Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-866/2025 27.11.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Tərtər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının səlahiyyətli nümayəndəsi X4 iştirakları ilə Ərizəçi maraqlı şəxs Tərtər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyası olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək 01 oktyabr 2006-cı il tarixdə anadan olmuş qızı X2 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi göstərmişdir ki, X13 ilə ailə qurmuşlar. Sonradan nikahları məhkəmə qətnaməsi ilə pozulmuşdur. Onların 01 oktyabr 2006-cı ildə anadan olmuş uşaqları X7 anadan gəlmə “Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” dianozu ilə xəstədir. Xədicə sərbəst özünü idarə edə bilmir, kömək olmadan qidalana bilmir. Xədicənin bütün tələbatlarını o, yerinə yetirir. Bu onun analıq borcudur. Xədicə İİ qrup əlil kimi qeydə alınmışdır. Ona qəyyum təyin edilmədiyindən bank kartı Xədicəyə təqdim edilmir. Bununla yanaşı digər rəsmi qrumlarda Xədicənin adından heç bir hərəkət etmək olmur. Hər yerdə Xədicə ilə bağlı rəsmi qəyyum, nümayəndə tələb olunur. Ona görə də məcbur olub məhkəməyə ərizə ilə müraciət etmişdir. Göstərdiklərinə əsasən 01 oktyabr 2006-cı il tarixdə anadan olmuş qızı X2 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Tərtər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının səlahiyyətli nümayəndəsi X8 göstərmişdir ki, iş materiallarında olan sənədlərdən görünür ki, Ərizəçi övladı 01 oktyabr 2006-cı ildə anadan olmuş uşaqları X7 əqli cəhətdən xəstə olmuşdur. Rəydən aydın olur ki, X7 psixoloji xətədir, özünü dərk etmək qabiliyyətində deyildir və fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsaslar mövcuddur. Odur ki, göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmədə elan olunmuş Tərtər rayon İsmayılbəyli kənd İƏD-i üzrə nümayəndənin verdiyi 82 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Tərtər rayon İsmayılbəyli kəndində yaşayır. Məhkəmədə elan olunmuş Tərtər rayon İsmayılbəyli kənd İƏD-i üzrə nümayəndənin verdiyi 83 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X1 rayon İsmayılbəyli kəndində yaşayır. Məhkəmədə elan olunmuş xx.xx.2006-cı ildə verilmiş A-İ № 851047 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2006-cı ildə anadan olmuşdur, həmin sənəddə ata qrafasında X13, ana qrafasında X11 qeyd edilmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2007-ci ildə verilmiş AZ-İ № 074106 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X11 arasında nikaha xitam verilmiş və xx.xx.2007-ci ildə 76 nömrə ilə qeydə alınmışdır. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X21 “Tərtər Rayon Mərkəzi Xəstəzanası” X19 verdiyi 04 aprel 2025-ci il tarixli 18-1-75/2- B-335-41-593/2025 saylı arayışdan görünür ki, X7 həqiqətən xx.xx.2024-cü il tarixdən “Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu”-diaqnozu ilə daim dispanser qeydiyyatındadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatriya X10 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 606 saylı məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs X3 “orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə”(F71.1) aşkar olunur. Bunu anamnestik məlumatlar, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (psixofiziki inkişafının həmyaşıdlarından xeyli geri qalması, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X21 “Tərtər Rayon Mərkəzi Xəstəzanası” X16 “Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu”-diaqnozu ilə daim dispanser qeydiyyatında olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixiatrik Xəstəxanasında “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu təyin edilməsi), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zamana görə bələdliyin pozulması, davranışın qeyri-adekvatlığı, mosional dayanıqsızlığı, yaddaş və intelekt funksiyalarının zəif inkişaf etməsi, maraq dairəsinin məhdudluğu öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. Ekspert komissiyası mülki iş materiallarının, həmin mülki işdəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırki ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşiya qoyulmuş saulları cavabbnlandırmışdır. Yoxlanılan şəxs X3 “orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə”(F71.1) aşkar olunur. Yoxlanılan şəxs X7 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Yoxlanılan şəxs X5 fəaliyyət qabiliyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Məhkəmə ərizəçini və maraqlı şəxs Tərtər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının səlahiyyətli nümayəndəsini dinlədikdən sonra araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ərizəçinin övladı 01 oktyabr 2006-cı ildə anadan olmuş uşaqları X7 anadan gəlmə “Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” dianozu ilə xəstəlikdən əziyyət çəkir. Hərəkətlərini ölçüb-biçmək iqtidarında deyildir. O, hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək imkanına malik olmadığı üçün fəaliyyət qabiliyyətli olmayan hesab edilməli və ona qəyyum təyin edilməlidir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Onun valideyni kimi getdiyi idarə və müəssisələrdə Gülşənin fəaliyyət qabiliyyətsiz şəxs hesab edilməsi və onun üstündə qəyyum müəyyən edilməsi tələb olunur. Onun psixi vəziyyətlərini və həmçinin fəaliyyət qabiliyətsiz şəxs olub-olmamasını müəyyən etmək üçün məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Alınmış ekspertiza rəyində onun hal-hazırda fəaliyyət qabiliyyətsiz hesab edilə bilməsi qeyd edilmişdir. Ərizənin təmin edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.https://www.eqanun.az/framework/46944 Azərbaycan Respublikası MPM-in 305.1.3-cü maddəsində göstərilmişdir ki, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabaliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsində göstərilmişdir ki, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların ( valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya ( psixonevroloji ) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsində göstərilmişdir ki, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabaliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisəsinin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsində göstərilmişdir ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İş materiallarını, ərizəçilərin, maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin izahatını, ekspert rəyini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 01 oktyabr 2006-cı ildə anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilən 01 oktyabr 2006-cı ildə anadan olmuş X2 üzərində qəyyumluq təyin edilməsi üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verilməlidir. Ərizəçi 01 oktyabr 2006-cı ildə anadan olmuş X6 qəyyum təyin edilməsi məsələsi ilə bağlı onun yaşayış yeri üzrə Tərtər rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Oorqanına müraciət etmək hüququ izah edilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 və 364-cü maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 01 oktyabr 2006-cı ildə anadan olmuş X7 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-866/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-866/2025
27.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver