Mehdiyeva kimi, X7 Əlnur Məhəmmədəli oğlu kimi, X8 Lətafət Asif qızı kimi, X23, X31, X3 isə texniki səhv olaraq Mehdiyeva kimi qeyd edilmişdir. “Torpağın Mülkiyyətə Verilməsinə” dair Şəhadətnamədə olan yanlışlığa görə heç bir hüquqi sənədləşmələrin aparılması mümkün olmamışdır. Ona görə də bu yanlışlığın düzəldilib təsdiq olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmədən işin faktiki hallarını və hüquqi tərəfini əsas götürərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirəm. Göstərdiklərinə əsasən Tərtər rayon X62 14 oktyabr 2005-ci il tarixli, 02 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinə görə verilmiş “Torpağın Mülkiyyətə Verilməsinə Dair” X1, X47, X21 və X4 texniki səhv olaraq Mehdiyeva kimi, X6 Mehdiyev kimi, X38- X11, X57-X35, X23- X31, X3 Mehdiyev kimi qeyd edilməsinə baxmayaraq, həmin sənədin X10, X14, X32, X24, X25, X49, X15, X19 və həmin sənəddə adları qeyd edilən digər şəxslərə məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli AR-İİ № 343814 nömrəli etibarnamədən görünür ki, Ərizəçi qızı X26 etibarnamə verərək məhkəmə iclasında onu təmsil etməyi həvalə etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İşdə olan 003570 saylı vəsiqəsinin surətindən görünür ki, Ərizəçi şəhid ailəsi statusuna malikdir. İşdə olan AZ № ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X39 xx.xx.1962-ci ildə Beyləqan (keçmiş Jdanov) rayon Şərq qəsəbəsində anadan olmuş, həmin sənəddə ata qrafasında X50, ana qrafasında X73 qeyd edilmişdir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X39 xx.xx.1962-ci ildə Beyləqan (keçmiş Jdanov) rayon Şərq qəsəbəsində anadan olmuş, Tərtər şəhəri Nəsimi küçəsi ev 15də qeydiyyatdadır. İşdə olan AZE № 07763273 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1958-ci ildə Beyləqn rayon Şərq qəsəbəsində anadan olmuş, Tərtər şəhəri, Nəsimi küçəsi ev 15-də qeydiyyatdadır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X47 xx.xx.2020-ci ildə ölmüşdür. İşdə olan AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X21 xx.xx.1969-cu il təvəllüdlüdür. İşdə olan AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X41 xx.xx.1971-ci il təvəllüdlüdür. İşdə olan AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X38 xx.xx.1973-cü il təvəllüdlüdür. İşdə olan AZE № 13116203 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X51 xx.xx.1975-ci ildə Ağdam rayon Qarapirim kəndində anadan olmuş və Ağdam rayon Qarapirim kəndində qeydiyyatdadır. İşdə olan AZE № 07763227 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X57 xx.xx.1974-cü il tarixdə Tərtər rayon Qarağacı kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. İşdə olan AZE № 13117258 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X23 xx.xx.1996-cı il tarixdə ünvan 2 ünvanda qeydiyyatdadır. İşdə olan AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X31 xx.xx.1998-ci il təvəllüdlüdür. İşdə olan AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X33 xx.xx.1999-cu il təvəllüdlüdür. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X74 xx.xx.2017-ci ildə ölmüşdür. İşdə olan Tərtər rayon İcra Hakimiyyəti Başçısının müavini Elvin Umudovun, Tərtər şəhər İnzibati Ərazi Vahidi üzrə nümayəndə Sahib Həsənovun və Tərtər Bələdiyyəsinin sədri Tünzalə Vəliyevanın iştirakı ilə tərtib edilmiş AKT-dan görünür ki, JN-323F, KOD 61101004 nömrəli sənədin adlı siyahisində səhv olaraq X16, X42, X52, X27, X43, X48, X53, X70, X75, X82 və X44 göstərilmişdir. X5, X39, X47, X21, X41, X40, X51, X57, X23, X31 və X9 qeyd olunmalıdır. İşdə olan Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli 02 saylı qərarı ilə verilmiş JN-323F saylı “Torpağın Mülkiyyətə Verilməsinə Dair” X2, X42, X52, X27, X43, X48, X53, X70, X75, X82 və X44 qeyd olunmuşdur. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli 02 saylı qərarı ilə onun və digər ailə üzvlərinin mülkiyyətinə 0,06 ha ölçüdə həyətyanı torpaq sahəsi verilmiş və bu hal “Torpağın Mülkiyyətə Verilməsinə” dair JN-323F, KOD 61101001 olan saylı şəhadətnamə ilə rəsmişlədirilmişdir. Şəhadətnamədə adları göstərilən şəxslər X71 xx.xx.2017-ci ildə, X47 xx.xx.2020-ci ildə vəfat etmişlər. Qeyd edilən sənəd tərtib edilərkən X12, X47, X21, X4 şəhadətnamədə texniki səhv olaraq Mehdiyeva kimi, X6 Mehdiyeva kimi, X7 Əlnur Məhəmmədəli oğlu kimi, X8 Lətafət Asif qızı kimi, X23, X31, X3 isə texniki səhv olaraq Mehdiyeva kimi qeyd edilmişdir. Hazırda ərizəçi şəhadətnamədəki uyğunsuzluqları səbəbindən mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmir. Ərizəçi həmin yanlışlıqları başqa qaydada həll edə bilmədiyindən məhkəməyəm müraciət etməyə məcbur olmuşdur. Ərizəçinin vəkalətli nümayənədəsi ərizənin təmin edilməsioni xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN-290A saylı “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçilərin JN-290A saylı “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamənın hazırda ərizəçilərə və həmin sənəddə adları göstərilən digər ailə üzvlərinə məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırılan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Tərtər rayon X62 14 oktyabr 2005-ci il tarixli, 02 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinə görə verilmiş “Torpağın Mülkiyyətə Verilməsinə Dair” X1, X42, X47, X21 və X4 texniki səhv olaraq Mehdiyeva kimi, X6 Mehdiyev kimi, X38-X11, X57-X35, X23-X31, X3 Mehdiyev kimi qeyd edilməsinə baxmayaraq, həmin sənədin X10, X28, X34, X14, X32, X24, X25, X49, X15, X20, X19 və həmin sənəddə adları qeyd edilən digər şəxslərə məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Tərtər rayon X62 14 oktyabr 2005-ci il tarixli, 02 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinə görə verilmiş “Torpağın Mülkiyyətə Verilməsinə Dair” X1, X42, X47, X21 və X4 texniki səhv olaraq Mehdiyeva kimi, X6 Mehdiyev kimi, X38- X11, X57-X35, X23- X31, X3 Mehdiyev kimi qeyd edilməsinə baxmayaraq, həmin sənədin X10, X28, X34, X14, X32, X24, X25, X49, X15, X20, X19 və həmin sənəddə adları qeyd edilən digər şəxslərə məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-76/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-76/2025
14.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver