Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-856/2024 27.08.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi və digər ərizəçilər Ərizəçi5 olğunun, Ərizəçi3, və Ərizəçi4 vəkalətli nümayəndəsi Ərizəçi1 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi) hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi) hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, Tərtər rayon Aqrar İslahat Komissiyasının 23 aprel 2003-cü il tarixli, 01 saylı qərarı ilə X6, X7, X8, X12, Ərizəçi1, Ərizəçi4 və X10 mülkiyyətinə 4,21 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsini özündə əks etdirən texniki sənəd olaraq tərtib edilmiş “Torpağa Mülkiyyət Hüququna Dair” JN-0004, KOD 61110038 saylı Dövlət Aktının onların ailə üzvlərinə, yəni X2, X3, Ağayarova (Yusibova) Səbinə Nəriman qızına, Ağayarova (Orucova) Əminə Yusif qızına, Ərizəçi1, Ərizəçi4 və Ərizəçi5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, ərizəçilər Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatları olmasına baxmayaraq məhkəmə iclasına gələ bilməmişlər. Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 ona etibarnamə verərk məhkəmə icvlasında onları təmsil etməyi həvalə etmişlər. Ərizəçilərin iştirakları olmadan işə baılmasını xahiş etmişdir. Ərizəçi1 qeyd etmişdir ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 23 aprel 2003-cü il tarixli 01 saylı qərarı ilə onların ailəsinin, yəni X6, X9, X8, X12, Ərizəçi1, Ərizəçi4 və Ərizəçi5 mülkiyyətinə 4,21 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu hal “Torpağa Mülkiyyət Hüququna Dair” JN-0004, KOD 61110038 saylı Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Lakin Dövlət aktı tərtib edilərkən X6, X7, Ağayarova (Orucova) Ərizəçi2 Yusif qızı, Ərizəçi1 və Ərizəçi4 adları düzgün yazılsa da, Ərizəçi5 adı Şəfa kimi yazılmışdır. Bu yanlışlıq 4,21 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasına, bağışlanmasına, satılmasına və digər mülki hüquqlarının həyata keçirilməsinə maneçilik törədir. Belə ki, “Torpağa Mülkiyyət Hüququna Dair” JN-0004, KOD 61110038 saylı Dövlət Aktı tərtib edilərkən həmin sənəddə Ərizəçi5 adı Səfa kimi, yəni şəxsiyyət vəsiqəsində fərqli yazılmışdır. Həmin sənədi vermiş Həmin sənədləri verən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və onun yerli qurumları ləğv edildiyindən həmin sənədi başqa qaydada əldə edə bilməmiş, yaxud sənədlərdə dəyişiklik edə bilməmişdir. Ona görə də ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərinə əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ** AV ***6121 saylı xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, Ərizəçi5, Ərizəçi1 etibarnamə verərək məhkəmə iclasılarında onu təmsil etməyi həvalə etmişdir. İş materiallarına əlavə edilmiş ** AV ***6660 saylı xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, Ərizəçi3 Ərizəçi1 etibarnamə verərək məhkəmə iclasılarında onu təmsil etməyi həvalə etmişdir. İş materiallarına əlavə edilmiş ** AV ***6659 saylı xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, Ərizəçi4 Ərizəçi1 etibarnamə verərək məhkəmə iclasılarında onu təmsil etməyi həvalə etmişdir. İş üzrə Ərizəçi2 və Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi və həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə Ərizəçi2 və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir İşdə olan AZ-İİ 120848 saylı ölüm haqqında şhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İşdə olan AZ-İ 498239 saylı ölüm haqqında şhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2011-ci il tarixdə ölmüşdür. İşdə olan Tərtər rayon Buruc kənd İƏD-i üzrə nümayəndənin verdiyi 148 saylı xx.xx.2024cü il tarixli arayışdan görünür ki, Tərtər rayon Buruc kənd İƏD-i üzrə nümayəndəliyi tərəfindən Gülabatlı kənd sakini Ərizəçi5 ondan ötəri ki, vətənadaşın özünə və ailə üzvlərinə məxsus olan JN-0004 saylı, KOD 61110038 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı“nın 7-ci səhifəsində mülkiyyətçinin adı səhv olaraq Şəfa kimi yazılmışdır. Əslində Ərizəçi5 kimi yazılmalıdır. İşdə olan Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 01 saylı qərarı ilə verilmiş JN-0004, KOD 61110038 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının surətindən görünür ki, həmin sənəddə X5 yazılmışdır. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçilərin tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 01 saylı qərarı ilə X1 və onun 7 nəfər ailə üzvlərinin mülkiyyətinə Tərtər rayon Hüləbətli kəndindən 4,21 hektar pay torpaq sahəsi və həmin torpaq sahəsinə görə JN 0004, KOD 61110038 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı“ aktı verilmişdir. Qeyd edilən sənəd tərtib edilərkən X5 göstərilmişdir. Ərizəçilər sənəddəki uyğunsuzluq səbəbindən mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN-0004 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçilərin JN-0004 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının Ərizəçi5 məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırılan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən verilmiş JN-0004 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında səhvən X13 oğlu kimi yazılmasına baxmayaraq, həmin sənədin Ərizəçi5 və həmin sənəddə adları göstərilən X2, X4, Ağayarova (Yusibova) Səbinə Nəriman qızına, Ağayarova (Orucova) Əminə Yusif qızına, Ərizəçi1, Ərizəçi4 məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən verilmiş JN-0004 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında səhvən X13 oğlu kimi yazılmasına baxmayaraq, həmin sənədin Ərizəçi5 və həmin sənəddə adları göstərilən X2, X4, Ağayarova (Yusibova) Səbinə Nəriman qızına, Ağayarova (Orucova) Əminə Yusif qızına, Ərizəçi1, Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-856/2024
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-856/2024
27.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver