Məhkəmə qərarları › İş №2(061)-86/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-86/2025

21.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-86/2025 21.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, maraqlı şəxs Tərtər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının səlahiyyətli nümayəndəsi X7 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək 15 iyul 2006-cı il tarixdə anadan olmuş qızları X3 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi1 göstərmişdir ki, onlar Ərizəçi2 ilə faktiki ailə qurmuş və nikahlarını xx.xx.2006-cı ildə rəsmi qeyd etdirmişlər. Onların xx.xx.2006-cı il tarixdə anadan olmuş uşaqları X8 anadangəlmə serebral iflic xəstəsidir və özünü dərk edə bilmir. Belə ki, Səkinə “başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, psixotik epizodlarla gedən ağır dərəcəli ağıl zəifliyi, yüngül koqnitiv pozuntu, koqnitiv funksiyaların tam geriliyi, spastik tetraplegiya, tetraplegik forma. Astiqmatizm, OU- Astiqmatizm Kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici davamlı qalıq halı. Müştərək daxili çəpgözlük, OU-daxili çəpgözlük” diaqnozu ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasında daimi dispanser qeydiyyatında dayanır və İ dərəcəli əlildir. Səkinə xəstəliyi ilə bağlı öz hərəkətlərinin mənasını başa düşmür və ya öz hərəkətlərinə rəhbərlik edə bilmir. Buna görə də onun gələcəkdə onlara və ya digər hər hansı bir şəxsə qarşı baş verə biləcək xoşagəlməz halların qarşısının alınması üçün, eləcə də Səkinə əqli cəhətdən zəif olduğu üçün bəzi işləri görə bilmədiyindən, onun valideyni kimi getdiyi idarə və müəssisələrdə Səkinənin fəaliyyət qabiliyyətsiz şəxs hesab edilməsi və onun üstündə qəyyum müəyyən edilməsi tələb olunur. Səkinə bu illər ərzində müalicə olunmasına baxmayaraq xeyri olmamışdır. Yuxarıda qeyd etdiklərinə əsasən 15 iyul 2006-cı il tarixdə anadan olmuş qızı X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Onun vəsatəti əsasında iş üzrə məhkəməpsixiatriya ekspertizasının təyin olunmuş və rəy alınmışdır. Həmin rəylə tanış olmuş, etirazı olmadığını və iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi2 göstərmişdir ki, xx.xx.2006-cı il tarixdə anadan olmuş uşaqları X8 anadangəlmə serebral iflic xəstəsidir və Tərtər Rayon Mərkəzi Xəstəxanasında daimi dispanser qeydiyyatında dayanır və İ dərəcəli əlildir. Səkinə xəstəliyi ilə bağlı öz hərəkətlərinin mənasını başa düşmür və ya öz hərəkətlərini dərk etmir. Buna görə də Səkinə əqli cəhətdən zəif olduğu üçün bəzi işləri görə bilmədiyindən, onun valideyni kimi getdikləri idarə və müəssisələrdə Səkinənin fəaliyyət qabiliyyətsiz şəxs hesab edilməsi və onun üstündə qəyyum müəyyən edilməsi tələb olunur. Səkinə bu illər ərzində müalicə olunmasına baxmayaraq müsbət nəticə olmamışdır. Yuxarıda qeyd etdiklərinə əsasən 15 iyul 2006-cı il tarixdə anadan olmuş qızı X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Onların vəsatəti əsasında iş üzrə məhkəmə-psixiatriya ekspertizasının təyin olunmuş və rəy alınmışdır. Həmin rəylə tanış olmuş, etirazı olmadığını və iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Tərtər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının səlahiyyətli nümayəndəsi X9 göstərmişdir ki, iş materiallarında olan sənədlərdən görünür ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 övladları 15 iyul 2006-cı il tarixdə anadan olmuş qızları X8 anadangəlmə əqli cəhətdən xəstə olmuşdur. Rəydən aydın olur ki, X8 psixoloji xətədir və özünü dərk etmək qabiliyyətində deyildir və fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Odur ki, göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Səhiyə Nazirliyi Məhkəmə Psixiatrik X11 X18 şəhər Psixo-nevroloji Dispanserinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Dispanserin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Dispanderin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş seriya AA № 367357 saylı vəsiqənin surətindən görünür ki, Ərizəçi1 Kəlbəcər rayonundan məcburi köçkündür. Məhkəmədə elan olunmuş AZ-İ № 217580 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə Ərizəçi2 arasında nikah xx.xx.2006-cı ildə rəsmi qaydada qeyd edilmişdir. Məhkəmədə elan olunmuş doğum haqqında arayışın təsdiq olunmuş surətindən görünür ki, X8 15 iyul 2006-cı il təvəllüdlü olmaqla, həmin sənəddə ata qrafasında Ərizəçi1, ana qrafasında Ərizəçi2 qeyd edilmişdir. Məhkəmədə elan olunmuş Tərtər Rayon Mərkəzi X12 Şəxsin verdiyi 08 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, X8 xx.xx.2008-ci ildən Tərtər Rayon Mərkəzi X12 Şəxs nevroloji kabinetində “G80.0 Uşaq serebral iflici G82.4 tetraparetik forma. F02.8 psixatik epizodlarla gedən ağıl zəifliyi. F06.7 koqnitiv funksiyaların tam geriliyi. Z74.8 kənar şəxsin qulluğu və köməyinə ehtiyacı var.”-diaqnozu ilə qeydiyyatda dayanır. Məhkəmədə elan olunmuş Tərtər rayon Sarov kənd İƏD-i üzrə nümayəndəliyin verdiyi 317 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi2 Tərtər rayon Sarov kəndində yaşayır, ailə üzvləri həyat yoldaşı Ərizəçi1, oğlu X5, qızı X1 və qızı X2 ibarətdir. Məhkəmədə elan olunmuş Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədin surətindən görünür ki, X8 “başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, psixotik epizodlarla gedən ağır dərəcəli ağıl zəifliyi, yüngül koqnitiv pozuntu, koqnitiv funksiyaların tam geriliyi, spastik tetraplegiya, tetraplegik forma. Astiqmatizm, OU- Astiqmatizm Kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici davamlı qalıq halı. Müştərək daxili çəpgözlük, OU-daxili çəpgözlük” diaqnozu ilə müddətsiz İ qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatriya X11 Hüquqi Şəxsi tərəfindən verilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X4 hal-hazırda ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT -10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10cu baxış) F72.1 müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işdəki sənədlər anamnestik məlumatlar və hal-hazırda psixiatrik müayinənin nəticələri (ekspertiza zamanı onda davranış pozğunluğu müşahidə olunması, bələdliyinin pozulması, verilən suallara heç bir reaksiya verməməsi, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması, onda narahatlıq və gərginlik müşahidə edilməsi, yaddaşının kobud pozulması, təfəkkürün parçalanması, oxumaq, yazmaq vərdişlərinin olmaması, maraq dairəsinin çox daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt məntiqi təfəkkürünün olmaması, tənqidi funksiyalarının kobud pozulması, intelektinin inkişafdan kəskin geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, İQ-22% vəs) sübut edir. X3 hal-hazırda fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Məhkəmə ərizəçinləri və maraqlı şəxs Tərtər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının səlahiyyətli nümayəndəsini dinlədikdən sonra araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ərizəçilərin övladları xx.xx.2006-cı il tarixdə anadan olmuş X8 anadangəlmə serebral iflic xəstəsidir və özünü dərk edə bilmir. Belə ki, Səkinə “başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, psixotik epizodlarla gedən ağır dərəcəli ağıl zəifliyi, yüngül koqnitiv pozuntu, koqnitiv funksiyaların tam geriliyi, spastik tetraplegiya, tetraplegik forma. Astiqmatizm, OU- Astiqmatizm Kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici davamlı qalıq halı. Müştərək daxili çəpgözlük, OU-daxili çəpgözlük” diaqnozu ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasında daimi dispanser qeydiyyatında dayanır və İ dərəcəli əlildir. Bu hallar mülki işin materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında izahat vermiş ərizəçilər Ərizəçi1 və Ərizəçi2 göstərmişlər ki, Səkinə Ağamalıyeva keçirdiyi xəstəliklə bağlı özünü idarə etmək, öz hərəkətlərini dərk etmək iqtidarında deyildir. Buna görə də onun gələcəkdə onlara və ya digər hər hansı bir şəxsə qarşı baş verə biləcək xoşagəlməz halların qarşısının alınması üçün, eləcə də Səkinə əqli cəhətdən zəif olduğu üçün bəzi işləri görə bilmədiyindən, onun valideyni kimi getdiyi idarə və müəssisələrdə Səkinənin fəaliyyət qabiliyyətsiz şəxs hesab edilməsi və onun üstündə qəyyum müəyyən edilməsi tələb olunur. Onun psixi vəziyyətlərini və həmçinin fəaliyyət qəabiliyətsiz şəxs olub-olmamasını müəyyən etmək üçün məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Alınmış ekspertiza rəyində onun hal-hazırda fəaliyyət qabiliyyətsiz hesab edilə bilməsi qeyd edilmişdir. Ərizənin təmin edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.https://www.e-qanun.az/framework/46944 Azərbaycan Respublikası MPM-in 305.1.3-cü maddəsində göstərilmişdir ki, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabaliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsində göstərilmişdir ki, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların ( valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya ( psixonevroloji ) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsində göstərilmişdir ki, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabaliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisəsinin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsində göstərilmişdir ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2006-cı ildə Tərtər rayonu, Sarov kəndində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İş materiallarını, ərizəçilərin, maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin izahatını, ekspert rəyini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 15 iyul 2006-cı il tarixdə anadan olmuş X8 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilən 15 iyul 2006-cı il tarixdə anadan olmuş X3 üzərində qəyyumluq təyin edilməsi üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verilməlidir. Ərizəçi1 15 iyul 2006-cı il tarixdə anadan olmuş X6 qəyyum təyin edilməsi məsələsi ilə bağlı onun yaşayış yeri üzrə Tərtər rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Oorqanına müraciət etmək hüququ izah edilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 və 364-cü maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 15 iyul 2006-cı il tarixdə anadan olmuş X8 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar